Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
44 günlük vətən müharibəsinin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən ucada dayanır.
2024-cü il 7 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan dövlətimiz adına mühüm hadisəni zəfər seçkisi də adlandırmaq olar. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək. Bu dəfə də Azərbaycan xalqı öz mövqeyini ortaya qoyacaq: “Birmənalı olaraq indidən qeyd etmək istərdim ki, xalqımız Qarabağı Azərbaycana qovuşduran, dədə-baba torpaqlarımızın həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevə tam dəstək göstərərək xalqın layiqli liderinə səs verəcəkdir. Bu seçkilər həm də xalqın öz rəhbərinə olan sevgisini bildirmək üçün gözəl bir fürsətdir. Bəzi destruktiv, məhdud potensiala malik, qərəzli mövqe tutan, partiya üzvlərinin sayı 5000-ni keçməyən, köpük effekti yaradaraq özünü dırnaqarası lider hesab edənlər növbəti dəfə iflasa uğrayacaq. Xalq və İlham Əliyev birliyinin gücü qarşısında tarixin zibilliyinə yuvarlanacaqdır!
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri.
Zəfər seçkisi.
Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Dövlət başçısının Sərəncamı ilə Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Eyni zamanda, bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Azərbaycan xalqının cənab İlham Əliyevə inam və etimadı sonsuzdur. Çünki Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirən, Qarabağı xalqımıza qaytaran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Liderdir. Bütün bunlara əsasən deyə bilərik ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin mütləq şəkildə qələbə qazanacağı şübhəsizdir və Liderimizlə rəqabət apara biləcək hər hansı siyasi qüvvə yoxdur.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri.
Özünə inam və xalqın dəstəyinə əminlik.
Növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Prezident cənab İlham Əliyevin verdiyi sərəncam yeni reallıqlardan irəli gəlir. Belə ki, 2020-ci ilin sentyabr ayında başlanan və cəmi 44 gündən sonra 30 illik işğala son qoyan Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdir. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Həm müharibəni, həm də yenidənqurma işlərini təkbaşına aparır. Bütün bu uğurların altında Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzası var. Deməli, indiki növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri də adlandırmaq olar və xalqımız bu seçkilərə də inamla gedir. Reallıq budur ki, seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq nəticə xalqın istəyinə uyğun olacaq. Bu seçim 2024-cü ildə də, 2025-ci ildə də dəyişməz qalacaqsa, ölkəmizdə dinamik olaraq genişlənən inkişafı, Qarabağımızda aparılan quruculuq işlərini, xarici siyasətimizdə əldə etdiyimiz misilsiz uğurları seçkilərlə niyə ləngidək? Bütün gerçəkliklər nəzərə alınıb və seçkilərin sadəcə vaxtı irəli çəkilib. Əgər, kimsə 2025-ci ilədək xalqın seçiminə hansısa siyasi zümrənin təsir edə biləcəyini düşünürsə yanılır, bunlar boş və xam xəyallardır. Əminliklə demək olar ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, Ulu Öndərimizin təməlini qoyduğu siyasəti dəstəkləyəcək. Prezident İlham Əliyev tək Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda yeni dövr başladır. Uzun müddət münaqişələr, düşmənçiliklərdən yorulmuş Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrü başlayır!
Müstəqilliyimizi bərpa etdikdən sonra keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək. Odur ki, bu seçki həm də, tarixi zəfər seçkisidir. Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradəsini sərbəst şəkildə ifadə edə biləcək. Bu seçki eyni zamanda qalib Prezidentin özünə inamının və xalqın siyasi dəstəyinə əminliyinin sübutudur.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri.
Ədalətli seçki şəraiti təmin edən mövqe.
Bildiyiniz kimi, Azərbaycan dövlətinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq bizim altı ali konstitusion niyyətimizdən biridir. Biz real müstəqilliyimizin 30-cu ilində, nəhayət ki, bu ali niyyətlərimizə nail ola və bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bu mənada, fevralın 7-nə müəyyənləşən növbədənkənar Prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq.Hər kəsə məlumdur ki, Cənubi Qafqaz mürəkkəb tarixi inkişaf yolu keçib, amma etiraf edək ki, tarixinin heç bir dövründə Azərbaycan bu regionun aparıcı qüvvəsi ola bilməyib. Amma bu gün Heydər Əliyev siyasi kursu regionda yeni dövr başladır. Necə ki, böyük Heydər Əliyev yalnız xalqa – ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, Prezident cənab İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir. Bu, eyni zamanda, xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın. Çünki bu ölkəyə ən azı son 105 ildə xəyanətkarı da, acizi də, məğlubu, fərarisi də rəhbərlik edib, amma biz ilk dəfədir ki, bütün suveren ərazilərimizi əhatələyəcək seçkilərdə qalib sərkərdəyə səs verəcəyik. Bu, bir zamanlar çevrilişlə hakimiyyəti zəbt etmiş dairələrin, yaxud siyasi nihilistlərin, antimilli ünsürlərin qiymət verə biləcəyi məsələ deyil. Xalq yaxşı anlayır ki, bu siyasətin alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcək.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri.
Qalib xalqın Qalib Prezidenti.
1993-cü ildə müstəqilliyimiz, dövlətçiliyimiz təhlükə qarşısında qalanda Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək, ən düzgün qərarı qəbul etmiş və ən doğru ünvana üz tutmuşdur. Xalqımız həmin məşəqqətli günlərdə Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın gələcəyini xilas etmək üçün inandığı, etimad göstərdiyi böyük Lider Heydər Əliyevə müraciət edəndə də, 2003-cü ildə – yeni əsrin və yeni minilliyin başlanğıcında tarixi seçim anında Heydər Əliyev siyasətinə dəstək verəndə də eyni müdrikliyi, əzmi və qətiyyəti nümayiş etdirmişdir. İyirmi il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir
İlham Əliyevin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında böyük ustalıqla birləşdirə bilib. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar, eyni zamanda, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Baş tutacaq seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Azərbaycan xalqı əmindir ki, 3 il bundan əvvəl bütün dünyaya nümayiş olunan milli həmrəylik və birlik 2024-cü ilin 7 fevralında da bütöv, müstəqil Azərbaycanın minlərlə məntəqələrində təkrarlanacaqdır
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Şərh yazılmayıb.