Huquqaz.com

Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur

25.08.2023
2.617
Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri bir daha təsdiq edir ki, Mərkəzi Asiyanın  böyük ölkələrindən olan Özbəkistanla Azərbaycanın dostluq münasibətləri onlar arasında iqtisadi əməkdaşlığın genişlənməsini zərurətə çevirib. Şübhəsiz ki, ölkələrimiz arasındakı münasibətlər dərin köklərə söykənir. Elə ona görə də Özbəkistan dövləti  həm Qarabağ münaqişəsi zamanı, həm də postmüharibə dövründə daim ölkəmizə dəstək verib. Bu mənada deyə bilərik ki, Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

Hazırkı dövrdə iki ölkə arasındakı münasibətlər TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində daha da inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev iyulun 9-da  Özbəkistanda keçirilən Prezident seçkilərində özbək xalqının mütləq çoxluğunun səsini qazanmışdır. Həmin seçkilərdən sonra ilk xarici səfərini Azərbaycana etməsi bir daha göstərir ki, iki ölkə arasındakı dostluq əlaqələri yüksələn xətlə inkişaf edir. Bundan başqa, Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasındakı şəxsi dostluq münasibətləri əlaqələrin genişlənməsinə mühüm töhfələr verir.

Bugünədək iki ölkə arasındakı 160-dan çox saziş imzalanıb. Özbəkistan Prezidentinin Bakı səfərində isə daha geniş sferada iqtisadi- mədəni əlaqələrin  yaradılması nəzərdə tutulub. Belə ki, Özbəkistan və Azərbaycan bir-biri üçün yeni bazarlara çıxışın təmin edilməsində unikal imkanlar yarada bilər. Əlverişli coğrafi mövqelərimiz sayəsində    Azərbaycan Asiya bazarlarına, Özbəkistan isə  Avropa bazarlarına çıxış imkanı əldə edə bilər. Xüsusilə gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) və ya Orta Dəhlizə çıxış Özbəkistana yeni inkişaf imkanları qazandıracaq.

2022-ci ildə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı ticarətin illik həcmi artıb. Belə ki, ötən il bu göstərici 181, 2 milyon dollara çatdırılıb. Bu isə əvvəlki ildəkindən 52,4 faiz çoxdur. Eyni zamanda, son illər ərzində birgə müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. 2023-cü il  iyulun-1-nə olan məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir ki, bunlardan 67-si birgə, 137-si isə sırf Azərbaycan şirkətdir. Təkcə bu ilin əvvəlində  isə daha 22 birgə müəssisə yaradılıb. Özbəkistanın isə Azərbaycanda 130 –dan çox müəssisəsi fəaliyyət göstəir.

Bu ilin əvvəlində iki ölkə arasında 500 milyon dollarlıq kapitala malik birgə investisiya fondunun yaradılması barədə hökumətlərarası saziş imzalanıb. Fond iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində, yeni birgə investisiya layihələrinin icrasında və yeni əmək məşğulluğu imkanlarının yaradılmasında mühüm rol oynayacaq.

Özbəkistan, həmçinin Azərbaycanın  Qarabağın yenidən qurulması üzrə yardımlarda fəal iştirak edir. Prezident Şavkat Mirziyoyev 2021-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündəki  çıxışında ölkəsinin işğaldan azad olunmuş ərazilərinin bərpası işlərinə töhfə verməyə hazır olduğunu bildirib. Bu töhfə ilk növbədə tarixi abidələrin, məscidlərin, eləcə də mədəniyyət və təhsil ocaqlarının bərpasını nəzərdə tutur. Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə inşa edilən 960 şagirdlik tam orta məktəbin inşası başa çatdırılıb və avqustun 23-də hər iki Prezidentin iştirakı ilə təhsil ocağının təntənəli açılış mərasimi keçirilib.

Bütün bunlara rəğmən demək olar ki, Azərbaycanla dost Özbəkistan arasında həm mövcud olan, həm də nəzərdə tutulan birgə inkişaf  layihələri ölkələrimizin iqtisadi gücünə-güc qatmaqla türk dövlətlərinin birliyinə dəyərli töhfələr verəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – İmanova Xanım

 

 

Qardaşlıq əlaqələrinin önəmli amili.

Ölkəmizə rəsmi səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuli rayonuna gəlişi bu günlərdə doğma yurd-yuvalarına qovuşan soydaşlarımızı daha da qürurlandırdı. Füzuli Beynəlxalq Hava Limanı növbəti dəfə Azərbaycana dost, qardaş ölkənin-Özbəkistanın dövlət başçısını qarşıladı. Qarşılanma mərasimində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Bu mühüm hadisə dünyaya bir daha türk birliyinin təqdimatı oldu. Onu da qeyd edək ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Həm bu məqam, həm də Füzuli səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə işıq salır. Səfərin gündəliyinin zənginliyi həm görüşlərdə səsləndirilən fikirlərdən, gündəmə gətirilən məsələlərdən, həm imzalanan sənədlərin say tərkibindən, həm də azad Füzulidə bilavasitə cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilən məktəbin açılışından, həmçinin Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdən və sair kimi məqamlardan daha aydın görünür. Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Özbəkistan Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər. Bu gün Özbəkistanın xarici siyasət vektoru da bizim proqramı praktiki olaraq zənginləşdirməyə istiqamətlənib” fikirləri səfər çərçivəsində atılan addımların ümumi mənzərəsini təqdim edir. Cənab Şavkat Mirziyoyev, eyni zamanda, bildirdi ki, bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq: “İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik.”

İşğaldan azad edilmiş ərazilərimizə edilən hər bir səfər milli qürurumuzun, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğumuzun təqdimatıdır. Bu məkanlardan ünvanlanan hər bir çağırış Azərbaycanın hazırda regionda və dünyada sözünün imzası qədər əhəmiyyətli olmasının göstəricisidir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz türk birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri, qardaş dəstəyi əsasında atılan addımın- tikilən məktəbin açılışında iştirakı özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev bildirir: “ Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.”

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin direktoru – Vəfa Bayramova

 

 

Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də baş tutan Azərbaycana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə olmuşdur. Səfər çərçivəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Prezidentlərin təkbətək və geniştərkibli görüşlərində ökələr arasında   ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələr aparılıb, bir sıra mühüm sənədlər imzalanıb.

Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlar arasında əlaqələrin tarixi qədim dövrlərə çıxır. Ölkələrimiz müstəqillik qazandıqdan sonra isə diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı onminlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Heydər Əliyev Mərkəzinin  Elmi işçisi-Alagöz Namazova

 

 

Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb. Dövlət başçımız bildirib ki, “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir”.

Qeyd edilməlidir ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Sevindirici haldır ki, səfər zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər. Avqustun 23-də Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi olmuşdur. Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq keçirilib.

Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı -Tavad Qurbanova

 

 

Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizdə rəsmi səfərdədir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri inamla qeyd edə bilərik ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqlarının ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu fakt da daim diqqətə çatdırılır ki, Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Liderlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ulu Öndər və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.

Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə “Daşnaksutyun” partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılaşma əldə olunub.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova.

 

 

Əməkdaşlığın inkişaf dinamikası.

Özbəkistan hər zaman keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Artıq bu istəyin reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır.Reallıq budur ki, hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri münasibətlərimizdə yeni bir səhifədir. Səfərin gündəliyi zəngindir. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri əsasdır. Səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin müxtəlif sahələr üzrə inkişafında yol xəritəsi olacaq. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əlaqələrin inkişafının zəruriliyi məsələsi də səfərin gündəliyində əsas yer tutur.

Son üç ilə yaxın dövrün qürurverici hadisələrindən biri də budur ki, işğaldan azad edilmiş ərazilərimiz mütəmadi olaraq qonaqlarını qarşılayır. Dövlət başçısı İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərindən bəhs edərkən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdir. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Atılan hər bir addım münasibətlərin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Türk dövlətləri arasında əlaqələrin inkişafı ümumilikdə türk dünyasının həmrəyliyinə xidmət edir.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov.

 

 

Qardaşlıq əlaqələrinin önəmli amili.

“Azərbaycan və Özbəkistan xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Eyni kökə malikik, ortaq tariximiz var, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlarıq və əlaqələrimizin tarixi qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Ötən 30 il ərzində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır”.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir: “Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Sevindirici haldır ki, səfər zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında da uğurla davam etdirilir. Parlament nümayəndələri müntəzəm olaraq Özbəkistanda və Azərbaycanda keçirilən prezident və parlament seçkilərində, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə beynəlxalq müşahidəçi qismində iştirak edirlər. 1995-ci ildən iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir”.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov.

 

 

Dostluğa sadiq Özbəkistan.

Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması Cənubi Qafqazda yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində xüsusi önəm daşıyır. İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlərin ifadə edilməsi, strateji yol xəritəsinin müəyyənləşdirilməsi yeni mərhələdə qarşıda duran hədəflərin və ortaq prioritetlərin reallaşdırılmasına etibarlı zəmin yaradır. Qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından vacib və əhəmiyyətlidir. Yeni mərhələdə Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi üçün faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması – yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyasına yönəlik perspektivlərin yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi və iqtisadi dividendlər vəd edir. Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi isə regional əməkdaşlıq və beynəlxalq inteqrasiyanı sürətləndirəcək;

– Azərbaycan-Özbəkistan strateji işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Xüsusilə də, səfər çərçivəsində 20 sənədin imzalanması energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər və digər istiqamətlərdə yeni uğurlar qazanılmasına zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, görüşlər və danışıqlar münasibətlərinin inkişafının gələcəyini müəyyən etdi. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.

Düz 14 ay əvvəl – 22 iyun 2022-ci il tarixində Prezident cənab İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən maraqlı və önəmli bir fikir söyləmişdi: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı”. Bu, Azərbaycan Prezidentinin Daşkənddən Türk dünyasına (və dünyaya) xitabən tarixi, mədəni, mənəvi və siyasi məzmuna malik net – çağırış və bəyanat xarakterli mühüm, dəqiq və konkret mesajı idi. Mesajın məzmunu ondan ibarət idi ki, türk dövlətləri bütün məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər. Ona görə də hər hansı tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) lüzum və yer yoxdur. “Tərcüməçiyə ehtiyac yoxdur” fikri türk dövlətləri prizmasından həm günümüzün reallıqlarını, həm də uzaq hədəfləri əks etdirir.  Bu, Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına praktik məzmun verən, bir millətin bir neçə dövlətinin münasibətlərini, ortaq dəyərlərini, siyasi iradəsini, strateji düşüncəsini və gələcəyə baxışını tərənnüm edən mükəmməl ifadədir. Ulu Öndərin məlum deyimi Azərbaycan ilə Türkiyənin könül birliyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin bəhs olunan fikri isə türk dövlətlərinin həm mədəni, həm də mənəvi-siyasi bağlılığının məğzi, leytmotividir desək, yanılmarıq. Cənab İlham Əliyevin bir ifadəsi təkcə günün, gündəmin sözü deyil, qarşıdakı onilliklərin bəyanatı, Türk Dövlətləri Təşkilatının söz ilə çəkilmiş mənəvi-siyasi yol xəritəsidir.

İki Liderin bir (və birlik) mesajı niyyətimizin bəlli, məramımızın ali, yolumuzun isə açıq olduğunu göstərir. Yola davam!

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov.

 

 

Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi

Azərbaycan dövlətinin xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. Bu baxımdan hazırda Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb edir. Əlbəttə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin cari ilin avqust ayının 22-də Azərbaycana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfələr verəcək.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Diqqətəlayiq haldır ki, ölkəmiz bütün bu işləri tamamilə öz hesabına, heç bir xarici kapital cəlb olunmadan həyata keçirir. Bununla belə bəzi dost və qardaş ölkələrin Qarabağın bərpası işinə hədiyyə etmək istəkləri xalqımız və dövlətimiz tərəfindən rəğbətlə qarşılanıb.

Məlum olduğu kimi, qardaş Özbəkistan dövlətinin, Özbəkistan prezidentinin şəxsi təşəbbüsü ilə Füzulidə hədiyyə olaraq tikdirdiyi orta məktəb Mirzə Uluqbəyin adını daşıyır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birgə avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak ediblər. Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident  cənab İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktor əvəzi-Rəşad İsmayılov

 

 

Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin cari ilin avqust ayının 22-də Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında böyük rol oynayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və dostluğun göstəricisi kimi qeyd edib. Həmçinin möhtərəm dövlət başçımız mətbuata verdiyi bəyanatında Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci il 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində ölkələrimiz arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanmışdı. Qeyd olunmalıdır ki, məhz həmin tarixi sənəd bu istiqamətdə cari fəaliyyətin əsas yol xəritəsi rolunu oynayır. Avqustun 22-də Azərbaycan və Özbəkistan Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, aparılan danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyi müəyyən edilib. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətlər artıq ən yüksək səviyyəyə çatdırılıb.

Qarabağın bərpası işinə Özbəkistanın hədiyyə etdiyi bu məktəb  Azərbaycan xalqı üçün xüsusi dəyər kəsb edir. Belə ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Diqqətəlayiq haldır ki, ölkəmiz bütün bu işləri tamamilə öz hesabına, heç bir xarici kapital cəlb olunmadan həyata keçirir. Bununla belə bəzi dost və qardaş ölkələrin Qarabağın bərpası işinə hədiyyə etmək istəkləri xalqımız və dövlətimiz tərəfindən rəğbətlə qarşılanıb.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayyev

 

 

2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub

Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident cənab İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana etdiyi dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə olacaq.  Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Belə ki, səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları ilə tanışlıq olub.Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində yeni səhifə açılır

Bu gün böyük ailə olan türk dünyası birliyi, həmrəyliyi ilə diqqətdədir. Reallıq budur ki, tarixi Zəfərimizdən sonra bu birlik daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da təsdiqləyir.

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri edib. Məlum olduğu kimi Şavkat Mirziyoyev ötən ay Özbəkistanda keçirilən prezident seçkilərində xalqın növbəti dəfə etimadını qazanaraq yenidən Prezident seçildi. Bu səfərin özəlliyi ondadır ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdi. Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdılar ki, Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.

Səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir. Bu mühüm məqam da daim önə çəkilir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daşkənd və Bakı şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi qeyd edilir. Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Füzuli rayonuna gəlməsi, məhz özünün təşəbbüsü ilə Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın uğurlu gələcəyinin əyani təsdiqlərindəndir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

İki ölkə arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib.

Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, Azərbaycan və özbək xalqları SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsidir. 20 Yanvar və Sumqayıt hadisələrində də eyni dəst-xətti görmək mümkündür. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə üç gün ərzində bu şəhərdə 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir

Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov – iki ölkənin liderləri ikitərəfli münasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.

1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlər yekunlaşıb.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Füzulidə tikilən məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirdi. Bu, eyni zamanda, qardaşlığın, həmrəyliyin, dəstəyin nümunəsi kimi qeyd olundu. Dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. Özbəkistan Prezidentinin bu səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində tamamilə fərqli, olduqca əhəmiyyətli və yaddaqalan səhifə açacağını şərtləndirən xeyli məqamlar var.

Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri soydaşlarımızın ilk mərhələsinin bu torpağa qayıdışına təsadüf etdi. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması işğaldan azad edilmiş ərazilərimizin həyatında tarixi hadisədir.

Hazırda Böyük Qayıdışın sevincini yaşayan füzulililər Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın bu torpaqda inşa edilən məktəbin açılışında iştirak etmələrindən, həmçinin dövlət başçılarının Füzuli şəhərindəki MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərindən qürur hissi keçirirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş dəstəyinin göstəricisidir. Səfər zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələdə konturları təqdim edildi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan fəal əməkdaşlıq həyata keçirir

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Həmin səfər zamanı dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildi. Bir neçə gün əvvəl – avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Əməkdaşlığın qlobal əhəmiyyəti

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.

Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Çoxəsrlik tarixə malik xalqlarımız arasında qardaşlıq münasibətləri  dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi Özbəkistandan gəldi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Özbəkistan Prezidentinin səfəri iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək

Prezident İlham Əliyevin Özbəkistana, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə müntəzəm xarakter alan qarşılıqlı səfərləri əməkdaşlıq imkanlarının daha da güclənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olur.

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.

Ölkələr arasında iqtisadi potensial da böyükdür. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon dollar dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Özbəkistanın azad edilmiş Füzuli şəhərində məktəb inşa etməsi, aparılan quruculuq layihələrində təmsil olunması əsl qardaşlıq və strateji dostluq nümunəsi hesab edilə bilər.

Bu görüş iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək. Səfər çərçivəsində imzalanmış 20 sənəd, o cümlədən dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” münasibətlərin inkişafında yeni səhifə açacaq. Həmin sənədlər iqtisadiyyat, sənaye, ticarət, rəqəmsal inkişaf və nəqliyyat, energetika, media və digər sahələrdə çoxtərəfli əməkdaşlıq üçün möhkəm bünövrə sayıla bilər.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdədir. Özbəkistan lideri Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi təsadüf deyil. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, bizim qardaşlığımızın, dostluğumuzun və Azərbaycana, xalqımıza yüksək səviyyəli münasibətin göstəricisidir.

İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Görünən budur ki, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlıq müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir.

Bakıda üç saatdan çox davam edən müzakirələrdə münasibətlərimizin inkişafının gələcəyi müəyyən edildi. Ali Dövlətlərarası Şuranın yaradılmasına dair qərar isə Bakı ilə Daşkənd arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Tərəflər arasında imzalanan 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondunun büdcəsinin artırılması əsas hədəflərdən biridir. Bakıda dövlət başçılarının verdiyi mesajlardan aydın oldu ki, Daşkənd Bakını münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın tərəfdaş hesab edir.

İstiqaməti ən yaxın ölkə olan Azərbaycanla müəyyən edən Daşkənd bunu yeganə düzgün qərar hesab edir. Özbəkistanla nəqliyyat-logistika sahəsində əməkdaşlıq da Azərbaycanın hazırda iştirak etdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinə əlavə imkanlar yaratmaqla yanaşı, tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər həm də investisiyaların təşviqi ilə bağlı səmərəli addımlar atmaqda maraqlıdır. Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”in əsas xarakterini təşkil edir.

Məlumdur ki, ötən il Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə də razılıq əldə olunub ki, bu da Azərbaycanın hərbi sahədə əlaqələrinin daha da güclənməsi deməkdir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hərbi potensialını daha da gücləndirir və yeni nəsil müharibənin qalibi kimi bu sahədə ölkəmizlə əməkdaşlığa maraq artmaqdadır.

K.Nurullayeva vurğulayıb ki, Özbəkistan həm də ərazi bütövlüyü məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və sırf işğal siyasətinə görə Ermənistanla diplomatik münasibət qurmayan üç ölkədən biridir.

Azad olunmuş ərazilərin bərpasında Azərbaycanın yanında olan dost ölkə Füzulidə öz büdcəsi hesabına böyük məktəb inşa edib. Bu, bir neçə gün əvvəl öz dədə-baba yurduna qayıdan soydaşlarımıza- Füzuli şəhərinin ilk sakinlərinə dəstəkdir. Belə ki, builki tədris ilində Füzuli sakinləri Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun rəmzidir.

Dövlət başçılarının qarşılıqlı dövlət səfərləri bir daha nəzərdə tutulan və aparılan çoxsaylı, ardıcıl dialoqun davam etdiyini təsdiqləyir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir

Ölkə başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Özbəkistan əməkdaşlığında həm ikitərəfli, həm də regional proseslərdə böyük töhfə verə bilər. Münasibətlərin inkişafı üçün hər iki ölkə lideri hazırda yüksək səviyyədə işlər icra edirlər.

Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir. Azərbaycan da öz növbəsində Mərkəzi Asiya ölkələri ilə intensiv dialoq aparır. Vətən müharibəsindən sonra bu, keyfiyyətcə yeni mərhələyə çıxıb. Burada türkdilli dövlətlər amilini da nəzərə almaq lazımdır.

Səfər çərçivəsində müxtəlif sahələr üzrə imzalanan sənədlər əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək lazımdır. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

Prezident İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Şərhlər

Şərh yazılmayıb.