Huquqaz.com

Təhsildə İnkişaf: Gitara Kursları Gənclərin Təhsil Adaptasiyasına Dəstək Olur

23.10.2024
1.479
Təhsildə İnkişaf: Gitara Kursları Gənclərin Təhsil Adaptasiyasına Dəstək Olur

Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbi “İncəsənət ilə təhsilə doğru” layihəsini həyata keçirir…

Bakues.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə gerçəkləşdirilir.

Layihənin rəhbəri Nigar Paşayevanın sözlərinə görə, bu təşəbbüs Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub və 4 ay davam edəcək.

Layihənin əsas məqsədi gitara kurslarını şagirdlər üçün əlçatan etməklə onların təhsil mühitinə adaptasiya olmasına dəstək olmaqdır. 31, 18 və 150 nömrəli tam orta məktəblərdən 13-15 yaşlı, asosiallıq və gərginlik müşahidə olunan 16 şagird bu layihəyə cəlb olunacaq.

Şagirdlər 16 günlük gitara kursları keçəcək və layihənin sonunda “Ən gözəl ifa” müsabiqəsi təşkil ediləcək.

Şərhlər

Şərh yazılmayıb.