Huquqaz.com

Parlamentlərarası əlaqələr

18.09.2023
1.977
Parlamentlərarası əlaqələr

Parlamentlərarası əlaqələr

Azərbaycan dövlətinin yürütdüyü çoxşaxəli xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığı özündə əks etdirməkdədir. Keçmiş post-sovet dövlətləri ilə əlaqələrimizin inkişafı, münasibətlərin çoxşaxəli olması xüsusilə vurğulanmalıdır. Bu mənada, Azərbaycan ilə Tacikistan arasında da mühüm əlaqələr mövcuddur.  Belə ki, iki ölkə arasındakı diplomatik əlaqələr 29 may 1992-ci il tarixində yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ölkələrarası rəsmi əlaqələrin əsası isə hər iki dövlətin müstəqillik əldə etməsi ilə qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ardından iki dövlət arasında münasibətlər daha intensiv şəkildə inkişaf edib. bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı dövlətlərarası sənədlərin də mühüm əhəmiyyət mövcuddur. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir sıra mühüm sənədlər imzalanıb ki, bu da iki dövlət arasında çoxşaxəli əlaqələrin inkişfına rəvac verib.

İki ölkə arasındakı münasibətlər Prezident cənab İlham Əliyevin ölkə başçısı seçilməsindən sonra da yüksək xəttlə inkişaf edib. 2007-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına rəsmi səfəri zamanı iki ölkə arasında bir çox sahələr üzrə 11 hökumətlərarası saziş imzalanıb. 2007-ci ilin avqustunda isə Tacikistan Prezidenti Azərbaycana rəsmi səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələr üzrə 9 sənəd imzalanıb. iki dövlətin rəhbərləri arasında baş tutan görüşlər zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret layihələr üzərində iş aparılmasının vacibliyi vurğulanıb, hər iki ölkənin regionda daha geniş bazarlara çıxmaq üçün böyük potensiala malik olduğu bildirilib.  İki ölkə arasında münasibətlər bu gün də yüksək səviyyədə inkişaf etməkdədir. Bir sıra müstəvilərdə – istər iqtisadi, istərsə də siyasi sferada hər zaman yüksək əlaqələrə malik olan Azərbaycan-Tacikistan münasibətləri milli maraqlar çərçivəsində sıx dostluq şəraitində davam etdirilir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir

Azərbaycan-Tacikistan arasında mədəni əlaqələr də yüksək dinamikliyi ilə səciyyələnir.  Qarşılıqlı mədəniyyət günləri və kino həftələrinin keçirilməsi ənənə halını alıb. 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. 2022-ci ild Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

Azərbaycanın və Tacikistanın bir-birinə xoş münasibəti Prezident cənab İlham Əliyevin 2023-cü il ərzində bu ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. O cümlədən nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Prezident İlham Əliyevin dost ölkəyə növbəti səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də tərəflərin əməkdaşlığın spektrini genişləndirmək niyyətində olduqlarını təsdiqləyir. Nəticə etibarı ilə, Prezident cənab İlham Əliyevin Tacikistan Respublikasına səfərləri bir daha təsdiqlədi ki, iki ölkə arasındakı münasibətlər çoxşaxəli mahiyyət daşımaqdadır, eyni zamanda, yüksələn xətlə inkişaf edir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur.

Azərbaycanla Tacikistan arasında əlaqələr yarandığı ilk dövrlərdə, əsasən, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olub. Lu öndər Hakimiyyətə gəldikdən sonta isə ölkələr arasında əməkdaşlıq, eləcə də rəsmi münasibətlər getdikcə yüksəlmişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında Səfirliyi təsis edilmişdir. Bundan sonra parlamentlərarası, eləcə də siyasi, iqtisadi, mədəni əlaqələr sahəsində əsaslı dönüş yaradılmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri daha da möhkənləndirmiş, əlaqələri genişləndirmişdir.

Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Bütün bunlar br daha təsdiqləyir ki, Aərbaycan- Tacikistan dostluğu getdikcə daha da möhkəmləndirilir. Hazırda Tacikistan və Azərbaycan sabit dövlətlərdir. Bu gün bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Hazırda Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının daha da artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər. Dövlət başçımız qeyd etmişdir ki, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın və sabitlik hökm sürən ölkədir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Orta Dəhlizin artan əhəmiyyəti

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Orta dəhlizin  fəaliyyətinə mühüm töhfə verməsidir.  Son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayan Azərbaycanın bu istiqamətdəki fəaliyyəti təqdir olunmaqdadır. Çünki Prezident cənab İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında ticarət körpüləri yaradır. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Bütün bunlarla yanaşı, Cənubi Qafqazın lider dövləti Orta dəhlizin daha səmərəli və etibarlı marşrut olması üçün mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılması təklifidir.  Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut “Şimal” dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. Həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir.  Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb ilə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycanın tranzit ölkə statusu

Yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır. Artıq xeyli müddətdir ki, prezident cənab İlham Əliyevin nəzarəti altında bu istiqamtdə böyük işlər həyata keçirilməkdədir. Hazırda bu istiqamətdə də 2 layihə reallaşdırılır –  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.

2021-ci il fevralın 14-də Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin – Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Artıq onların böyük əksəriyyəti reallaşıb.
Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.  Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər.
Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur.
Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Azərbaycan Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.