Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.
Türkiyədə baş verən zəlzələrin ağır nəticələri bizim hər birimizi sarsıtdı, qəlbimizi göynətdi. Onların acısı bizim acımızdır. Azərbaycan insanının imkanı daxilində bu təbii fələkətin aradan qaldırılmasına göstərdiyi maddi-mənəvi dəstək, etdiyi dualar hər birimiz üçün qürurlu haldır. Azərbaycanın öncül yerdə olduğu qardaş ölkədə təbii fəlakətdən ziyan çəkənlərə yardım kampaniyasına artıq dünyanın bir çox dövlətləri qoşulub. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırılmışdır. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.
Rəvanə Hidayətova- Könüllü gənc
Şərh yazılmayıb.