Huquqaz.com

Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib

16.10.2024
2.782
Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib

Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib.

Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də ikinci dünya müharibəsinin əvvəlindən axırınadək müharibədə fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü var idi. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941–1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qroznı – Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlənmişdi. Həmin döyüşlərdə 833-cü alayın komandiri mayor Akim Abbasov və 840-cı alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər. 1944-ci ilin əvvəlində 402-ci milli diviziyanın sıravi heyətinin 75%-i, komanda heyətinin 50%-i azərbaycanlılardan ibarət idi. 416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, “Taqanroq diviziyası” adına layiq görüldü. 416-cı milli diviziya İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən  Rumıniyadan, Bolqarıstandan, Yuqoslavinyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 ambarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi. Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində SSRİ nin qalib gəlməsində Azərbaycanda hasil olan neftin və azərbaycanlı neftçilərin müstəsna əhəmiyyəti olmuşdur. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni aviasiya benzini almaq üçün texnologiya hazırlanmış və 300-dən çox mühüm ixtira işlənib ərsəyə gətirilmişdir. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunmuşdur ki, bu da SSRİ də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Müharibə dövründə hər 5 təyyarədən, 5 tankdan 4-ü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci il müharibəsində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən, benzinin 80 faizindən çoxu Azərbaycanda hasil olunmuşdur.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Aygül Cəfərova

 

 

Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək.

Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. 8 oktyabr 2024-cü il tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının görüşü keçirildi.Görüşdə iştirak edən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi və bu çıxış mühüm mesajlarla yadda qaldı. Hazırda qloballaşan dünyanın beynəlxalq münasibətlər sistemində vacib amil olan Azərbaycanın xarici siyasət kursu Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev tərəfindən  milli maraqlarımıza uyğun şəkildə  aparılır. Məhz bu uzaqgörən siyasətın nəticəsidir ki,   ölkəmizin nüfuzu gündən-günə artır.  Nəhəng layihələrin Azərbaycanda reallaşması, ölkəmizə göstərilən yüksək etimadın  nəticəsidir.  Beynəlxalq aləmlə fəal əməkdaşlıq edən rəsmi Bakı keçmiş İttifaq ölkələri ilə də MDB səviyyəsində sağlam əlaqələr qurur, dost ölkələrlə siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafa böyük  töhfələr verir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev çıxışı zamanı  çox vacib bir məqama toxunaraq bildirmişdir ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Çox mühüm məqamlarla yadda qalan çıxışı zamanı Dövlət Başçımız bildirdi ki, Azərbaycan – Rusiya əlaqələri son onilliklərdə beynəlxalq münasibətlərdə qlobal səviyyədə inkişaf edir. Bundan əlavə, ildən-ilə Moskva ilə Bakı arasında qarşılıqlı əlaqələr dərinləşir və genişlənir. İkinci Dünya müharibəsində Azərbaycan ümumi qələbəmizə  verdiyi sanballı töhfələrdən danışan Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək. Prezident ölkəmizdə görüləcək işlər haqqında da məlumat verərək bildirdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Həmçinin  hazırda  Azərbaycanın  COP29-a ev sahibliyi etməyə hazırlaşmasından söhbət açaraq ölkəmizdə bununla bağlı  silsilə tədbirlərin başlanmasını qeyd etdi. Ölkəmizin liderinin bildirdikləri  beynəlxalq aləmə mesaj notlarının zənginliyi baxımından diqqət çəkirdi. Azərbaycanın növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyinin bəzi dövlətləri qıcıqlandırdığını, xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası apardığını qeyd edərək bütün bunların heç bir nəticə verməyəcəyini  və Azərbaycanın daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulaması əsas məqamlardan biri idi.

 

Zərdab rayon üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi- Bahar Qurbanova

Şərhlər

Şərh yazılmayıb.