Huquqaz.com

Azərbaycan Prezidentinin apardığı güclü və alternativsiz siyasət sülh və humanizm prinsiplərinə əsaslanır

03.11.2024
2.334
Azərbaycan Prezidentinin apardığı güclü və alternativsiz siyasət sülh və humanizm prinsiplərinə əsaslanır

Azərbaycan Prezidentinin apardığı güclü və alternativsiz siyasət sülh və humanizm prinsiplərinə əsaslanır

Azərbaycan Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni təcavüzkarlarından azad olundu. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasəti Azərbaycanın ərazi bütövlüyünü və əbədi müstəqilliyini təmin etmişdir. İşğaldan azad olunan doğma ərazilərimizdən biri Qarabağın tacı, Azərbaycanın gözü olan Şuşa şəhəridir. Mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri rəşadətli Ordumuz tərəfindən 8 noyabr 2020-ci il tarixdə azad olunduqdan sonra düşmənin acı məğlubiyyəti tamamilə təsdiqini tapdı. Cəmi iki gün sonra 10 noyabr tarixində Üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan tərəfi özünün kapituliyasıyasını rəsmi şəkildə təsdiqlədi. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunan ərazilərimizdə sürətli və genişmiqiyaslı abadlıq-quruculuq, bərpa işləri həyata keçirilir. Eyni zamanda cənab Prezident mütəmadi olaraq düşməndən azad olunan doğma ərazilərimizə səfər edir, orada görülmüş işlərlə, həyata keçirilən böyük layihələrlə yaxından tanış olur. Bir neçə dəfə Şuşa şəhərində səfərdə olan dövlət başçısı bir neçə gün öncə növbəti dəfə Şuşada səfərdə olub. 8 Noyabr- Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

Hərbiçilərlə görüşü zamanı dövlət başçısı geniş və əhatəli çıxışı ilə tarixi faktları bir daha qeyd edib, dünyaya, xüsusilə erməni havadarlarına öz həddini bildirəcək mesajlar verdi. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, ilk öncə 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Vətən müharibəsində Azərbaycan öz gücünü,öz qüdrətini bütün dünyaya göstərdi

Tariximizin demək olar ki, bütün mərhələlərində Azərbaycan torpaqları işğala və parçalanmaya məruz qalmışdır.  Bu hadisələrdən biri də 1990-cı illərin əvvəlində erməni təcavüzkarlarının işğalına məruz qalan doğma Azərbaycan torpaqlarında 20 minədək vətəndaşımız həlak olması və ermənilər tərəfindən vandalizm siyasətinin aparılması məsələsidir.  Bununla yanaşı 20 % torpağımız işğal altına, ümumilikdə həmin dövrlərdə cərəyan edən hadisələrlə əlaqədar bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğalçı dövlət olan Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmədi, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər də ona ya təsir göstərmək istəmədilər, ya da təsir edə bilmədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsinə yönəldilirdi. Lakin Ermənistan mövcud status-kvonu saxlamaq niyyəti ilə danışıqlardan yayınırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirirdi ki, Ermənistan danışıqlardan yayınarsa, münaqişəni güc yolu ilə Azərbaycan Ordusu həll edəcəkdir. Bu, dövlətə, dövlətçiliyə sədaqət kimi ordunun qüdrətinə də inam bəyanatı idi. İşğalçı dövlət bu ciddi bəyanatdan nəticə çıxarmadı. 2016-cı il Aprel döyüşlərdə Ermənistana sarsıdıcı zərəbələr vurulsa da, düşmən bu məğlubiyətdən dərs çıxarmadı. Buna baxmayaraq 2020-ci ilin iyul ayında yenidən mənfur siyasətə əl atan və Tovuz istiqamətində atəşkəsi pozan düşmənin təxribatına layiqincə cavab verildi. 2020-ci ilin 27 sentyabr tarixi isə düşmənin növbəti təxribatına cavab olaraq, cəmi 44 gün davam edib, böyük Zəfərlə bitən haqq savaşımızın-Vətən müharibəsinin başlanması tarixi-Şanlı tariximizin başlanığıcı olmuşdur. Tarixi 44 gün ərzində Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyir, mühüm strateji yüksəklikləri, yaşayış məntəqələrini düşməndən azad edirdi. Xalq inanırdı ki, bu döyüşlər işğalı sonlandıracaq. Həqiqətən də qazandığımız möhtəşəm Qələbə Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. Qürurla söyləyirik ki, Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq antiterror əməliyyatları kimi başlanan və Azərbaycanın böyük zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Vətən müharibəsi günlərində xalqa müraciətlərində Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin düşməni dəfələrlə üstələyən hərbi hazırlığı, döyüş texnikası bacarığı, qələbə əzmi və ruh yüksəkliyini xüsusi ilə qeyd edirdi: “Çünki biz öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

2020-ci ilin 8 noyabr tarixində əzəli yurdumuz olan Şuşa şəhəri erməni işğalından azad edildi və Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi və bütün azərbaycanlıların doğma, müqəddəs yurd yeri olan Şuşanın azadlıq günü – 8 Noyabr Zəfər Günü elan edildi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.