Könüllülərin İsmayıllı UADM-ə səfəri təşkil olunub – FOTOLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2022-ci ilin mart ayında start verilən növbəti könüllülük fəaliyyəti proqramı çərçivəsində tədbirlər davam etdirilir.
İslahat.az xəbər verir ki, Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyəti ilə daha yaxından tanış olmaları üçün könüllülərin bir qrupunun İsmayıllı UADM-ə səfəri təşkil olunub. Əvvəlcə onlara mərkəzin fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Könüllülərə icmada risk qrupundan olan ailələrlə sosial işin aparılması, onlara psixoloji dəstəyin göstərilməsi, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili, eləcə də uşaqların təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə aparılan işlərdən bəhs edilib.
Sonra könüllülər mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq yaradılan otaqlarda aparılan fəaliyyətləri izləyiblər, uşaqlarla aparılan müxtəlif oyun fəaliyyətlərinə qoşulublar.
Daha sonra könüllülər mərkəzin benefisiarları olan uşaqların təqdimatında 2022-ci il “Şuşa İli”nə həsr olunmuş bədii-musiqili proqrama tamaşa ediblər.
İslahat.az
Şərh yazılmayıb.