Huquqaz.com

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

08.03.2023
2.011
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Bəşər dünyasının yaranması, formalaşması, inkişaf etməsi, yenilənməsində əsas rolu məhz qadınlar oynayır. Qadın anadır, bacıdır, övladdır və həyat yoldaşıdır.Türk və İslam tarixində qadın ən yüksək zirvə hesab edilmiş, o zirvəni qorumaq, onun keşiyini çəkmək ən müqəddəs vəzifə hesab edilmişdir.Hal-hazırda Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimaisiyasi həyatında yaxından iştirak etməyə başlamışdır. Qadınlarımız sürətlə maariflənməyə, inkişaf etməyə, cəmiyyətdə rol almağa başlasa belə, yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmış, ana dilimizin, mədəniyyətimizin ən etibarlı dayağı olmuşlar. Keçmişdə də, bu gün də Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət etmişdir. Onlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşımışlar.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Qadının cəmiyyətdəki rolunu və əməyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çoxsaylı qərarlar qəbul etmiş, tədbirlər görmüşdür. 2006-cı il 6 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlər Komitəsi yaradılmışdır. 2006-cı il 10 oktyabr tarixində isə “Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

Şərhlər

Şərh yazılmayıb.