Huquqaz.com

Bu gün idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər

16.08.2024
2.826
Bu gün idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər

Bu gün idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər

Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.

Qeyd edilib ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.

21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.

Görüş zamanı Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.

Qeyd edilib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.

“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, – deyə dövlət başçısı əlavə edib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Növbəti beynəlxalq yarışlara, Olimpiya Oyunlarına hazırlıq prosesi də yüksək səviyyədə aparılacaq

“Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”. Bu fikirləri Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.

Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir. İdmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri nəticələr, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər sırasında beynəlxalq idman tədbirləri də xüsusi yer tutur və dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə xalqın qürur mənbəyinə çevrilir, dünya ictimaiyyətində rəğbət doğurur.

Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı növlər üzrə güclü idmançılar yetişmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafına xüsusi önəm verilməsinə başlanılmış və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında iştirakı təmin olunmuşdur. Həmin vaxtdan başlayaraq, xeyli sayda idman komplekslərinin, meydançaların, idman-sağlamlıq mərkəzlərinin tikilməsi, bəzilərinin yüksək keyfiyyətlə təmir olunması diqqət mərkəzində saxlanılmışdır. İdmana və idmançılara göstərilən dövlət qayğısı Azərbaycanın bu sahədə şöhrətini getdikcə artırmışdır. Bu gün idman böyük potensiala və imkanlara malik siyasi təsirin mühüm komponentlərindən biridir. Belə yarışlarda qalibin şərəfinə himn səsləndirildikdə və təmsil olunduğu dövlətin bayrağı qaldırılanda ölkənin nüfuzuna birbaşa təsir edir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan Olimpiya Hərəkatı ilə bağlı bütün tədbirlərin fəal iştirakçısına çevrildi

Cənab İlham Əliyevin 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycanın idman tarixinə mühüm və əlamətdar hadisə kimi yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına böyük imkanlar açdı. Bu dövrdən sonra ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yeni inkişaf mərhələsi başlandı, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər öz həllini tapdı, federasiyaların işində dönüş yarandı. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmiri həyata keçirildi. İdmançıların məişət məsələlərinin qaydaya salınması, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması inkişafa təkan verdi. Gələcəyinə böyük ümidlər bəslənilən idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən təqaüdlərin verilməsi haqqında Əsasnamə təsdiqləndi.

Beynəlxalq Olimpiya və idman qurumları ilə əməkdaşlıq genişləndirildi. Azərbaycan Olimpiya Hərəkatı ilə bağlı bütün tədbirlərin fəal iştirakçısına çevrildi. Milli Olimpiya Komitəsi respublikada idmanın maddi-texniki bazasının yaradılması, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi sahəsində böyük uğurlar qazandı. Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətlərini yüksək qiymətləndirərək Beynəlxalq Olimpiya Komitəsi MOK-un prezidenti İlham Əliyevi ali mükafat – “Olimpiya Ordeni” ilə təltif etdi.

İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmışdır. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə, əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Ölkəmiz ilk dəfə 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O vaxt cəmi 1, 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və 2012-ci ildə 10 medal qazanıldı. Azərbaycan 2016-cı il Rio Yay Olimpiya Oyunlarında 18 medala sahib oldu. Medallardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc olub. Ən çox qızıl medal qazandığımız yarış (hər birində 2 qızıl) 2000-ci il Sidney və 2012-ci il London Olimpiya Oyunları olub. Ümumiyyətlə, indiyədək komandamız bu yarışlarda 7 idman növü üzrə 42 medal qazanıb. Bunlardan 7-si qızıl, 11-i gümüş, 24-ü isə bürünc medaldır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Bu gün paytaxtımıza nüfuzlu idman yarışlarının keçirilməsinin həvalə edilməsi Azərbaycanın yüksək təşkilatçılıq potensialından xəbər verir

Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. 2015-ci il Avropa Oyunlarında isə Azərbaycan komandası ikinci yeri tutdu. Bu illər ərzində atletlərimiz, həmçinin Qış Olimpiya Oyunlarında da iştirak etdilər. İlk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri, həmçinin Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014, Pxenyan-2018, Pekin-2022 olimpiadalarında da təmsil olundular. Azərbaycanın yeniyetmə idmançıları da bu illər ərzində dünya, Avropa, yeniyetmələrin Yay Olimpiya Oyunları və Avropa Gənclər Olimpiya Festivallarındakı uğurlu çıxışı ilə ölkəmizin bayrağını yüksəklərdə dalğalandırdılar. Ölkəmiz Sinqapur-2010, Nankin-2014 və Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında və Lozanna-2020 Qış Olimpiya Oyunlarında təmsil olundu. Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub. Olimpiya Oyunlarında əldə olunan bu nailiyyətlər cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanının sürətlə inkişaf etdiyini göstərir.

Bu gün paytaxtımıza nüfuzlu idman yarışlarının keçirilməsinin həvalə edilməsi Azərbaycanın yüksək təşkilatçılıq potensialından xəbər verir. Artıq Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Ölkəmiz bu illər ərzində müxtəlif idman növləri üzrə bir sıra dünya, Avropa çempionatları ilə yanaşı, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Avropa Gənclər Olimpiya Festivalına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, şahmat üzrə Dünya Kubokuna, Formula 1 üzrə Qran-Pri yarışlarına, UEFA Avropa Liqasının final qarşılaşmasına, Avro-2020-nin dörd oyununa və bir sıra nüfuzlu mötəbər idman yarışlarına da uğurla ev sahibliyi etdi.

Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilir, maddi-texniki baza möhkəmləndirilir. Bütün bu işlər idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında mühüm rol oynayır.

Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq və yeniyetmələr arasında idmanın inkişafına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir: “Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir

Azərbaycan inkişafının bütün istiqamətləri üzrə modelini ortaya qoyması danılmazdır. Siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi və nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, Cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız böyük uğurlar əldə edirlər. Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına da böyük diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirib. İdmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib ki, onlar Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindiriblər: “Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır

Bu Oyunlarda müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. “Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”, – deyən Prezident bildirib: “Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.

Azərbaycan Prezidenti qeyd edib ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir”.

İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi: “Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.”

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Haqlı olaraq biz gənc nəslimizlə fəxr edə bilərik

Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə edib. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə vətənə dönürlər. Olimpiya Oyunlarında da bir daha Qalib Azərbaycanın bayrağını yüksəkliklərə qaldırdılar, dövlət himnimiz səsləndirildi. Azərbaycan uğurlu modelini, gücünü bütün dünyaya hər bir sahədə göstərir.

Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.

Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilib. Azərbaycanın bölgələrində onlarla müasir Olimpiya İdman Kompleksi tikilib. Bakıda isə ən müasir idman infrastrukturu mövcuddur. 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəz və s. müasir idman qurğularıdır. İdmanın kütləviliyi təmin edilib.

“Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq” – deyən Prezident onu da diqqətə çatdırıb ki, uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin: “İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.

Bütün qazanılan uğurlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Olimpiya oyunları idmançılar içərisində ən seçilmişlərin mübarizəsidir.

Azərbaycan Prezidenti olimpiadadan qayıdan idmançılarımızı qəbul edərkən bir məsələyə toxundu. Yəni idman siyasəti Azərbaycanda ardıcıl və davamlıdır.  İdmanın inkişaf dinamikası ölkəmizdə göz önündədir. Biz müstəqillik əldə etdikdən sonra Olimpiya oyunlarında əldə etdiyimiz medalların statistikasını müqayisə etsək, görəcəyik ki, ən son göstəricini  daha da yaxşılaşdıra bildik.  Əlbəttə, bu, böyük nailiyyətdir. Nəticə etibarı ilə Olimpiya oyunları idmançılar içərisində ən seçilmişlərin mübarizəsidir. Dünya sırasında 30-cu yeri əldə etmək olduqca böyük uğur və nailiyyətdir. Amma bu, sırf idman mübarizəsi kontekstində belədir. Məsələ ondadır ki, uğurlar, sadəcə, idman hadisəsi deyil. Azərbaycan gəncliyi üçün ən əhəmiyyətli məsələlərdən biri də budur. Azərbaycan bu gün bir olimpiya çempionu yetişdirirsə, deməli, o, minlərlə idmançının içərisindən seçilib. Geriyə baxdıqda biz burada geniş bir kütlə görəcəyik. Yəni olimpiadaya bir idmançı çıxarmaq yüzlərlə idmançının əməyinin nəticəsidir. Bu o deməkdir ki, Azərbaycanda idman kütləvidir. İndiki dövrdə ölkələr həm də səssiz müharibələrlə üz-üzədir. Narkotik ticarəti, pis vərdişlərlə, zərərli alışqanlıqlarla ölkənin gənclərini hədəf kimi seçirlər. Amma idman həm də onun zəmanətidir ki, gənclərimiz pis vərdişlərdən kənar qalırlar.

Ona görə də düşünürəm ki, Prezidentin olimpiaçılarla  görüşməsi yeni və gənc nəslin idmanla məşğul olması üçün çox mühüm bir motivasiyadır. Ayrıca çempionlarımıza maddi vəsaitin verilməsi gənclərimizi idmanla məşğul olmağa həvəsləndirir. Azərbaycanda dövlətin və Prezidentin idman siyasəti belədir. Hər hansı bir idmançının maddi imkanları məhduddursa, nəticə əldə edən kimi dərhal bu, Azərbaycan dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir. Bu isə idmanın inkişafı üçün əlavə stimul yaradır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirib. İdmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib ki, onlar Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindiriblər: “Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm”.

Xatırladaq ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. Belə ki, Ulu Öndər tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini vermiş oldu. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma diqqətdən yayınmayıb. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Bu il Azərbaycan Olimpiya Oyunları tarixində yeni bir uğura imza atdı

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub.

Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.

Bu il Azərbaycan Olimpiya Oyunları tarixində yeni bir uğura imza atdı. 26 iyul-11 avqust 2024-cü il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq, ölkəmiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı. Bu göstərici ilə Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 müsəlman ölkəsi arasında üçüncü yerdə qərarlaşdı. Xüsusilə, idmançılarımızın bir neçə idman növlərində medal qazanması ölkəmizdə idmanın hər bir sahəsinə göstərilən diqqət və qayğının bariz göstəricisidir. Cari ilin 14 avqust tarixində Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar.

Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.
İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi: “Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”.
Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.