Huquqaz.com

Çuxuryurd kəndinin abonentləri “Səyyar qəbul otağı”nda-FOTO

15.09.2023
1.626
Çuxuryurd kəndinin abonentləri “Səyyar qəbul otağı”nda-FOTO

Şamaxı rayonunun Çuxuryurd kəndində qurulan “Səyyar qəbul otağı”ında ümumilikdə 15 sakin iştirak edib. Onlardan 14-ü mikrofon önünə keçərək müraciətlərini ünvanlayıblar.

Qanunla.Az xəbər verir ki, müraciətlərin siyahısında adıçəkilən kənddə bəzi hallarda qazın təzyiqinin zəif olması, debitor borcun araşdırılması və işə qəbulla bağlı xahişlər yer alıb. Bütün müraciətlər dinlənildikdən sonra Ağsu RQİİ-nin məsul şəxsləri tərəfindən vətəndaşlara ətraflı məlumat verilərək problemlərə aydınlıq gətirilib. Bəzi müraciətlərin baxılaraq araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Şərhlər

Şərh yazılmayıb.