Huquqaz.com

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək

01.02.2023
1.902
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycan və Macarıstan Respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı. İstənilən ölkə ilə olduğu kimi, Azərbaycan-Macarıstan münasibətlərinə də bir neçə aspektdən yanaşmaq lazımdır. Bura siyasi, iqtisadi, mədəni, elmi aspektlər, daxildir. Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də bu mövzular arasındadır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır.
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. İki ölkə arasında qarşılıqlı hörmət və etimad vardır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır

Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır. BaharAzərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Həyata keçirilən bütün tədbirlər Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilən bərpaolunan enerji ilə əlaqədar işlərin ardıcıllıqla, inam və uğurla irəlilədiyini göstərir. Qlobal miqyasda baş verən bir sıra proseslər, o cümlədən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti və əlbəttə ki, sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid yeni çağırışlar yaradıb. Bu çağırışlardan biri də bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması ilə bağlıdır. Qlobal iqtisadiyyatda yeni mərhələ – “yaşıl enerji” dövrü öz yerini möhkəmlətməkdədir. Karbohidrogen resursları ilə zəngin olan Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir

Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Məhz Ermənistanın çirkin “oyunları”nın nəticəsidir ki,  44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması  minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Əfsuslar olsun ki, həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik. Minaları yerləşdirmək asan, təmizləmək isə olduqca çətindir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, bu torpaqlardan səmərəli istifadə işinə mane olur. Bu gün Azərbaycan təcrübə mübadiləsi əsasında mina hərəkatına qoşulan bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir. İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır. Azərbaycan dövləti də, xalqı da bu məsələdən maddi və mənəvi cəhətdən ziyan çəkir. Müvafiq qurumlarımız minaların aşkar edilərək zərərsizləşdirilməsi işində bütün bilik və bacarıqlarını ortaya qoyurlar.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var

Azərbaycan təhsilində olan bugünkü problemlərin aradan qaldırılması, inkişaf  etdirilməsi, yeni, müasir vasitəslərin təhsildə tətbiqi üçün ölkəmizin bu istiqamətdə beynəlxalq əməkdaşlığa geniş yer verməsi vacibdir. Hazırda Azərbaycanda tələbələrin, şagirdlərin, gənc mütəxəssislərin beynəlxalq mübadiləsi ilə yanaşı, digər istiqamətlərdə də əməkdaşlıqlar genişləndirilməkdədir. Azərbaycan mütəxəssislərinin dünyanın ən qabaqcıl ölkələrində təhsil almaları, müəyyən kurslar keçmələri ölkə gənclərinin təhsilində – öyrənməkdə olan gənc nəslin bilik və savadlılığında özünün müsbət təsirini açıq şəkildə göstərməkdədir.Təhsildə beynəlxalq əməkdaşlıq respublikamızda  həm orta təhsilin, həm də ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl idarələrin də savadlı və bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaradır. Bu baxımdan digər ölkələrlə olduğu kimi təhsil sahəsində də Macarıstanla əməkdaşlıq mühüm yer tutur.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

Şərhlər

Şərh yazılmayıb.