Huquqaz.com

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

05.05.2023
1.750
Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarolunmaz incilərindən biridir. Bu ərazilərdə qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları elmi əsaslarla sübuta yetirilmişdir. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən, mühüm strateji coğrafi mövqeyə sahib cənnət məkanı Şuşa tarixən həm də hərbi-siyasi əhəmiyyət kəsb edən alınmaz, basılmaz qala olmuşdur. Şuşa Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə Pənahəli xan tərəfindən 1752-ci ildə müdafiə məqsədilə düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları əhatəsində – istehkam məqsədli tikilən qala-şəhər olmuşdur. Buna görə də şəhər “Şuşa qalası” kimi də tanınır. İlk əvvəllər şəhər xanın şərəfinə “Pənahabad” adlandırılsa da, sonralar öz tarixi “Şuşa” adını yenidən qaytarır. Şuşa Azərbaycanın paytaxt şəhərlərindən biri kimi 1758-1823-cü illərdə Qarabağ xanlığının mərkəzi olmuşdur. Belə ki, tarixin bütün dövrlərdə insanların ürəyində məhz Şuşa Qarabağın mərkəzi kimi qəbul olunmuşdur. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə də ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir. İşğala qədər şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan yerli daş döşəməli küçələr, 9 məhəllə, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. Həmçinin Şuşa 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi, Qafqazda tək və yeganə olan Şərq musiqi alətləri fabriki fəaliyyət göstərirdi. Şuşa şəhərinin Sovet hakimiyyəti dönəmində – ötən əsrin 70-ci illəri və 80-ci illərin əvvəlində keçdiyi sürətli inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə qəbul edilmiş, böyük və əsaslı quruculuq işləri həyata keçirilmişdir. 1977-ci ildə görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 27 dekabr tarixli 414 nömrəli Qərarı ilə “Şuşa dövlət tarix-arxitektura qoruğu” yaradılmışdır. Qəbul edilmiş bu kimi qərarlar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Belə ki, 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açlışı və bir sıra mühüm mədəni tədbirlərin həyata keçirilməsi buna bariz nümunədir. Bu bir daha Ulu Öndərin öz vətəninə, xalqına, onun tarixinə, mədəniyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığının göstəricisidir. Həmin dövrdə erməni tarixçilər və rəsmi dairələr ölkəmizə qarşı saxtalaşdırılmış xəritələr, materiallar əsasında ərazi iddiaları ilə çıxış edirdilər. Lakin xalqının mənafeyini, dövlət maraqlarını hər şeydən üstün tutan, onu canı və qanı bahasına olsa belə müdafiə edəcək müdrik dövlət xadimi ulu öndər Heydər Əliyev Azərbaycana rəhbirlik etdiyi o, dönəmlərdə bütün bu kimi əsassız iddiaların qarşısını qətiyyətlə almış, Ermənistana bir qarış belə vətən torpağının pay verilməsinə imkan verməmişdir. Şuşanın önəmini yüksək dəyərləndirən Ulu Öndər onun qorunması və inkişaf etdirilməsinə çox böyük həssaslıqla yanaşırdı.

1992-il də silah gücünə hakimiyyəti əllə keçirmək istəkəkləri AXC-Musavat cütlüyünün Xalq arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı. AXC-Musavat cütlüyünün kreslo sevdalığı 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçərək işğal etdilər. 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın, Üzəyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri dağıdılaraq xarabalığa çevrildi. Bütün bu kimi əzablara və çətinliklərə baxmayaraq nə zamansa ədalətin bərqərar olacağına, sülh və danışıqlar yolu ilə münaqişənin sona yetəcəyinə, işğal edilmiş bütün tarixi torpaqlarımızın geri qaytarılaraq haqqın öz yerini tapacağına böyük inam və ümidlər var idi. Lakin çox təəssüflər olsun ki, dünya birliyi tərəfindən nümayiş etdirilən ikili yanaşma, siyasi riyakar münasibətlər qəbul edilmiş və icrasını gözləyən mühüm beynəlxalq əhəmiyyətli qərarların masa üzərində qalmasına səbəb oldu. Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu otuz ilə yaxın düşmən tapdağında inildəyən vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Beləliklə şanlı qələbə yürüşümüzün əsas qayəsi, son missiyası olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq – 8 noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir.

Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə  Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mərkəzi, məhz, təhlükəsizlik orqanları idi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Ulu öndər Heydər Əliyev rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

Ulu öndərin fəaliyyəti, Azərbaycan xalqı qarşısında xidmətləri erası ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan ulu öndər Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Ulu öndərin qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi.

44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Şanlı Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə böyük qəhrəmanlıq salnaməsi yazdı. Xüsusilə qədim və doğma yurd yerimiz, mədəniyyət beşiyimiz – Şuşa şəhərinin ciddi zərər görməməsi məqsədilə yüngül silahlarla silahlanmış Azərbaycan oğulları o, hündür, sıldırım Şuşa dağlarını dırmaşaraq düşmənlə üz-üzə, diş-dişə gəldi, qanlı döyüşlə ona məxsus olanı geri aldı. Qalib Azərbaycanın şanlı bayrağını Şuşa Qalasında dalğalandırdı. Beləliklə şanlı qələbə yürüşümüzün əsas qayəsi, son missiyası olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq – 8 noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü. Keçmiş sovetlər birliyi ölkələri sırasında işğal edilmiş torpaqlarını azadlığa qovuşduran yeganə ölkə kimi Azərbaycan – dünyada tarix yazmış, qüdrətli dövlət, qalib xalq olaraq öz layiq olduğu məqama sahibləndi. Məhz bu şücaətin nəticəsidir ki, bu gün Azərbaycan ordusunun qazandığı döyüş təcrübəsi, xüsusilə zərgər dəqiqliyi ilə hazırlanmış və böyük şücaət tələb edən Şuşa əməliyyatının detalları dünyanın nüfuzlu ekspert və hərbi-siyasi mərkəzləri səviyyəsində, hərbi təhsil ocaqlarında öyrənilir və tədris edilir. Ümumilikdə isə bu müharibə nəinki Azərbaycanın, bütöv dünyanın hərb tarixinə qazandırılan böyük hərbi-taktiki bilik təcrübəsi oldu. Hazırda post-münaqişə dövründə bütün işğaldan azad olunan ərazilərdə sürətli şəkildə böyük bərpa və quruculuq işləri həyata keçirilməkdədir. Əsas məqsəd bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Ən başlıcası isə ondan ibarətdir ki, bütün bu görülmüş işlər və gələcəkdə icrası nəzərdə tutulan tədbirlər, zəruri layihələr xarici yardımlar olmadan ölkəmizin bu günkü iqtisadi gücünə əsaslanan real maddi imkanlar hesabına həyata keçirilir. Bu isə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kursun möhkəm təməllər üzərində olduğunun və Prezident cənab İlham Əliyev tərəfindən düzgün və uğurlu şəkildə davam etdirildiyinin sübutudur. İşğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Çünki Şuşa tarix boyu bütün çətinliklərə rəğmən, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olmuş və bu cür də qalacaqdır.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmanı zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli, 2632 nömrəli Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir. Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır. İmzalanmış bu Sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çox əsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olduq.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Əcdadlarımızdan bizə miras qalmış əziz, müqəddəs və qədim Şuşa şəhərinin 28 il, 6 aydan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Prezident cənab İlham Əliyev 2020-ci ilin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

 

Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar yaradır. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunmuşdur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə qeyd olunmuşdur. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın daha da qüdrətlənməsi üçün əlverişli imkanlar yaradır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu

Milli mədəniyyətimizin incisi, poeziyamızın və musiqimizin beşiyi Şuşanın Azərbaycan tarixində müstəsna yeri və əhəmiyyəti vardır. Zəngin tarixi, əsrarəngiz təbiəti olan Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkə vətəndaş müharibəsinin bir addımlığında idi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi. Danılmaz faktdır ki, o dövrdə Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç ruhu da incimədi. Bu xəyanətin nəticəsində 289 kvadrat kilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonunu Ermənistan silahlı qüvvələri işğal etdi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilərin əsir götürdükləri və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, tör-töküntüləri bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri, eləcə də bu antimilli ünsürlərin xəyanətkarlığı, səriştəsizliyi ucbatından Qarabağın tacı olan Şuşanın erməni işğalına məruz qalması tarixin yaddaşından heç vaxt silinməyəcək.

44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Şanlı Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə böyük qəhrəmanlıq salnaməsi yazdı. 2020-ci il noyabrın 8-i Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Qazandığımız Zəfərmizlə həmin bu xəyanətkar və satqınları tarixin arxivinə gömdük.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.