Huquqaz.com

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib

14.11.2024
3.893
1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib.

Ümumilikdə Paris Fransız Polineziyasında 200-ə yaxın nüvə sınağı keçirib. Əsasən 120 kilotonluq bombalar partladıblar. Xatırladaq ki, Xirosima və Naqasakiyə atılan bombaların hər biri 15-23 kiloton idi. Fransa ilk atom sınaqlarını 1959-1966-cı illərdə Əlcəzairin cənubunda, Sahara səhrasında keçirib. Bu ölkə əlindən çıxandan sonra poliqonlarını Polineziyanın mərcan adalarına – sivilizasiyadan uzaq Fanqataufa və Mururoaya köçürməli oldu. Lakin nüvə proqramının inkişafı lap əvvəldən plana uyğun getmədi. Fransızlar yüksək hündürlükdə hava şarlarından və təyyarələrdən atılan bombaların təhlükəli olmayacağına, küləklərin radioaktiv buludları uzaq okeana aparacağına ümid edirdilər. Lakin 1966-cı ilin iyulunda Mururoa üzərində aşağı hündürlüklü nüvə bombası vaxtından əvvəl partladı. Nəticədə meydana gələn partlayış hövzənin bütün suyunu özünə çəkdi, Mərcan adalarına ölü balıqlar və molyusklar yağdı. Külək böyük miqdarda “plutonium-239”u Peru və Yeni Zelandiyaya qədər Sakit Okeanın böyük bir hissəsinin üzərinə səpələdi. Elə həmin il Fanqataufada da oxşar qəza baş verdi. Hadisə növbəti il yenidən Mururoada təkrarlandı. Nəticədə qonşu Manqareva və Tureya adalarının əhalisi 1968-ci ildə radiasiya səviyyəsinin kəskin artması ilə əlaqədar evakuasiya edildilər. 1970-ci ildə Fanqataufada 914 kilotonluq (Xirosimaya və ya Naqasakiyə atılan bombadan 50 dəfə güclü partlayış) partlayışdan sonra əsgərlər təcili olaraq Mururoadan təxliyə olundular. 1971-ci ildə iki dəfə belə hadisə qeydə alındı və nəticədə Qambiya arxipelaqı ciddi radiasiya çirklənməsinə məruz qaldı.. Bu faktlar dünyada böyük hiddət doğurdu. Ona görə də, 1975-ci ildən başlayaraq sınaqlar yalnız yer altında, mərcan adalarının bazalt nüvəsində qazılmış dərin şaxtalarda aparılmağa başladı. Lakin beynəlxalq narazılıq artmaqda davam edirdi. Etirazların ümumi şüarı belə idi: “Əgər nüvə partlayışları fransızların dediyi kimi təhlükəsizdirsə, bunu Parisdə etsinlər!” Ekoloqların gəmiləri nə baş verdiyini aydınlaşdırmaq üçün sınaq sahələrinə üzəndə Fransa hərbçiləri imkan vermədi. 1985-ci ildə ətraf mühit fəallarının “Rainbow Worrier-1” gəmisi Fransız kəşfiyyatı tərəfindən Yeni Zelandiyanın Oklend limanında batırıldı. Bu, dünyada böyük səs-küyə səbəb oldu və narazılığı artırdı. 1979-cu il iyulun 25-də yeraltı sınaq zamanı Mururoa mədəninə endirilən nüvə başlığı yolda ilişib qaldı və vaxtından əvvəl partlayış baş verdi. Bu, mərcan adasının dibində böyük sualtı sürüşməyə və 40 sm enində, bir neçə kilometr uzunluğunda nəhəng çatın yaranmasına səbəb oldu. Məhv edilmiş şaxtadan böyük miqdarda radionukloid okeana sızdı. Mərcan adaları okeanın dərinliklərindən püskürən sönmüş vulkanların zirvələridir. Nəticədə bir çox adaları, xüsusən də Tuamotu arxipelaqını viran qoyan sunami baş verdi. Bundan sonra sınaq meydançalarından 400 kilometr aralıda yerləşən Manqareva adasındakı suda, havada, torpaqda, balıqlarda, orada yetişdirilən tərəvəz və meyvələrdə radiasiyanın səviyyəsi 200 dəfədən çox artdı. Maraqlıdır ki, aparılan sınaqların dəqiq sayı hələ də gizli saxlanılır. Bəzi məlumatlara görə, onların sayı 193, bəzilərinə görə isə 198-dir. Bəlkə də çox olub. Burada tam nüvə reaksiyası olmayan 12 “soyuq” sınaq da keçirilib.. Son illər Paris orada cəmi 4 kiçik elmi araşdırma aparılmasına icazə verib. Bu bir fakdır ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Bütün bu qanunsuzluqlara etiraz edənlər sərt .şəkildə cəzalandırılıb. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır;

Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi  Sadıqova Ülkər

 

 

Karib dənizi və Sakit Okean  regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır.

Yaxın zamanlarda Avropanın əsas diplomatlarından hesab olunan Cozep Borreli  Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırdı. Bu düşüncənin məhz Avropalı diplomat tərəfindən səsləndirilməsi heçdə təsadüfi deyil. Bu tarix boyu özünü demokratik dövlət kimi qələmə verərək hərcür qətliamlar  törədən bəzi Avropa dövlətlərinin sərgilədiyi ikili standartların sözdə təmsilidir. Bu gün Azərbaycanda keçirilən COP29 kimi mötəbər sammiti baykot etmək üçün əllərindən gələni edən, hərçür qarayaxmaya, şər-böhtana əl atan, feyk məlumatlarla dünyanı aldatmağa çalışan Fransa, Niderland kimi dövlətlər üçün dünya təkcə Avropadan ibarətdir və dünyanın qalan hissəsi istismar  üçün mövcuddur. Bu mövzuda minlərlə tarixi fakt və sübutlar vardır. Fransa və Niderland kimi müstəmləkə dövlətlərin həyata keçirdikləri siyasət nəticəsində Karib dənizi və Sakit Okean regionundakı dəniz ərazilərində biomüxtəliflik pozulmuşdur. Bu ərazilərdə kəskin hava hökm sürür və fasiləsiz olaraq dəniz səviyyəsi artır. Karip dənizi və Sakit Okean regionunda yaşayan icmaların səsi bir çox hallarda özünü demokratiya beşiyi adlandıran Fransa kimi dövlətlər tərəfindən susdurulur. Başqa bir tarixi fakta nəzər yetirək – 1966-1996-cı illər arasında Fransanın apardığı 193 nüvə sınağı nəticəsində Fransa Polineziyasında ətraf mühitə ciddi zərbə dəymişdir. Bu nüvə sınaqları torpaq və suyun zəhərlənməsinə, ətraf aləmin radiasiyaya məruz qalmasına, insanlar arasında xərçəng kimi xəstəliklərin geniş yayılmasına səbəb olmuşdur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi biz bu nüvə sınaqlarına Fransanın Əlcəzairi işğal etdikdən sonra həyata keçirdiyi 17 nüvə sınağını da əlavə etsək bu bün ölkəmizə qarşı kəskin mövqe sərgiləyən Fransanın planetimizin ekosisteminə vurduğu zərbəni görərik. Çoxda uzaq olmayan keçmişimizdə Əlcəzairdə, Ruandada və bir çox Afrika ölkələrində misilsiz soyqrımlar, qətliamlar törətmiş Fransa bu gün ölkəmizi qeyri-demokratik olmaqda ittiham edir. Günümüzdə belə Yeni Kaledoniyanı öz əsarətində saxlayan Fransa Makron hökuməti başda olmaqla siyasi riykarlıq sərgiləyir. Ermənistanı silahlandıran və bu silahlandırmaya dünyanın digər dövlətlərinidə cəlb etməyə çalışan Fransa nədənsə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda yüksək qəhrəmanlıq göstərərək həlak olmuş soydaşlarımızı xatırlamırlar. Azərbaycanı ittiham etməyə heç bir haqqı olmayan Fransa ölkəmizin Ermənistan üzərində qazandığı parlaq qələbəni, siyasi, iqtisadi uğurlarınımızı, beynəlxalq əhəmiyyətimizi həzm edə bilmir.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru Elvin Xəlilov

 

 

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.

2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İnkişaf Edən Kiçik Ada Dövlətlərinin Sammiti baş tutdu. Prezident Əliyev çıxışında Azərbaycan ilə bu dövlətlər arasında yüksələn əməkdaşlıq səviyyəsindən, onların üzləşdiyi iqlim təhdidlərindən və qlobal ədalətə olan ehtiyacdan bəhs etdi. COP29-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə kiçik ada dövlətləri ilə əməkdaşlığını gücləndirərək, onlara dəstək məqsədilə mühüm addımlar atıb. “Prezident İlham Əliyev çıxışında kiçik ada dövlətlərinin qlobal arenada səsinin daha güclü eşidilməsinin vacibliyini vurğuladı və onları iqlim dəyişikliklərindən qorumaq üçün inkişaf etmiş ölkələri maliyyə və texniki dəstək göstərməyə çağırdı. O, Azərbaycanın keçmişdə bir sıra təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə yardım göstərdiyini və bu dövlətlərin Azərbaycan universitetlərində təhsil almaları üçün təqaüd proqramları təklif etdiyini xatırlatdı”. Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20-dən artıq kiçik ada dövlətinə humanitar və maliyyə dəstəyi verilib. “Prezidentin də dediyi kimi, bu səylər Azərbaycanın COP29-a ev sahibliyi etdiyi müddətdə də davam edəcək. Sammit çərçivəsində Bakı Kommünikesi qəbul edilib və burada əlçatan iqlim maliyyəsinin əhəmiyyəti və COP29-un nəticəli olması məqsədilə səylərin gücləndirilməsinə çağırış edilib. İqlim dəyişiklikləri dünya üzrə hər bir ölkəyə, o cümlədən, Azərbaycana təsir göstərməkdədir. Prezident Əliyev çıxışında Xəzər dənizinin dayazlaşması, qar səviyyəsinin azalması və əvvəllər Azərbaycanda müşahidə edilməyən daşqınların və kəskin yağışların artması kimi problemlərə diqqət çəkdi. Lakin o, kiçik ada dövlətlərinin bu təhdidləri ekzistensial bir təhlükə olaraq yaşadıqlarını vurğuladı”. Prezident İlham Əliyev çıxışında neokolonializmin iqlim ədaləti üçün yaratdığı çətinliklərə də toxundu. “Fransa və Niderlandın Karib və Sakit okean regionlarındakı müstəmləkə əraziləri iqlim dəyişikliklərinin ciddi təsirlərinə məruz qalır. Yeni Kaledoniya və Fransa Polineziyası kimi ərazilərdə hələ də kolonial idarəçiliyin davam etdiyini qeyd edən Prezident, bu icmaların hüquqlarının tapdandığını vurğuladı. O, xüsusilə Fransa Polineziyasının 1966-1996-cı illərdəki 193 nüvə sınağından əziyyət çəkdiyini və radiasiya nəticəsində ətraf mühitin ciddi şəkildə zəhərləndiyini bildirdi”. Bu gün ikili standartlar hər yerdə özünü göstərir. Avropa Parlamenti və Avropa Şurasının bu insan hüquqları pozuntularına qarşı laqeyd qalmasını isə siyasi ikiüzlülükdür. “Azərbaycanın COP29 çərçivəsində inkişaf edən kiçik ada dövlətlərinə verdiyi dəstək iqlim ədaləti və qlobal miqyasda ətraf mühitə olan həssaslığı bu tədbirin əsas məqamlarından biri olub. Bu məqamlar Azərbaycanın iqlim məsələlərində qlobal liderlik iddiasını və ədalətə olan bağlılığını bir daha təsdiqləyir”.

Zərdab ratonu üzrə gənclər və idman sektorunun əməkdaşı –Ehtiram Osmanov 

Şərhlər

Şərh yazılmayıb.