Huquqaz.com

Bayram şənlikləri

21.03.2023
1.718
Bayram şənlikləri

Bayram şənlikləri.

Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bütün evlərdə bayram süfrələri açırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərirlər. Novruz bayramında il təhvil verilirmüxtəlif oyunlar keçirilir uşaqlar yumurta döyüşürlər. Xoruz döyüşüləri keçirilir. Qızlar qulaq falına çıxırlar. Novruzda aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında  təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır. Sevindirici haldırdır ki, artıq 3 ildir işğaldan azad olunmuş torpaqlarımızıda Novruz bayramını qeyd edirik. Hər birimiz milli dəyərlərimizi və adət-ənənələrimizi lazımınca qoruyub-saxlamaqla onu inkişaf etdirək.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

Şərhlər

Şərh yazılmayıb.