Huquqaz.com

Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlər

18.09.2023
1.757
Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlər

Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlər

Ölkə Prezidenti cənab İlham Əliyev yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bütün dünyada nüfuzunu artırıb , etibarlı tərəfdaşa , aparıcı regional və beynəlxalq faktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə , o cümlədən  Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə, Ərəb Dövlətləri Liqasının 31- ci Zirvə toplantısına , Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin 6- cı Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Sentabrın 14- ü Düşənbədə Mərkəzi Asiyanın Dövlət Başçılarının 5- ci məşvərət görüşündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak edib.

Bu səfər Azərbaycan və Tacikistan arasındakı diplomatik əlaqələri daha da möhkəmləndirmək üçün bir addım idi. Azərbaycan- Tacikistan münasibətləri diplomatik münasibətlərin 30 ili ərzində səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə bilib. Əlaqələr davamlı şəkildə qurucu xarakter daşıyıb və dövlət başçılarının , hökümət üzvlərinin qarşılıqlı səfərləri sayəsində intensiv xarakter alıb. 2007- ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Republikasında , 2008- ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşü siyasi-iqtisadi təmaslar üçün möhkəm sütunlar yaradıb. Hər iki Respublika nüfuzlu beynəlxalq təşkilatlarda bir- birinin mövqeyini daim müdafiə etmiş, İslam Konfransı Təşkilatında yekdil mövqe nümayiş etdiribdir. Cənab Prezident  İlham Əliyevin Tacikistanla münasibətlərə xüsusi önəm verməsi də əlaqələrin yüksələn xətt üzrə inkişafını təmin edib.

Prezident cənab İlham Əliyev səfər zamanı Tacikistan Prezidenti Emoməli Rəhmona dəvəti üçün təşəkkürlərini bildirib, orada olduğu üçün məmnunluq duyduğunu deyib. Eyni zamanda Cənab Prezident Tacikistan xalqını Müstəqillik günü münasibətilə təbrik edib. O, iki dövlət arasında qardaşlığın daimi olacağını vurğulayıb. Prezident, bu səfərin Nəqliyyat və logistika sahəsi üzrə mühüm rol oynayacağını deyib. Sentyabrın 14- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət başçılarının 5- ci Məşvərət görüşündə iştirak edən digər Prezidentlər Düşənbədəki “Ekspo Mərkəzi Asiya  2023” sərgisi ilə tanış olublar.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur

Ölkəmizin başçısı cənab İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5- ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak edərək çıxış etmiş, Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə fikirlərini söyləmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber- optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çox əsrlik qardaşlıq münasibətləri bağladığını söyləmişdir. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Bu gün “Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hazırkı geosiyasi landşaft çərçivəsində bu daha vacib kurslardan biridir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri baxımından çox dinamik il olub.

Prezident cənab İlham Əliyevin şəxsi səyləri nəticəsində artıq Xəzər dənizinin Qafqaz və Mərkəzi Asiyanı ayırmadığını, əksinə bu iki regionu birləşdirdiyini demək olar. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini, iqtisadi və mədəni əlaqələrin genişləndiyini qeyd edib.

Bu gün “Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat– logistika infrastrukturu onlar üçün açıqdır. Şərq- Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı- Tbilisi- Qars dəmir yolu müasirləşdirilir.
Cənab Prezident İlham Əliyevin bu səfəri göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək”.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir

Son illər  Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Azərbaycan- Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yerlərdən birini tutur. Tacikistan və Azərbaycan əsrlər boyu həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Dərin tarixi köklərə söykənən Azərbaycan- Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb.

Prezident cənab İlham Əliyevin son illərdə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat- logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.

Ölkə Prezidentı cənab İlham Əliyev cari ilin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5- ci Məşvərət görüşündəki çıxışında bildirdi ki, otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Hazırda ölkəmiz Mərkəzi Asiya dövlətlərindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq- Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri zamanı qeyd edib ki , bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990- cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai- siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular”.Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də digər Asiya dövlətləri ilə münasibətimiz kimi xüsusi əhəmiyyətə malikdir.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

 Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin müəllimi -Əfsun Nuriyev

 

 

Azərbaycanın tranzit ölkə statusu

Bu gün məlum olduğu kimi, son dövrlər dünyanın güc mərkəzləri arasında siyasi münasibətlər son dərəcə kəskinləşib. Siyasət aləmində baş verən qarşıdurmalar iqtisadi münasibətlərə də təsir göstərib. Bunun nəticəsində dünyada enerji daşıyıcılarının və ərzağın qiyməti bahalaşıb. İstənilən qiymət artımının isə dünya iqtisadiyyatına, eləcə də insanların sosial həyatına mənfi təsir göstərməsi təbiidir. Qərbin tətbiq etdiyi sanksiyalar qaz və neft qiymətlərinin bahalaşmasına səbəb olduğu üçün hələlik Rusiyanın maliyyə vəziyyətinə elə də ciddi mənfi təsir göstərmir. Ancaq bu ölkədə başa düşürlər ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Rusiya 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin.

Ölkəmizin ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını təmin edəcək. Məlum sanksiyalar səbəbindən Rusiya həm də Asiya və Afrika bazarlarına daxil olmağa çalışır. Hazırda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi şimal qonşumuzun əsas ümid yeridir. Onu da qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinə maraq göstərməsi də alternativ marşrut əldə etmək istəyi ilə bağlıdır. Zəngəzur dəhlizinin fəaliyyəti Rusiya üçün yeni bir nəfəsliyin açılması deməkdir.  “Şimal-Cənub” dəhlizinin fəaliyyətə başlaması Çinin də marağındadır. Bu ölkə də ABŞ- la yaranan gərginlikdən, ola biləcək sanksiyalardan yayınmaq üçün yeni marşruta maraq göstərir. Ümumiyyətlə, Çin dünyanın ən böyük istehsalçısı kimi bütün istiqamətlərdə yeni ixrac marşrutlarının fəaliyyətə başlamasına dəstək verir. Bu ölkənin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin məqsədi də dünyaya daha çox məhsul ixracı etməkdir. Beynəlxalq aləmdə baş verən bütün bu yeni iqtisadi münasibətlər isə ölkəmizin xeyrinədir. Belə ki, Azərbaycan Avropa İttifaqı ilə yeni müstəvidə iqtisadi münasibətlər qurur. Azərbaycan həmçinin Avropa üçün mühüm tranzit ölkəsi kimi də önəmli rol almağa başlayıb.

“Şərq-Qərb”, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizlərində açar ölkə Azərbaycandır. Ölkəmizin dünya ticarətinin aparılmasında önəmli rol oynaması bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır. Beləliklə, Azərbaycan dünyada mühüm əhəmiyyət daşıyan tranzit ölkəsi kimi yeni status qazanır.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov

Şərhlər

Şərh yazılmayıb.