Huquqaz.com

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir

04.06.2022
1.304

Azərbaycan xalqı tarixin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. İşğaldan azad olunmuş ərazilərdən vaxtilə didərgin düşmüş əhalimizin uzun illərdir ki, yaşadıqları həsrətə son qoyulur.

Düşməndən geri aldığımız ərazilərin iqtisadi potensialı çox əlverişlidir. Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonları 1993-cü ilə qədər işğal olunmuşdur və bu günə qədər talançılıq nəticəsində bölgənin infrastrukturu yox səviyyəsində idi. Lakin Ali Baş Komandanımız İlham Əliyevin göstərişi ilə 2020-ci il Noyabr ayından başlayaraq burada infrastruktur yenidən qurulmağa başladı. İlk növbədə burada yollar çəkilməyə başlamışdır. Bölgənin potensial gücünü nəzərə alsaq ilk növbədə Kəlbəcər və Laçında külək enerjisi istifadəsi nəzərdə tutulur. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m / s təşkil edir ki , bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişlidir.

Xəyalə Abdulxalıqova – Qaravəlli kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.