Huquqaz.com

Əhməd İsmayılov məhkəmədə müstəqil media nümayəndələri ilə üz-üzə gəlməkdən çəkinir? – MƏHKƏMƏDƏN TƏFƏRRÜATLAR

06.06.2023
1.576
Əhməd İsmayılov məhkəmədə müstəqil media nümayəndələri ilə üz-üzə gəlməkdən çəkinir? – MƏHKƏMƏDƏN TƏFƏRRÜATLAR

Təqribən son 10 illikdə müstəqil media qurumlarının bir çox məmurların şəxsi bizneslərini, özbaşınalıq, səlahiyyətdən sui-istifadə, saymazlıq və sair tərəflərini aşkar etmələri və ictimailəşdirmələri artıq ciddi narahatlıq doğurmağa başladı. Belə olan halda isə çoxları bu “problem”in həlli üçün “çıxış yolları” düşünməyə başladılar.

İldən-ilə artan jurnalist-məmur “ədavətləri”nin çoxu məhkəmələrə daşınmağa başladı və “təsadüf”ə baxın ki, “təbii olaraq” həmin məhkəmələrdə çox zaman udan tərəf məmur olurdu ki, bu da bir ayrı narazılıq yaradırdı.

Əlqərəz…

Məsələni çox uzadıb izləyicilərimizi yormaq istəmirəm. Amma, hər halda mövzunun girişindən anladınız ki, söhbət mediadan gedir. Düşmən ölkənin belə mətbuat sahəsində inkişaf izində olduğu, haqqımızda qondarma məlumatlar dərc edərək, dünyaya tanıtmağa çalışdığı bir vaxtda, Azərbaycan qanunları da müstəqil media qurumlarını susdurmağın yollarını düşünürdü və tapdı da.

Belə ki, 2021-ci ilin əvvəlində medianın inkişafına müxtəlif bəhanələrlə əngəl olan Media İnkişaf Agentliyi yaradıldı, hazırda həmin quruma sənədlər üzərində Əhməd İsmayılov rəhbərlik edir.

Demək, qurumun ardından media haqqında yeni qanun layihəsi hazırlandı və ölkə başçısı tərəfindən təsdiq edildi.
Qanuna görə bütün media qurumları media reyestrindən keçməlidir ki, bunun da əsas tələblərindən biri də saytda gündəlik ən az 20 özəl xəbərin yayımlanmasıdır.

Amma, gedişatlar onu göstərdi ki, bu qaydalar da, Agentliyin İcraçı direktoru vəzifəsi də sadəcə gözdən pərdə asmaq, müstəqil mediaları susdurmaq üçünmüş.

Qeyd edək ki, “DogruXeber.az” informasiya agentliyi fəaliyyəta başladığı ilk gündən bugünə qədər hər zaman qanunun tələblərinə müvafiq çalışdı, bu gün də qaydalar çərçivəsində dövlətə, vətənə və xalqa layiqli şəkildə xidmət göstərir.

Yeri gəlmişkən, media reyestrindən keçmək üçün müvafiq qaydalara riayət etməklə bərabər biz də müraciət etdik. Maraqlısı budur ki, müraciətimizə Əhməd İsmayılovun imzası ilə imtina cavabı gəldi. Belə olan halda, “DogruXeber.az”MMC-nin direktoru Kamal Əsgərov imtinanı səbəbləri araşdırdı və ona gülünc nüanslar səbəb gətirildi. Növbəti dəfə onların “nöqsan” dediyi bəzi halları da aradan qaldıraraq, tam tələb olunan şəkildə yenidən online sorğu göndərdik. Lakin, qəribədir ki, bu dəfə də eyni – imtina cavabı aldıq.

Bu dəfə də müxtəlif bəhanələrlə bizi “borclu çıxarmağ”a çalışdılar, lakin budəfəki cəhdləri uğursuz oldu. Çünki, tam qaydalara uyğun şəkildə fəaliyyət göstərdiyimizdən əmin idik. Məhz buna görə də İstər icraçı direktor Əhməd İsmayılov, istərsə də qurumun digər səlahiyyətli şəxsləri sonradan Kamal Əsgərovla nəinki görüşmək, hətta telefonla danışmaqdan belə çəkindilər.

Bu səbəblə “DogruXeber.az” MMC-nin direktoru Kamal Əsgərov hüququndan istifadə edərək, Media İnkişaf Agentliyi barəsində məhkəmə iddiası irəli sürdü.

İlk məhkəmə prosesi hakim Orxan Həsənovun sədrliyi ilə bu gün Bakı İnzibati Məhkəməsində keçirildi.

Qeyd edək ki, qarşı tərəfdən məhkəmədə iştirak edən olmadı. Ümumiyyətlə məlum oldu ki, media qurumuna rəhbərlik edən Əhməd İsmayılov məhkəmədə media nümayəndələri ilə üzbəüz gəlməkdən çəkindiyi üçün özünə nümayəndə götürmək məcburiyyətində qalıb. Bu isə o deməkdir ki, Əhməd İsmayılov ümumiyyətlə bu sahədən məlumatsız adamdır və onun işi yalnız ona verilən əmrləri icra etməkdən ibarətdir.

Qaldı ki, nümayəndəyə, o da məhkəmədə iştirak etmədi. Məhkəmə tərəfindən zəng edildikdə isə üzr istəyərək, başqa prosesdə olduğu üçün iştirak edə bilməyəcəyini dedi. Lakin, proses başlamadan öncə tərəflərindən Məhkəmə İddiasına etiraz artıq təqdim edilmişdir. Və gözlənildiyi kimi həmin etirazda da əsassız bəhanələr səbəb göstərilib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi 24.07.2023-cü il tarixində keçiriləcək.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.