Huquqaz.com

Qaradağda bu qaranlıq işlərin yolu icra hakimiyyətindən keçir – FOTO + VİDEO

19.06.2024
1.957
Qaradağda bu qaranlıq işlərin yolu icra hakimiyyətindən keçir – FOTO + VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölülərlə dirilər çəpər qonşusudurlar.

Bir neçə gün əvvəl “DogruXeber.az“a Qaradağ rayonunun Lökbatan qəsəbəsində qanunsuz tikintilərin aparıldığı barəsində məlumatlar daxil oldu. Əməkdaşlarımız həmin gün məlumatı dəqiqləşdirmək məqsədilə Lökbatan qəsəbəsinə yola düşdülər. Lakin, qanunsuz tikintilərin aparıldığı deyilən ünvana gedərkən, elə qəsəbənin girişində, yolun sol kənarında böyük bir villa tikintisinin aparıldığını gördük. Bu tikintidə diqqət çəkən əsas məqam onun cəmi bir neçə metrliyində aktiv neft quyusunun olmasıdır.

Qaradağda bu qaranlıq işlərin yolu icra hakimiyyətindən keçir - FOTO + VİDEO

Doğrusu, deyilən ünvana çatana qədər bir neçə küçələrdə – əsas qaz xəttinin yanında, yüksək gərginlikli elektrik xətlərinin altında və sair qanunla qadağan olunmuş bir çox yerlərdə qanunsuz tikintilərin aparıldığının şahidi olduq ki, onlardan bəziləri də Ramiz Hüseynov və İsrafil İsmayılov küçələrində aparılır.

Qaradağda bu qaranlıq işlərin yolu icra hakimiyyətindən keçir - FOTO + VİDEO

Aydındır ki, heç bir vətəndaş bu tikintiləri aidiyyatı qurumların bəllidir ki, rəsmi mümkün deyil, amma qeyri-rəsmi də olsa icazələrini almadan aparmağa risk edə bilməz.

Qaradağ rayon İcra Hakimiyyəti başda olmaqla, yerli bələdiyyə, Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin hansısa maraqlar xatirinə göz yumduqları və dib-dibə aparılan bu kimi tikintilər artıq qəbristanlığın içinə qədər yol alıb.

Qaradağda bu qaranlıq işlərin yolu icra hakimiyyətindən keçir - FOTO + VİDEO

Təsəvvür edin ki, qəsəbədə “4-cü yaşayış massivi” adlanan ərazidə kimisi məzarlarla qapı qonşusu, kimisi çəpər qonsusudur. Bu isə o, deməkdir ki, gözü doymayan rayon rəhbərliyi və yerli bələdiyyə qəbristanlıq ərazilərini də həyətyanı kimi vətəndaşlara satıblar.

Bundan əlavə, elə həmin ərazilərdə – məsələn, Novruz Məcidov küçəsinin sağ-solunda, eləcə də həmin küçənin yaxınlığındakı hələ adı olmayan, “rayon rəhbərliyi və bələdiyyənin köməyi” ilə insanların özləri tərəfindən yeni salınmış küçələrdə, hətta qayaların altında belə İnsanların təhlükəsizliyi nəzərə alınmadan düzləşdirilib, həyətyanı kimi satılan yerlərdə tikilən bir çox mənzillərdə artıq yaşayış da var, bir çoxlarının isə tikintisi aparılır.

Qaradağda bu qaranlıq işlərin yolu icra hakimiyyətindən keçir - FOTO + VİDEO

Bu qədər qanunsuz tikintilərin aparıldığı Qaradağ rayon Lökbatan qəsəbəsi barəsində, sosial mediada ötən ilin iyun-iyul aylarına təsadüf edən bir neçə gözdən pərdə asan xəbərlər yer alır. “Lökbatanda qanunsuz tikintilər söküldü”, “Lökbatanda qanunsuz tikintilər sökülür “, “Lökbatanda qanunsuz tikintinin qarşısı alındı ” və sair. Amma, bir yerli icra hakimiyyəti tərəfindən saytlara ötürülən bu yazılara baxırıq , bir də hazırda içində yaşayış olan qət-təzə evlərə.

Sual yaranır, o, cümlələrdəki sökülən, yaxud qarşısı alınan tikintilər hansılar idi?

Yoxsa, bu xəbərlər “bəxşiş artırmaq” üçün o, insanlara “xoxgəlmə” taktikası idi?

Yeri gəlmişkən, yerli saytlardan birində yazır ki, “Qanunsuz tikintilərlə bağlı Qaradağ rayon icra hakimiyyətinin başçısına zəng etdik, sualımızı eşidən kimi telefonu söndürdü.”

Görünür, sualın çəkisi icra başçısının gücü xaricində olub.

Həftədə bir neçə dəfə “dost saytlar”da və Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində yerləşdirilən “Süleyman Mikayılov sakinlərlə səyyar görüş keçirib” başlıqlı yazıların baş qəhrəmanı Süleyman Mikayılov nədənsə iki ildən çoxdur ki, Sahil qəsəbəsinə gedib çıxa bilməyib.

Başçını bu qəsəbə sakinlərdən uzaq tutan müəmmalı səbəblər – VİDEO

Qaradağ rayon Sahil qəsəbəsi Əlyar Gülməmmədov küçəsindəki çoxmərtəbəli yaşayış binaların artıq bir neçəsinin magistral yoldan baxanda az qala içərisi görünür. Binaların divarları hissə-hissə qopub tökülür. İllərdir zirzəmiyə axan kanalizasiya sularının da yaratdığı üfunət, rütubət də bir yandan binada yaşayan 117 ailənin sağlamlıqlarını əllərindən alır.

Əlyar Gülməmmədov 4 ünvanındakı 117 aylənin yaşadığı həmin binanın sakinləri, 10 ildən çoxdur ki, İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də illərdir onlara həyəcan yaşadan bu problemlərə heç kimin ümumiyyətlə reaksiya vermədiyini deyirlər.

Qeyd edək ki, Qaradağ rayonu ərazisində qanunsuz tikintilər sadəcə Lökbatan qəsəbəsində deyil, eyni zamanda, Sahil, Qobustan, Ələt və digər qəsəbələrdə də aparılır.

Xatırlayırsınızsa, zaman-zaman yerli saytlarda Ələt qəsəbəsinin bələdiyyə sədri Azad Musayevin İcra başçısı ilə əlbir olaraq, yaşayış üçün yararlı olmayan, kənd təsərrüfatı təyinatlı əraziləri belə yaşayış sahəsi kimi vətəndaşlara satdığı barəsində məlumatlar yer alırdı. Hətta, həmin ərazilərdə yaşayan sakinlər sənədləri olmadığı üçün qaz, işıq, su və yolsuzluq problemləri yaşadıqları, aidiyyatı qurumların isə onların bu problemlərini görməzdən gəldikləri barəsində yerli saytlara müraciət etmişdilər.

Lakin, nə ərazilərin qanunsuz satışını həyata keçirən bələdiyyə sədrinə, nə də ona himayədarlıq etdiyi deyilən və həmin ərazilərdə aparılan tikintilərə göz yuman Qaradağ rayon icra hakimiyyəti başçısına “gözün üstə qaşın var” deyən olmadı. Elə bu rahatlıq səbəbilə rayon rəhbərliyi ölülərin də yerinə göz dikdi. Yəni, qəbristanlıq əraziləri ölülərdən havayı alınıb, baha qiymətə dirilərə satılır.

P.S: Bildiririk ki, “DogruXeber.az” olaraq, tərəfimizdən aidiyyatı qurumlara göndərilməsi üçün rəsmi sorğular hazırlanıb.
Bu barədəki növbəti yazımızda əlavə görüntüləri və faktları təqdim edəcəyik.

Bizi izləyin !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.