Huquqaz.com

Azərbaycançılıq məfkurəsi

13.12.2023
1.753
Azərbaycançılıq məfkurəsi

Azərbaycançılıq məfkurəsi

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. “Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi və bu kimi bir çox misalları gətirmək olar. Əldə olunan inkişaf nəticəsində respublikamızın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmiş, ildən-ilə yeni yaşayış massivləri, qəsəbə və kəndlər salınmış, məktəblər, uşaq bağçaları, universitetlər açılmışdır. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalması  onun  inkişaf etdirilməsidir. 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan münaqişənin birdəfəlik köklü həll olundu və  ərazilərin işğaldan azad olunaraq qaçqın və köçkün soydaşlarımızın öz torpaqlarına geri qayıtması na səbəb oldu. Azərbaycan xalqı Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi oldu.44 günlük vətən müharibəsi  azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

 

Südabə Vəliyeva

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru.

Şərhlər

Şərh yazılmayıb.