Huquqaz.com

Bu tibb müəssisəsində rüşvət faktı – VİDEO

29.06.2024
2.194
Bu tibb müəssisəsində rüşvət faktı – VİDEO

DogruXeber.az” informasiya agentliyinin rəhbəri Kamal Əsgərova “sizdən həyat yoldaşıma zəng gəlib” ifadəsi ilə başlayan təhdid zənglərinin sayı son günlər getdikcə artır.

Bir neçə gün əvvəl barəsində məlumat dərc etdiyimiz Abşeron rayon Digah qəsəbəsindəki 6 saylı uşaq bağçasında tərbiyəçi işləyən və valideynlərdən pul yığdığı, eləcə də digər qanunsuz işlərdə məhz onun əsas rolu olduğu deyilən Aytən xanımın həyat yoldaşı bu cür yanlışa yol vermişdi.

Belə ki, o, “DogruXeber.az“a daxil olan məlumatlarla bağlı qarşı tərəfin mövqeyini dinləmək məqsədilə Aytən xanıma zəng edən agentlik rəhbəri Kamal Əsgərova zəng edib, “Mənim həyat yoldaşıma niyə zəng etmisiniz?” deyə, güya qanunları yaxşı bildiyini göstərməyə çalışaraq, onun həyat yoldaşına jurnalistin zəng etməyə ixtiyarı olmadığını demişdi.

“Qanunları yaxşı bilən” bəy jurnalistin onun xanımına deyil, dövlət müəssisəsində çalışan Aytən xanıma zəng etdiyinin fərqində belə deyildi.

Əlqərəz…

Bu dəfə isə eyni taktikanın işə yarayacağını düşünərək, Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində tibb bacısı işləyən Gülnar Həsənovanın həyat yoldaşı şansını sınamağa çalışdı.

Qeyd edək ki, Kamal Əsgərovun Gülnar Həsənovaya zəng etmə səbəbi, Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun redaksiyamıza müraciəti idi.

Əjdər Məmmədov müraciətində iddia edir ki, həyat yoldaşı Gülxanım Məmmədova anadangəlmə gözdən əlildir. İllərdir buna görə pensiya alırdı, lakin, respublika üzrə çox insanların əlilliyi kəsiləndə, Gülxanım Məmmədovanın da əlilliyi kəsilib. Əlilliyin yenidən bərpa olunması üçün bir neçə dəfə cəhd etsələr də imtina cavabı gəlib. Belə olan halda tanış bir vasitəçi ona, sözügedən səhiyyə müəssisəndə çalışan və bu işdə kömək edə biləcək bir tibb işçisini tanıdığını deyib.

Ötən (iyun) ayın 20-də Oftalmologiya Mərkəzində olan Əjdər Məmmədov, həyat yoldaşı Gülxanım Məmmədova ilə birlikdə vasitəçinin tanış etdiyi tibb işçisi Gülnar Həsənova ilə görüşdüklərini və ona əvvəlcədən vəd olunmuş 1800 (min səkkiz yüz) AZN pul verdiklərini deyir.

Bizə göndərilən səs yazılarında da aydın görünür ki, Gülnar Həsənova əminliklə Gülxanım Məmmədovaya ona pensiya təyin olunacağı vədini verir.

Lakin, zamanı yetişdiyində Gülxanım Məmmədovaya Reabilitasiya mərkəzindən imtina cavabı verilməsi, ailənin təəccübünə səbəb olub.

Əjdər Məmmədov bildirir ki, o, yenidən Gülnar Həsənova ilə telefon əlaqəsi saxlayıb, imtina cavabının səbəbini soruşub. Gülnar xanım isə bildirib ki, – “siz aparatlardan keçəndə pul köçürməli idiniz, niyə köçürməmisiniz? Ona görə kəsiblər. Nərminə Hümbətova kəsib sizi” deyə cavab verib.

Doğrudur, Gülnar Həsənova ilə danışıb, mövqeyini öyrənərkən, xanım təbii olaraq, vətəndaşın iddialarını təkzib etdi. Hətta, tez-tez “mən şəhid qızıyam, elə şey edərəmmi?” deyə, kim olduğunu işarə etməyə çalışırdı.

Əvvəla onu vurğulamaq istəyirik ki, Əjdər Məmmədov kart hesabından köçürmə yolu ilə həyata keçirilən ödəniş qəbzi, Gülnar Həsənovanın Səs yazıları, votsap yazışmaları və bəzi görüntüləri redaksiyamıza təqdim edib.

Gülnar xanımın barəsindəki iddiaları təkzib etməsi, özünü günahsız göstərməyə çalışması normaldır, amma, bu cür məsələlərdə şəhid və qazi adından istifadə etmək doğru deyil. Hətta, yolverilməzdir!

! Kimliyindən asılı olmayaraq, heç bir vətəndaşın, eləcə də dövlət məmurunun qanunları pozmağa ixtiyarı yoxdur !
Heç bir imtiyaz, titul, rütbə, vəzifə və sair kiməsə vətəndaşların hüququnu pozmaq ixtiyarını vermir !

Ardından isə həyat yoldaşının redaksiya rəhbərinə zəng edib, “həyat yoldaşıma zəng etməyə ixtiyarıniz varmı ? Bu ölkənin qanunları var?” deyə, onu qanunlarla təhdid etməsi gülünc olduğu qədər, məsələdən onun da xəbərdar olmasını göstərir.

Qanun pozan şəxsin, öz qanunsuz əməllərinin ifşasının qarşısını almaq məqsədilə qanunları sitat gətirməsi və qarşı tərəfi qanunla hədələmək istəməsi qədər absurd heç nə yoxdur.

Onu da əlavə edək ki, Gülnar Həsənova sözarası Əjdər Məmmədovu məhkəməyə verəcəyini də dedi.
Hansı əsasla görəsən!

Yeri gəlmişkən, Əjdər Məmmədovun redaksiyamıza bildirdiyinə görə Gülnar Həsənova onun oğluna zəng edərək, pulu ona deyil, aradakı vasitəçiyə verdiklərini deməsini xahiş edib. Halbuki, Gülxanım Məmmədova 1800 manatı şəxsən Gülnar Həsənovaya verdiyini deyir.

Hətta, onun iddiasına görə Gülnar xanım onlara həmin pulun 500 manatının baş həkimə çatacağını da deyib.

Məsələdə baş həkimin də adının hallanması, onun da məsələdən xəbərdar olması və hətta, bu cür qanun pozuntusunda Gülnar Həsənovanın təkbaşına olmadığını işarə edir.

P.S:
 Vətəndaş Əjdər Məmmədovun müraciəti əsasında tərəfimizdən aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Səhiyyə Nazirliyinə rəsmi sorğular göndərilib.

Mövzunu davam etdirəcəyik və növbəti yazımızda müəssisə daxilində cərəyan edən rüşvət hallarına dair bəzi faktlar, müayinə və müalicə üçün pasientlərdən tələb edilən məbləğlər, eləcə də daxildə yaranmış analoji vəziyyəti ətraflı şəkildə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.