Huquqaz.com

Əməkdaşlığın səmərəliyini artıran amil

23.04.2022
1.609
Əməkdaşlığın səmərəliyini artıran amil

Əməkdaşlığın səmərəliyini artıran amil.

 Etnik xüsusiyyətlər, soykökü, irs amili Türk dünyası daxilində hər zaman dövlətlərarası münasibətlərdə əsas yer tutmuşdur. Etnik kökləri, tarixi bir olan, eyni dil ailəsinə daxil olan bu dövlətlər dünyanın qlobal güclərinə rəğmən nüfuzlu beynəlxalq təşkilatlarda, xarici siyasətdə həmişə bir-birlərinə dəstək vermişlər. Əyani nümunə olaraq keçən əsrin sonlarına yaxın təcavüzkarlığı dövlət xətti kimi seçən Ermənistanın ölkəmizə hücumundan sonra qardaş Türkiyə dövlətinin Ermənistanla bütün əlaqələri kəsməsilə bərabər olaraq digər Türk dövlətlərinin də eyni münasibət sərgiləməsini, xüsusilə Özbəkistan Respublikasının Ermənistanı dövlət kimi tanımamasını göstərmək olar. II Qarabağ Müharibəsində biz bu birliyin bir daha şahidi olduq.

Bu gün Türk dövlətləri münasibətlər sferasında yeni mərhələyə qədəm qoymuşlar və bu mərhələnin əsas qayəsini müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, iki tərəfli münasibətlərin artırılması təşkil edir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Bakıya gəlişi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə 20 aprel tarixli birgə bəyanatı Türk dövlətləri arasında əməkdaşlığı artıran əsas amillərdən biridir. Ümumilikdə on sənədin imzalandığı görüşdə strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul olunmuşdur. Xarici siyasət təcrübəsi dövlətlərarası münasibətlərdə qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq bəyannaməsi ilə ən yüksək səviyyəyə qalxmasını deməyə əsas verir. Azərbaycan-Qırğızıstan münasibətlərində əməkdaşlığın səmərəliliyini artıran əsas amillərdən biri Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum olmuşdur. Əlavə olaraq kənd təsərrüfatı sahəsində, enerji sektorunda qarşılıqlı əməkdaşlıq haqqında razılığın əldə olunması bundan sonra münasibətlərin yüksələn xətt ilə davam edəcəyini söyləməyə əsas verir.

 

Əlvənd kənd tam orta məktəbinin praktik psixoloqu- İlkin Əliyev

Şərhlər

Şərh yazılmayıb.