Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb
Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb.
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır, sahəsi 707 kvadrat kilometrdir. 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli – mədəni və tarixi-dini abidə talan olunub, dağıdılmışdır.Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonunun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Ölkə başçımız cənab İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq. Ulu öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. İndi bu abidələr, demək olar ki, tamamilə dağıdılıb, bərbadvəziyyətə düşmüşdür. Rayonun ermənilərin mədəni terroruna məruz qal¬mış tarixi-dini abidələri sırasın¬da məscidlər və ziyarətgahlar – İmam Hüseyn məscidi, Zəngilan məscidi Malatke¬şin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri, Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı və.s tamamilə dağıdılmışdır. Məcburi köçkünlırin tez bir zamanda doğma yurdlarına qayıtması üçün Zəngilanda keyfiyyətli abadlıq-quruculuq işləri aparılır. Azərbaycanın siyasi-iqtisadi əlaqələrində mühüm əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizi açıldıqdan sonra rayonun hərtərəfli inkişafına daha da təkan verəcək. Burada tikilən aeroport rayonla yanaşı, ümumilikdə Şərqi Zəngəzurun və Qarabağın sosial-iqtisadi inkişafına şərait yaradacaq, turizm potensialını artıracaq, həm də sakinlərin məşğulluğuna kömək edəcək.Hazırda “Ağıllı kənd” pilot layihəsi də burada salınır, ağıllı texnologiyalar tətbiq olunur, rayonda alternativ enerji mənbələrindən istifadə olunacaq. İnanırıq ki, yaradılmış bu imkanlar sayəsində Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Buna rayonun təbii sərvətləri, bir sıra faydalı filiz yataqları da əlverişli şərait yaradacaq.Təkcə Zəngilan rayonuna deyil, işğaldan azad olunmuş digər ərazilərə dövlət qayğısı sayəsində tezliklə 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılan, xarabalığa çevrilən bütün yaşayış məntəqələrimizi yenidən dirçələcək. Azad olunmuş ərazilərə həyat qaytarılacaq, yeni yaşayış binaları, məktəblər, tibb ocaqları və sair obyektlər tikiləcək, bütün lazımi şərait yaradılacaq.
Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin direktoru- Sabir Əhmədov
Şərh yazılmayıb.