Huquqaz.com

Bəs qanunsuz yığılan pullar hara gedir, Zəminə xanım ? – VİDEO

18.06.2024
2.192
Bəs qanunsuz yığılan pullar hara gedir, Zəminə xanım ? – VİDEO

Lənkəran şəhər 12 saylı körpələr evi – uşaq bağçasından yeni görüntülər var !

Doğrusu, ötən həftə “DogruXeber.az” informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən “Kanal14“ün canlı yayımında bu görüntüləri izlədiyimizdə “Mozalan” yadımıza düşdü.

“Uşaqlar, qazanda yalnız bir tikə ət var, onu kim yeməlidir?”…

Amma, yox Zəminə İsayevanın rəhbərlik etdiyi 12 saylı uşaq bağçasının qazanında deyəsən ümumiyyətlə ət yoxdur.

Bu bağçanın “qənaət rejimi” Allaha acıq getməsin, bağçada bişən yeməklərə iyrənc görüntü verir. Təsəvvür edin, bir boşqab bulanıq su, içində 5-6 makaron və xırda doğranmış kartof, qızarmış soğan gəzişir. Videonu çəkən şəxsin boşqabın içində xeyli axtarış apardıqdan sonra deyəsən sürtgəcdən keçirilmiş 1-2 xırda toyuq əti qırıntılarını tapması da həm gülüş doğurur, həm də təəssüf.

Ötən həftə də bu barədə dərc etdiyimiz məlumatımızda sözügedən bağçada hər uşağa görə valideynlərdən hər ay pul yığılmasından bəhs etmişdik. Lakin, burada nə yığılan pullardan, nə də dövlətin uşaq bağçası üçün ayırdığı vəsaitdən – invertarlardan diqqət çəkən əlamət gözə dəymir.

Tərbiyə ocağında tərbiyə beləmi olur ?

Deyəsən, bundan əvvəl Lənkəran şəhər 14 və 17 saylı körpələr evi – uşaq bağçalarında rəhbərlik etdiyi və işində yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı deyilən Zəminə xanım hər şeyə rəğmən öz fəaliyyət prinsiplərinimi deyək, qaydalarınımı deyək, davam etdirəcəyinə “söz verib”.

Qeyd edək ki, mövzu diqqətimizdədir və bağça barəsində redaksiyamıza əlavə məlumatlar gəlməkdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.