Huquqaz.com

İşğala son

11.11.2024
2.387
İşğala son

İşğala son

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan söhbət düşəndə ilk növbədə yadımızahəmin gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqımıza müraciəti və bu Bəyanatın mətninin təqdim edilməsi düşür. Məhz, həmin gün ölkəmiz üçün tarixi bir gün oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Demək olar ki, imzalanmış üçtərəfli bəyanat münaqişə həlli istiqamətində son nöqtə oldu. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam etdirilən işğalına son qoydu. 44 günlük müharibə Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Əminliklə deyə bilirik ki, artıq ikinci Qarabağmüharibəsi müstəqil Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Müharibə qüdrətli Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatdı. Azərbaycanın tarixi və qədimi torpaqları olan Qarabağımız və Şərqi Zəngəzurumuz var. Qarabağımızın bütün rayonları da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz suveren ərazimizdir . Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu, bir sözlə həm hərb müstəvisində, həm də diplomatik müstəvidə qəti qələbə qazandı.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

İtirilmiş ərazilər tamamilə qaytarıldı

İmzalanmasından dörd il ötən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanmış bəyanatla Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bəyanatın imzalanmasından ötən dövr ərzində ermənistan üzərini düşən öhdəlikləri yerinə yetirmirdi. Ötən ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da, dövlətimizin suverenliyi tam təmin olundu. Hazırda Xankəndidə, Xocalıda və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması ilə böyük qürur hissi keçiririk.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

Şərhlər

Şərh yazılmayıb.