Huquqaz.com

Lerik rayonunda növbəti “Açıq mikrofon” aksiyası keçirilib-FOTO

14.03.2023
1.699
Lerik rayonunda növbəti “Açıq mikrofon” aksiyası keçirilib-FOTO

“Səyyar qəbul otağı” Yardımlı rayonundan sonra Lerik rayonunda təşkil olunub.

Qanunla.Az xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb ki, əksəriyyəti 3 kəndin kəndin qazlaşdırılması ilə bağlı olub. Rayonun Şivlə, Noda və Aşağıbilnə kəndlərindən qatılan sakinlər mavi yanacaqla təchiz olunmaq üçün müraciət ünvanlayıblar. Aksiyada çıxış edən Etibar Məmmədov isə fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

image-ca8af91c-8823-430c-9b89-ba4fafd5683eimage-99f2a54f-a8f7-4150-926a-32e8559b3447image-e31c883c-e376-4462-b4d2-afb882e4f96aimage-a6c1f005-d76e-4905-9666-105b7296e405

Şərhlər

Şərh yazılmayıb.