Huquqaz.com

Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir birini dəstəkləyir

22.04.2022
1.710
Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir birini dəstəkləyir

Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir birini dəstəkləyir.

Azərbaycan həm region, həm də dünyanın bütün ölkələri ilə qarşılıqlı əlaqələr qurur. Azərbaycan –Qırğızıstan arasında da ikitərəfli əlaqələr günü gündən inkişaf etdirilir. Azərbaycan və Qırğızıstan arasında ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə əlaqələri günü gündən genişləndirir. Azərbaycanla Qırğızıstan arasında imzalanan on sənədin içərisində strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması məsələsi də xüsusi əhəmiyyətə malikdir. Tərəflər arasındakı gələcək üçün nəzərdə tutulmuş qlobal və regional anlamda bir çox məsələlərdə sıx əməkdaşlığa, həmçinin bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq hədəfə istiqamətlənir.Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir birini dəstəkləyib. Ölkələrimiz Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq təşkilatı, Türk dövlətləri Təşkilatı, ECO çərçivəsində iqtisadi və siyasi əlaqələr yaradır və bundan bəhrələnir.

Allahqulubağı kənd ibtidai məktəbin müdiri-Nuranə Eminova

 

 

Şərhlər

Şərh yazılmayıb.