Huquqaz.com

Tarixi görüş

21.02.2023
2.762
Tarixi görüş

Tarixi görüş

Bu günədək təşkil edilən Münxen Təhlükəsizlik Konfransı hər zaman dünyada təhlükəsiz həyatın təmin edilməsini və bu prosesin həlli yollarını gündəliyin əsas mövzusu kimi diqqətdə saxlayır. Bu baxımdan, dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində Münxen Konfransı vacib platformadır. Münxen Təhlükəsizlik Konfransı bu gün qlobal siyasətlə bağlı ən nüfuzlu platformalardan biri kimi çıxış edir. Bu Konfrans çərçivəsində təşkil olunan sessiyalarda səslənən fikirlər və dərc edilən hesabatlar Avro-Atlantik oxundakı mərkəzlərin qlobal siyasətlə bağlı qiymətləndirmələri ilə bağlı mühüm məlumatlar verən mənbələr kimi dəyərləndirilir, qlobal siyasətlə bağlı tapıntıları ortaya çıxarmaq məqsədi daşıyır. Prezident cənab İlham Əliyevin bu konfransa ali qonaq kimi dəvət alması və orada iştirakı dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, eyni zamanda Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərir. Prezident cənab İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmalıdır.

Münxen Təhlükəsizlik Konfransı iştirakçıları həm siyasi, həm də iqtisadi mənada təhlükəsizlik sahəsində real təcrübəyə malik olduğundan Prezident cənab İlham Əliyev biznes dairələri ilə bu istiqamətdə həm də fayda qruplarının necə, nə qədər və harada fəaliyyətini müzakirə və mümkün etmək üçün önəmli görüşlər keçirdi. Xüsusilə qeyd olunmalıdır ki, tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürdülər. Zamanın tələbinə uyğun olan bu cür görüşlər gələcəkdə üç Qafqaz ölkələri arasında sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsasını qoya bilər.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.