Huquqaz.com

44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı

25.03.2023
1.385
44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayanır. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.

44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezidentimiz cənab  İlham Əliyev hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur.İşğaldan azad olunmuş ərazilərimiz tezliklə yenidən qurularaq sakinlərin öz evlərinə qaytarılması prioritet vəzifə olaraq qalır. Bu məqsədlə həmin regionlarda irimiqyaslı işlər görülür və yeni infrastruktur yaradılır. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. “Ağıllı kənd”, ”Ağıllı şəhər”  layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük  Qayıdışın başlanğıcı oldu. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər.İnsanların qayıdışı üçün şərait olmalıdır. Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir.  Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.