Huquqaz.com

Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək

16.10.2024
2.288
Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək

Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək.

Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi önəmli yer tutur. Müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş ittifaq respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində (MDB) təmsilçiliyi də diqqət çəkir. Oktyabrın 8-də Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığına diqqət çəkib. Bu gün MDB-də Azərbaycana və onun Liderinə – Prezident İlham Əliyevə böyük ehtiram və hörmət bəslənildiyinin şahidi oluruq. Bir tərəfdən, ölkəmizin MDB-nin fəaliyyətinə verdiyi töhfələr üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Digər tərəfdən isə respublikamız Ermənistan istisna olmaqla, qurumda təmsil olunan əksər dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Liderlər tez-tez qarşılıqlı səfərlər edərək fəal siyasi dialoq aparırlar və gündəliyin yeni-yeni istiqamətlərini müəyyənləşdirirlər. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təşkilatda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın Azərbaycan xalqı üçün adi bir yaşayış məntəqəsi deyil. Uca dağlar qoynunda qərar tutan bu şəhərin əsrarəngiz gözəlliyə malik olması ilə yanaşı, Laçın bizim üçün həm də bir rəmzi məna daşıyır. Laçının ölkəmiz üçün strateji önəmi də çoxdur. 1992-ci ildə bu şəhər işğal olunarkən Ermənistan ilə Qarabağ separatçıları arasında coğrafi əlaqə yaranmışdı. Otuzillik işğaldan sonra Laçın azad olundu, hazırda bu şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Dövlətimizin başçısının dediyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi də təşkilat daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Belə genişmiqyaslı idman tədbirini ancaq Azərbaycan kimi güclü dövlət təşkil edib uğurla keçirə bilər. III MDB Oyunları gələn il keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bütün bunlar Azərbaycanın ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündə və imkanında olduğunu təsdiqləyir. “Prezident İlham Əliyev Moskvaya səfəri çərçivəsində “Rossiya-1” televiziya kanalına müsahibəsi zamanı Qərbin, xüsusilə ABŞ-ın sanksiya siyasətini tənqid edib. Həqiqətən də, ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur. Uzun illər Ermənistanın işğalçı siyasətindən əziyyət çəkmiş Azərbaycana qarşı ABŞ konqresmenlərinin bu gün sərgilədiyi mövqe, onların işğalçılara və erməni separatçılarına “xoş münasibəti” də bunu təsdiqləyir. Bu cür ikili standartlara son qoyulmalıdır”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz namazova

 

 

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək.

Bakı bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına COP29-a ev sahibliyi edəcək. Müasir dünyada qlobal temperatur artımının qarşısını almaq, iqlim dəyişikliyinin təsirini azaltmaq əsas qlobal məqsəd kimi bəşəriyyətin qarşısında durmuşdur. Məhz 1992-ci ildə Rio-de-Janeyroda yaranmış, 1995-ci ildə Berlində ilk toplantısı keçirilən COP29 su qıtlığı, iqlim dəyişikliyi, qlobal istiləşmə kimi beynəlxalq problemlərin həllində dünya ölkələrini birləşdirən əsas meyardır. Katibliyi Almaniyanın Bonn şəhərində yerləşən  COP Paris Sazişinin məqsədlərinə  nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür. COP29-un bu ilin noyabr ayına olan konfransının məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil, çünki Azərbaycan regional və qlobal müstəvidə aparıcı dövlətə çevrilmişdir. Qeyd edim ki, sonuncu COP28 Dubay şəhərində baş tutub və COP30-un isə Brazilyada keçirilməsi nəzərdə tutulmuşdur. Qlobal problemlərin həllinə yönəlmiş, qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1.5 dərəcədən aşağı saxlamaq məqsədi kimi mühüm dünyəvi qərarların əldə olunduğu bu konfransın ölkəmizdə keçirilməsi eyni zamanda dövlətimizin potensial gücündən xəbər verir. Ölkəyə üz tutacaq minlərlə xarici qonağı qarşılamaq, 200-ə yaxın ölkənin iştirakçı olduğu beynəlxalq bir konfransı həyata keçirmək kimi mötəbər, mürəkkəb, şaxəli bir prosesi ancaq və ancaq Azərbaycan kimi aparıcı dünya ölkələri yerinə yetirmək gücünə sahibdir. Məhz cari ilin 8 oktyabr tarixində Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında cənap prezident İlham Əliyevin bu məsələyə toxunması təsadüfi deyildi. Cənap prezident öz çıxışında xüsusi olaraq 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörməti kimi qiymətləndirdi. Bəli, COP29-un keçirilməsi üçün Azərbaycanın seçilməsi məhz ölkəmizə verilən dəyər, edilən hörmətdir. Eyni zamanda COP29-un ölkəmiz üçün əhəmiyyətli faydaları olacaqdır. Bu konfransın Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək eçen bir fürsətdir. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı  qarşıya məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhvə verəcək. Eyni zamanda COP29 işğaldan azad edilmiş ərazilərdəki ekoloji problemlər üçün də vacibdir.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov

Şərhlər

Şərh yazılmayıb.