Huquqaz.com

Sülhün zamanı çatıbdır

19.03.2023
2.236
Sülhün zamanı çatıbdır

Sülhün zamanı çatıbdır.


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında əlaqələrin inkişaf edəcəyinə, yaxın tarixdə sülh müqaviləsinin bağlanmasına ümid edilirdi. Həmişə olduğu kimi bu dəfə də Ermənistan hakimiyyətinin qeyri-müəyyən mövqeyi məsələnin daha da düyünləşməsinə səbəb olmuşdur. Təbii ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması tək iki dövlətin imkanları daxilində deyil. Digər tərəfdən hər dəfə qarşı tərəf bu işi ertələməyə çalışır. Cari il münaqişədən sonrakı mərhələnin yeni reallıqları fonunda Azərbaycan və Ermənistan arasında münasibətlərin yaradılması və normallaşdırılması üçün Ermənistana təqdim olunan baza prinsiplər ətrafında görüş və müzakirələr ilə xarakterizə olunub. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın dövlət sərhədində atəşkəs rejimini pozması, eləcə də Qarabağda qanunsuz silahlı birləşmələri saxlaması yeni hərbi əməliyyatların başlanması mövzusunu gündəmə gətirib. İndiki mərhələdə Azərbaycan ordusunun Rusiya sülhməramlılarının olduğu əraziyə doğru irəliləməsi və Moskvanın tənqidlərinə məhəl qoymaması rəsmi Bakının yaranan vəziyyətlə bağlı narazılığını göstərir. 2020-ci ildən bu yana Ermənistanla sülh cəhdlərinin nəticə verməməsi, regional kommunikasiya xətlərinin bərpası ilə bağlı danışıqların uzanması Rusiya-Azərbaycan arasında narazılığın artmasına gətirib çıxarıb.
Təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qroxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası var.

Son dövrlərdə Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət onu göstərir ki, Ermənistan çox yaxın tarixdə Azərbaycanın maraqlarına uyğun olaraq 5 təklif əsasında sülh müqaviləsini imzalayacaqdır.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin  müəllimi- Məmmədov Eşqin

Şərhlər

Şərh yazılmayıb.