Huquqaz.com

Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi

16.10.2024
2.389
Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi

Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi.

1992-ci ildə Azərbaycan, Ermənistanın ərazilərini işğal etməsi nəticəsində ağır bir dövr yaşayırdı. Azərbaycan ərazilərinin 20%-dən çoxunun işğalı ilə yanaşı, ölkəmizə qarşı müxtəlif beynəlxalq təzyiqlər də tətbiq olunmağa başlandı. Məhz bu dövrdə, Azərbaycan ABŞ tərəfindən qondarma bir ittihamla qarşılaşdı: Ermənistanın blokadada saxlanılması bəhanəsi ilə ölkəmizə sanksiyalar tətbiq olundu. Halbuki, bu ittihamlar həqiqəti əks etdirmirdi və Azərbaycanın Ermənistanı blokadada saxlamaq kimi bir niyyəti yox idi. Əslində, Ermənistan tərəfindən aparılan təcavüzkar siyasət və Azərbaycanın öz ərazilərini müdafiə etməsi dünya ictimaiyyəti tərəfindən kifayət qədər düzgün qiymətləndirilməmişdi. ABŞ-ın Azərbaycana tətbiq etdiyi sanksiyalar illərlə davam etdi. Lakin 2001-ci ildə, dünya geopolitikasında əhəmiyyətli bir dəyişiklik baş verdi. 11 sentyabr hadisələri və terrorçuluğa qarşı mübarizə kontekstində ABŞ öz hərbi əməliyyatlarını Əfqanıstana yönəltdi. Bu zaman strateji olaraq Azərbaycan əhəmiyyətli bir ölkəyə çevrildi. ABŞ öz hərbi yüklərini və avadanlıqlarını Azərbaycan üzərindən Əfqanıstana tranzit daşımağa başladı. Bununla əlaqədar, ABŞ 2001-ci ildə bu sanksiyaları aradan qaldırmaq məcburiyyətində qaldı. Çünki ABŞ-ın öz hərbi əməliyyatlarını effektiv həyata keçirə bilməsi üçün Azərbaycanın coğrafi mövqeyi və dəstəyi vacib idi. Hər il, ABŞ prezidenti – partiyasından asılı olmayaraq – bu sanksiyaların aradan qaldırılmasına qərar verirdi. Bu qərarlar Azərbaycana qarşı tətbiq olunan ədalətsiz sanksiyaların müvəqqəti olaraq dayandırılması üçün verilirdi. Lakin bu vəziyyət ABŞ-ın Əfqanıstandan çıxmasına qədər davam etdi. ABŞ Əfqanıstandan geri çəkildikdən sonra, həmin sanksiyalar təkrarən qüvvəyə mindi. Bu hadisə isə Azərbaycanda haqlı narazılıq doğurdu. ABŞ-ın bu addımı sadəcə bir siyasi qərar olmaqla kifayətlənmədi, eyni zamanda Azərbaycanın sadiqliyinə və uzun illər boyunca ABŞ-ın hərbi əməliyyatlarına verdiyi dəstəyə qarşı nankorluq kimi qiymətləndirildi. Azərbaycanın ABŞ-la əməkdaşlığı, xüsusilə terrorçuluğa qarşı mübarizədə verdiyi dəstək, yüksək səviyyədə idi. Buna baxmayaraq, Azərbaycan yenidən haqsız bir şəkildə sanksiyalarla üz-üzə qaldı.  Bu cür sanksiyalar beynəlxalq münasibətlərdə ədalətsizliyin və bəzi ölkələrin ikili standartlar tətbiq etməsinin açıq bir nümunəsidir. Azərbaycan isə, illər boyu regionda sülhün bərqərar olmasına, beynəlxalq təhlükəsizlik və sabitlik üçün töhfələr verməyə davam edir. Təəssüf ki, bu töhfələr bir çox hallarda layiqli qiymətini almır və bəzi ölkələr tərəfindən qərəzli şəkildə qarşılanır.

Müasir dövrdə Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən regionun lider ölkələrindən birinə çevrilib. Sanksiyalar və digər təzyiqlərə baxmayaraq, ölkəmiz beynəlxalq arenada öz sözünü deməyə, suveren hüquqlarını müdafiə etməyə davam edir.

Gəncliyə Dəstək İctimai Birliyinin sədri –Vəfa Xəlilli

 

 

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək

Azərbaycan çox möhtəşəm, unudulmaz tarixi hadisə ərəfəsindədir. Cəmi bir aydan sonra dünyanın nəzər-diqqəti yenidən ölkəmizin paytaxtı Bakı şəhərinə yönələcəkdir. Dünyanın əksər ölkələrinin təmsilçiliyi baxımından ən mötəbər tədbir – COP29 Azərbaycanda keçiriləcək. Ölkə Prezidenti cənab İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında söylədiyi kimi, “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”. Bu, hər bir azərbaycanlı üçün böyük  fəxarət, qürurverici hadisədir. Təqribən 70-80 minə yaxın xarici qonaq ölkəmizə gələcək. Artıq bu möhtəşəm tədbirə hazırlıqla əlaqədar görülən işlər, konfrans iştirakçıları üçün yaradılan şərait, onların yerləşdirilməsi, nəqliyyatın təşkili və digər məsələlərlə bağlı vəziyyət göstərir ki, Azərbaycan həmişə olduğu kimi, bu tarixi missiyanı da şərəflə, xalqımıza məxsus yüksək qonaqpərvərliklə həyata keçirəcək. İndiyə kimi ölkəmizdə bu sayda, belə geniş tərkibdə tədbir keçirilməyib. Bu, bir ilkdir. Konfransda əksər dövlətlərin başçıları, keçmiş prezident, baş nazir, nazirlər, yüksək çinli vəzifə sahibləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və digər nümayəndələr iştirak edəcək, hər şeyi öz gözləri ilə görəcəklər. Bu, ölkəmizin tanıdılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə yayılmasında misilsiz rol oynayacaq.  COP29, həmçinin xalqımızın tarixi, mədəniyyəti, maddi və mənəvi irsinin təbliğinə, milli mətbəxinin tanıdılmasına imkan yaradacaq. Bundan əlavə, konfrans ölkəmizin ekoturizm, aqrar və dayanıqlı turizm potensialını dünyaya nümayiş etdirəcək.

  Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı Leyla Əliyeva

Şərhlər

Şərh yazılmayıb.