Huquqaz.com

Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi

25.08.2023
2.568
Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi

Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin  avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərini yüksək qiymətlındirmişdir. Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevi salamlayan ölkə başçımız  onun Özbəkistan Prezidenti seçilməyindən sonra ilk dövlət səfərini Azərbaycana etməyini çox yüksək qiymətləndirmişdir. Əslində cənab İlham Əliyev bununla qardaşlığımızın, dostluğumuzun və ölkələrimiz, xalqlarımız arasındakı münasibəti vurğulayaraq həm də Azərbaycan və Özbəkistan arasında ən yüksək səviyyədə yeni bir dövlət ənənəsinin təməlinin qoyulmasına işarə etdi. Biz belə ənənəni uzun illərdir ki, Azərbaycan və Türkiyə arasında görmüşük. İki dövlət başçısı arasında görüşün üç saat çəkməsi və qarşılıqlı etimad mühitində fəaliyyətin möhkəmlənməsi, bütün istiqamətlər üzrə əldə edilən nailiyyətlərin, eləcə də bütün sahələrdən beynəlxalq platformalardakı əməkdaşlığın hər bir istiqamətinin müzakirə edilməsi və bütövlükdə aparılan danışıqların geniş spektrini göstərir. Möhtərəm prezidentimiz səfərin ilk günü çərçivəsində keçirilən görüşləri yüksək dəyərləndirərək Ali Dövlətlərarası Şuranın yaradılmasının xüsusu əhəmiyyətini qeyd etdi. Sənayedən iqtisadiyyəta, enerjidən nəqliyyat, logistika, mədəniyyət və humanitar sahədə yaradılmış əməkdaşlıqla bərabər 500 milyon dollar nizamnamə kapitalı olan Birgə İnvestisiya Fondunun yaradılması bir daha göstərir ki, iki ölkə arasında qısa müddət ərzində nə qədər böyük nailiyyətlər əldə edilibdir”.Sıx əməkdaşlıq çoxəsrlik tarixə malik olan Azərbaycan-Özbəkistanın sarsılmaz dostluğu və qardaşlığı üzərində qurulub.

Səfərin ikinci günündə bu iki ölkənin başçılarının iştirakı ilə Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Azərbaycan ərazisində, Füzulidə inşa edilmiş məktəbin açılışında iştirak etmələrini bu səfərin zirvəsi adlandırmaq olar. Möhtərəm prezidentimiz bu məktəbi Qarabağın bərpası işində ilk xarici dövlətin Azərbaycana hədiyyəsi adlandırdı və əslində bunu qardaşlıq, həmrəylik rəmzi adlandırmaq olar. Dövlətimizin başçısı özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan bu məktəbi bir təhsil sarayı adlandırdı. Mətbuat konfransında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bəyanatla çıxış etdi. O öncə yüksək səviyyəli dəvətə və hədsiz səmimi qəbula görə təşəkkür edərək cənab İlham Əliyevin Özbəkistana olan çox səmərəli və məhsuldar görüşünü, iki qardaş ölkənin əməkdaşlığının önəmi haqqında danışdı. Özbəkistan Prezidenti dövlətinin xarici siyasətində Azərbaycanın mühüm rol oynadığını və hazırda bu münasibətlərin tam yeni mərhələyə yüksəldiyini və bu səbəbdən də ilk dövlət səfərinin də məhz Azərbaycana etdiyini fəxrlə qeyd etdi. Prezident Şavkat  Mirziyoyev Özbəkistanın xarici siyasət vektorunda Azərbaycanın siyasi, iqtisadi və mədəni ağırlığının getdikcə artacağını qeyd etdi. O möhtərəm prezidentimizin müdrik siyasətilə ölkəmizin beynəlxalq aləmdəki getdikcə artan nüfuzu və uğurları ilə özbək xalqının qürur duyduğunu qeyd etdi. Həqiqətən də səfərdə hər iki dost və qardaş dövlətin prezidentləri möhtərəm cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin həm şəxsi, həm də ikitərəfli münasibətlərində xalqlarımızın ruhuna uyğun yürütdükləri uğurlu siyasətin nəticəsi olaraq iki dövlətin beynəlxalq məsələlərdə qardaşlıq mövqeyinin nümayiş etdirilməsinin şahidi olduq. Azərbaycanla Özbəkistanın tərəfdaşa çevrilməsi siyasi və iqtisadi müstəvidə aydın şəkildə görünür”.

Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbin direktoru- Abbasov Əliheydər

 

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə yaratdı. Bu səfərin gündəliyində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələrin aparılması, bir sıra mühüm sənədlərin imzalanması həyata keçirildi.

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi oldu. Belə ki, səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq əlaqələrin daha da dərinləşməsinə səbəb oldu.

Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış xeyli sayda sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

 

Faxrətov Ədil Deputat oğlu Zərdab rayon Pərvanlı kənd sakini

Şərhlər

Şərh yazılmayıb.