Huquqaz.com

Etibarlı əməkdaşlıq əlaqələri

01.06.2023
1.931
Etibarlı əməkdaşlıq əlaqələri

Etibarlı əməkdaşlıq əlaqələri

Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır.Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək edəcəkdir.Xüsusi olaraq qeyd eilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir. Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların ikiölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır.İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

 

Yəhudi icması Azərbaycandaəsrlər boyu yaşayıb

Azərbaycanı özlərinə ikinci vətən seçmiş, uzun illər ərzində bu torpaqda yerli əhali ilə dinc şəraitdə, anlaşma içində yaşamış xalqlardan biri də yəhudilərdir. Ölkəmizdə yəhudi icmasının tarixi eramızdan əvvələ gedib çıxır. Bu böyük tarix özlüyündə Azərbaycanda müxtəlif millətlərin, dinlərin təmsilçilərinə necə tolerant münasibət bəsləndiyinin göstəricisidir.Bu gün Bakıda, eləcə də Qubada, Qusarda, Zaqatalada və başqa rayonlarda 20 mindən çox yəhudi yaşayır. Onların yerli əhaliyə qaynayıb-qarışması qarşılıqlı isti münasibətdən irəli gəlib. Təsadüfi deyil ki, Azərbaycanda məskunlaşan yəhudilər yerli xalqın onlara xoşməramlı münasibətinə cavab olaraq öz növbələrində ölkəmizin mədəniyyətinə, incəsənətinə, səhiyyə və ictimai-siyasi həyatına öz töhfələrini verərək əhəmiyyətli xidmətlər göstəriblər. İsrail dövləti də Azərbaycanın müstəqilliyini birincilər sırasında tanıyıb və beynəlxalq müstəvidə ölkəmizlə yaxın tərəfdaşdır.Yüz illər boyu yəhudilər yaşadıqları müxtəlif ölkələrin cəmiyyətində aktiv özəlliklə iqtisadi sahədə rolları ilə diqqət mərkəzində olublar. Bu isə ayrı-ayrı ölkələrdə heç də birmənalı qarışlanmayıb. Azərbaycanda isə yəhudi icması heç vaxt hər hansı təqibə, sıxışdırılmaya məruz qalmayıb.Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

  

Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar

Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Sovetlər zamanında Azərbaycan xalqı kimi yəhudi xalqıda öz dinləri və mədəniyyətlərini yaşaya bilmirdilər. Lakin Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə yəhudi xalqıda dini və mədəni həyatlarında azadlıq əldə etdilər. Müstəqil Azərbaycan dövləti Azərbaycanda yaşayan digər azsaylı xalqlarla birlikdə yəhudi xalqınada öz dinlərini və mədəniyyətlərini yaşaması üçün hər cür şərait yaratdı. Yüz illərdir azərbaycanda yaşayan yəhudi xalqıda azərbaycanı özlərinə vətən bilirlər.Məhz bunun bariz nümunəsi Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur. Azərbaycan xalqının bir parçası olan azərbaycan yəhudiləri dünyanin heç bir yerində olmayan əminamanlıq və sülh şəraitində yaşayırlar. Bu dünyada əsil tolerantlıq və multikultiralizm nümunəsidir. Bundan başqa Azərbaycanın iqtisadi siyasi və sosial həyatında yəhudi xalqı aktiv iştirak edirlər. Azərbaycan yəhudiləri də azərbaycandan kənarda azərbaycanı unutmurlar. Bu gün dünyada azərbaycan həqiqətlərinin təbliğində yəhudi diasporası aktiv iştirak edir. Yəhudi dövləti İsrail ilə Azərbaycan arasında siysi hərbi və iqtisadi əməkdaşlıq mövcüddur. Azərbaycan yəhudiləri İsrail azərbaycan münasibətlərinin inkişafında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var

Azərbaycan Respublikası iləİsrail Dövləti arasında diplomatik münasibətlər real və həqiqi tərəfdaşlıq müxtəlif sahələrdə sıx əməkdaşlıq nəticəsində artıq illərdir ki, inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkədir. Son dərəcə yaxın münasibətlərin əsasında Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim dostluq dayanır. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qruplar, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının da doğma evidir. Milli azlıqlara hörmət və dözümlülük İpək Yolu dövründən bu günümüzədək mühüm rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra milli azlıqların nümayəndələri, habelə qadınlar hökumətdə təmsil olunublar. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. Məhz Azərbaycan əsilli yəhudilər İsrail və Azərbaycan arasında dostluq və yaranmaqda olan iqtisadi və geosiyasi əməkdaşlıq körpüsünə çevriliblər. Zaman və Azərbaycan nümayiş etdirdi ki, harmoniya mümkündür və zor işlətmədən və münaqişə etmədən bütün problemləri həll etmək mümkündür.İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları vəAzərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Hümbətova Məleykə

 

 

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycanın yürütdüyü xarici siyasət kursu qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ümumiyyətlə, Azərbaycan Respublikası beynəlxalq miqyasda hər zaman qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığa üstünlük verməkdədir. Bunun nəticəsidir ki, dünya ölkələri Azərbaycanı birmənalı şəkildə layiqli tərəfdaş qismində qəbul edir, dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələr mövcuddur. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.İsrailin Müdafiə Sənayesi şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr, eyni zamanda, Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin zəruriliyi xüsusi əhəmiyyət kəsb edir. Bir sözlə, qarşılıqlı əlaqələrin güclənməsi hər iki dövlətin maraqlarına uyğun şəkildə tənzimlənir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.