Huquqaz.com

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

29.02.2024
1.838
Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq

Tarixdə öz miqyasına görə analoqu olmayan Xocalı qətliamını törətməkdə erməni şovinistləri qəddarlıqda faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Bütün dünyaya erməni qəddarlığı haqqında həqiqətlərin çatdırılma­sı, dəhşətli faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz bütün zəruri ad­dımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb.

Artıq Vətən müharibəsindən sonra soyqırımının ildönümü fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında lokalxarakterli antiterror əməliyyatında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla ya­naşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qar­şısında cavab verəcəkləri inamını daha da artırdı. Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil. Xocalı soyqırımının otuz ikinci ildönümünün respublikamızın bütün ərazilərində anılması ilə əlaqədar dövlət başçımızın 28 yanvar 2022- ci il tarix­li sərəncamında da qeyd edilir ki, bu faciə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biridir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xo­calı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tut­du. Xocalı soyqırımı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Azərbaycanlılara qarşı Ermənistanın törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqla­rımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Ölkəmiz böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ümummilli lider Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı soyqırımı adlandırmışdır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”. Eləcə də, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respubli­kası, Koreya Respublikası, Belarus, Çe­xiya, Fransa, Gürcüstan, İndoneziya, İs­veç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Ya­poniyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspani­ya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir. Xocalı faciəsi barədə dün­ya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kam­paniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampani­yanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. 27 sentyabr 2020-ci il tarixində xalqımız ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarıl­ması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, o cümlədən, bütün şəhidlərimizin qisası alındı.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda gedən ədalətsiz müharibənin ağrı-acıları da yaşadılır. İllərlə gənclər hərbi xidmətə döyüş əzmi ilə gedib, onlar da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşənlərin sırasında olmaq istəyib. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın ərazisində neçə-neçə faciə törətdi. Dünya ictimaiyyəti bu faciələrə ciddi münasibət bildirmədi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində qətliam törətdi, yüzlərlə insan qətlə yetirildi, yaralandı, əsir aparıldı. 2020-ci ilin senytabr-noyabr aylarında gedən döyüşlərdə – Vətən müharibəsində torpaqlarmız işğaldan azad edildi. 2023-cü ilin  sentyabrında Qarabağda lokalxarakterli antiterror əməliyyatı nəticəsində separatizimə son qoyularaq suverenliyimiz təmin olundu. Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, Xocalıya qayıdışın əlaməti kimi tarixləşdi.

1992-ci ildən üzü bu yana Xocalı faciəsi Xocalıdan uzaqlarda anılırdı. Anım tədbirləri ayrı-ayrı şəhərlərdə, rayonlarda, bəşəri dövlətlərdə keçirilirdi. Bu il Xocalı faciəsi günü Xocalıda anıldı. Azərbaycan Respublikasınını Prezidenti cənab İlham Əliyev fevralın 26-da Xocalıda xocalıların əhatəsində Xocalı faciəsinin 32-ci ildönümü tədbirində çıxış etdi. Bu çıxış 32 il ərzində Xocalı faciəsinə dövlətin hansı səviyyədə duyğusal münasibəti olduğunun təsdiqidir. Anım tədbirində cənab İlham Əliyev dedi: “Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq. Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra – o qarlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladı kimi yaşayırıq, qururuq, bərpa edirik”. Bu, qürurdur, Azərbaycanın tarixə gerçək hərbi və siyasi təsiridir. Bu kəlamlarda faciəyə təəssüf də var, təsəlli də. Xocalı faciəsi təkcə yaddaşlarda yaşadılmır, həm də tarixin nişanəsi olacaq memorial kompleks formatında da yaşadılacaq.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik

Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi, orada səsləndirdiyi fikirlər soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində çox böyük tarixi hadisədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də səsləndirdiyi kimi, bu il ilk dəfə olaraq faciə qurbanlarının əziz xatirəsi məhz Xocalı şəhərində anıldı. Bu hadisə erməni separatçılarının və işğalçılarının ağır məğlubiyyəti ilə yanaşı, 32 il bundan öncə vəhşicəsinə qətlə yetirilmiş, əsir və girov götürülmüş, sonrakı taleyi hələ də naməlum qalan günahsız soydaşlarımızın qisası idi. Xocalı soyqırımı dünya tarixində nadir soyqırımı hadisələrindən biridir. Bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətdir. Faciə zamanı uşaq, qadın, ahıl demədən yüzlərlə insanın öldürülməsi, ən ağır işgəncələrə məruz qalması erməni millətinin əsl simasını bütün çılpaqlığı ilə sübut edir. Hətta zaman-zaman ermənilər yazdıqları kitablarda və yazılarda bu cinayətləri törətdiklərindən fəxarətlə bəhs edərək əslində bu cinayətlərin birbaşa təşkilatçısı və iştirakçısı olduqlarını etiraf etmişlər. Ancaq təəssüflər olsun ki, bütün dünya faktlar qarşısında susduğu kimi, bu etiraflara da gözlərini və qulaqlarını qapamışdır.

Bütün dünya torpaqlarımızın işğal və talan edilməsi faktlarına göz yumduğu kimi, 32 il bundan öncə Xocalıda törədilmiş və bəşər tarixində misli görünməmiş soyqırımı və etniktəmizləmə faktlarına da eyni qaydada göz yumdu. Erməni işğalçılarının tarixi torpaqlarımızı zəbt etməsi, orada insanlıqdan kənar vandalizm və talançılıqla məşğul olması, çoxsaylı beynəlxalq cinayətlər törədərək təbii sərvətlərmizi qanunsuz olaraq mənimsəməsi faktlarına da beynəlxalq təsisatlar susdu. Çox təəssüflə qeyd edirik ki, Azərbaycan beynəlxaq hüququn təmin edilməsini, ədalətin bərqərar edilməsini 30 ildən artıq gözlədi, Ermənistanla sülh danışıqlarını davam etdirərək münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün bütün səylərini səfərbər etdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin, xalqımızın həmrəyliyi, qüdrətli və yenilməz ordumuzun peşəkarlığı nəticəsində 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri həyata keçirərək preventiv addımlarla erməni separatizminin kökünü tamamilə məhv edildi. Beləliklə, Azərbaycanın öz gücü sayəsində ərazi bütövlüyümüz tam təmin edildi. Biz inanırdıq Xocalıya qayıdacağıq. Bu zəfər xalqımıza nəsib oldu.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.