Huquqaz.com

Zərdabda Şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub-FOTO

28.04.2022
3.337
Zərdabda Şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub-FOTO

Zərdabda Şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

Aprelin 26-da Zərdab  Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,Icra başçısının müavinləri,YAP-nın Zərdab rayon təşkilatının sədri,hüquq mühafizə orqanlarının rəhbərləri,Birinci və ikinci Qarabağ döyüşlərində torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri,qazilər,veteranlar,aztəminatlı ailələr və ictimaiyyət nümayəndələri mübarək Ramazan ayı münasibətilə icra hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün təşkil olunmuş iftar süfrəsində iştirak ediblər.

Qanunla.Az xəbər verir ki, iftar süfrəsində “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib, şəhidlərimizin əziz xatirələri böyük ehtiramla anılıb.

Görüşdə çıxış edən cənab Mərdan Camalzadə bildirib ki, artıq iki ildir bu müqəddəs günləri ölkəmizin ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsinin, üçrəngli şanlı bayrağımızın Vətən səmasında qürurla dalğalanmasının hər bir azərbaycanlının sevincinə səbəb olduğunu qeyd edib.

İcra başçısı diqqətə çatdırıb ki, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilməsi hər birimizə qürur dolu anlar yaşadır.Dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu vurğulayıb.

Sonda Mərdan Camalzadə görüş iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərinə təşəkkürlərini bildiriblər.

Qanunla.Az   Vüqar Rəhimov

image-278776745_2252424888248412_5145372359013878475_nimage-279374362_2252425754914992_6183167461876652434_nimage-279346483_2252425811581653_3625219386700749185_nimage-279378851_2252425854914982_4397128575522807927_nimage-279278287_2252426234914944_1608941545477402882_nimage-279315144_2252426778248223_2285784347085697708_nimage-279296454_2252426828248218_174602180539786972_nimage-279284700_2252426868248214_7107568970185394051_nimage-279355608_2252426948248206_670919722097263474_nimage-279357025_2252426978248203_2855334139546068838_nimage-279274545_2252427014914866_5392161609211322469_nimage-279276804_2252427041581530_6056731995203751469_nimage-279107251_2252437581580476_4254152080722003721_nimage-279279828_2252437621580472_1997500870657613571_nimage-279388789_2252437658247135_7477998811026764573_nimage-279336401_2252437681580466_2982053259071223793_nimage-279376171_2252479074909660_5892217670754698468_nimage-279300318_2252479138242987_4461197170624268648_nimage-279296539_2252479164909651_4864321784713690285_nimage-278971354_1023656601585486_5276890768859876470_nimage-279316304_2252479241576310_3973673973781205973_nimage-279404444_2252479264909641_4270448678160028385_nimage-279346454_2252479301576304_8204721871001869887_nimage-279421885_2252479418242959_2635419945740328196_n

Şərhlər

Şərh yazılmayıb.