Huquqaz.com

2023-cü il Ermənistan üçün sülh danışıqlarında sonuncu şans ilidir

14.01.2023
2.108
2023-cü il Ermənistan üçün sülh danışıqlarında sonuncu şans ilidir

2023-cü il Ermənistan üçün sülh danışıqlarında sonuncu şans ilidir

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı bu müsahibəsi ilə Azərbaycanın gələcək hədəflərini daxili və beynəlxalq ictimaiyyətə çatdırmış oldu. Biz başa düşürük ki, Azərbaycan nəinki onillikləri, hətta yüzillikləri əhatə edəcək proseslərin içindədir. Prezident İlham Əliyev bu proseslərin önündə şəxsən dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğaldan azad etdi. Bu dəfə isə həmin müharibənin yaratdığı reallıqlar nəticəsində Qələbə statusunu möhkəmləndirmək və tarixi torpaqlarımıza qayıdışdan söhbət gedir. Biz bilirik ki, Qarabağ elə bir bölgədə yerləşir ki, qlobal və regional güclərin çox qısqanclıqla yanaşdığı coğrafiyadır. ABŞ-da olan bəzi qüvvələrlə hazırda dünyanın beynəlxalq münasibətlər sistemi siyasi və iqtisadi libasını dəyişdirmək istədiyi bir dövrdə, Ukrayna və Şərqi Avropadan sonra həmin o rəqabət Cənubi Qafqaza sıçrayacaq. Burada artıq uzaqgörən və rasional düşüncə çox vacibdir ki, xoşbəxtlikdən Prezidentimiz bütün bu xüsusiyyətlərə malikdir. Bunu biz bir çox hallarda görmüşük və görməyə də davam edəcəyik.

Hazırda bildiyimiz digər çağırışlar var ki, onların hamısı həll ediləcək. Əlbəttə ki, Prezidentimizin Qərbi Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdacağı ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana ciddi mesaj olmalıdır. Ermənistan sülh müqaviləsini imzalamaq və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq istəmirsə bu İrəvan üçün müsbət nəticə verməyəcək.

.Prezident İlham Əliyevin dediyi kimi, 2023-cü il Ermənistan üçün sülh danışıqlarında sonuncu şans ilidir. Amma Nikol Paşinyan sülh müqaviləsini imzalamamaq üçün vaxtı uzadır. O anlamalıdır ki, vaxtın uzadılması çıxış yolu ola bilməz. Ermənistan bu və ya başqa şəkildə Azərbaycanın istəklərini yerinə yetirəcəkdir. Beynəlxalq media və ekspertlər tərəfindən Prezidentin fikirlərinin diqqətlə dinlənilməsi onu göstərir ki, dövlətimizin başçısının açıqlamaları konkret və dəqiq idi. Azərbaycanın əsas prinsipləri və dövlət maraqları dünyaya, həmçinin dövlətimizin ictimaiyyətinə bəyan edildi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Azərbaycan Prezidenti başqaları üçün qeyri-mümkün görünən hədəfləri reallığa çevirdi

Səmərəli, informasiya və mənayüklü, ən əsası isə dəqiq ünsiyyət səmərəli və uğurlu lider üçün vacib amil kimi çıxış edir. Şübhəsiz ki, məsuliyyət, əvvəlcədən düşünülmüş birləşmə, dəyər sistemi yaratmaq və idarə etmək kimi bacarıqlara malik olmaqla yanaşı, ən əsası isə liderlər məhz inandırıcı, ünsiyyətcil olmalı, böyük bir kütləni öz dediyinə inandırmağı bacarmalıdırlar. O da danılmaz faktdır ki, bu amillərin özü liderlik taksonomiyasının konstruksiyalarını ölçən strukturlaşdırılmış əsaslar kimi dövlət və ordu başçısı statusunda öz həyati əhəmiyyətini daha da artmış olur.

Bu baxımdandır ki, çıxışlarında “Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir” deyən, xalqımızın əsrlər sonra da hər zaman qürur və fəxarətlə Müzəffər Ali Baş Komandan adlandıracağı İlham Əliyev vəziyyət və şərtlər necə olursa olsun, bizim informasiya qıtlığında itməyimizin, ya da yanlış yollara sürüklənərək hədəfə bir az gec çatmağımızın qarşısını məhz xalqla birbaşa təmaslara keçərək alır. Prezident İlham Əliyev başqaları üçün qeyri-mümkün kimi görünən hədəfləri reallığımıza çevirir.

Liderlik anlayışı müxtəlif kontekstlərdə şəxsiyyət üzərində düşünməklə və bunu liderlik aktları ilə birləşdirərək özünü inkişaf etdirmək üçün lazım olan nizam-intizamı səfərbər etmək bacarığıdır. Dünyanın mövcud siyasi durumunda belə liderlərin sayı çoxdur. Məsələnin bu yerində düşünmədən keçmək olmur ki, bütün bunların fonunda lider üçün əsas məsələ söylədiyi sözlərə, verdiyi vədlərə inandırmazdan əvvəl özünün inanması, özündən əmin olmasıdır. Həm də məhz bu səbəbdəndir ki, “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” deyən bir Lider “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərini doğruldur. Elmi baxımdan da sübut olunur ki, liderlərin özləri haqqında təsəvvürləri sosial konstruksiyalardır və liderliyin inkişafı liderlər və ardıcıllar arasında qarşılıqlı əlaqə ilə əlaqələndirilir. Odur ki, Azərbaycan xalqı inam, etimad, güvən yerinin ünvanını başından bəri yaxşı tanıyır, indiyə qədər olan zaman kəsiyində də məhz ilk gün keşiyimizdə dayanan dahi bir liderin ardıcılının hər çıxışını qapısının kəndarından böyük bir inamla keçirir.

Prezident İlham Əliyevin yerli və beynəlxalq olmaqla televiziya kanallarına geniş müsahibələri, sistematik və mənalı məlumat mübadiləsi yolu ilə birbaşa ünsiyyəti artıq konvensional xarakter daşıyır. Dövlət başçımızın müsahibəsinin ümumi konteksti və bir neçə aspekti nəzərə alınmaqla detallarına baxdığımız zaman hətta liderlərin nitqlərindəki sətiraltı mesajları oxuma bacarığı olmayan sadə vətəndaş belə ən sadə formada üslubun dəyişməsi ilə ünsiyyətin təsirinin dəyişməsini nəzərə alaraq hədəf, məqsəd və yol xəritəmizin olduqca aydın olduğuna bir daha əmin olur. Müsahibə bir daha sübut etmiş oldu ki, Azərbaycan nəinki regionun aparıcı aktoru və hərəkətverici qüvvəsi, hətta və daha önəmlisi regionumuzda siyasi proseslərə yön verməyə çalışan zərərli qüvvələrin qarşısında sipər, region xalqlarının rifahının təminatçısıdır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanın xaricdə güclü olması üçün daxildə güclü olması lazımdır

Dövlətimizin gücünün kritik sütunu onun vətəndaşında, vətəndaşın rifahının təmin edilmə dinamizmində, məhsuldarlığında, siyasi və iqtisadi inkişafında və ən əsası, irəliləyiş və mümkünlüyünə dair verilən vəddədir ki, dövlət başçımız verdiyi vədləri doğruldur.

Pandemiyanın dünyanı böyük depressiyadan bəri ən pis iqtisadi böhrana sürükləməsindən, dünyada dərin bərabərsizlikləri ifşa etməsindən və şiddətləndirməsindən, dövlətlərin xarici siyasətlərində beynəlxalq hüququ, fundamental ali dəyərləri kobudcasına pozmasından, ədalətsizliklə bağlı uzun müddət davam edən gərginliyin qaynamağa başlamasından bəri dövlətlər yeni çağırışlarla üzləşir. Müasir dünyada orta səviyyəli həyat standartını təmin etmək üçün mübarizə aparan dünya əhalisi ilə ölkələrin uzunmüddətli rifahına və orta sinif təhlükəsizliyinə təhdidlər daha geniş prizma tələb edir – daxili iqtisadi və sosial məsələlərin və onların kompleksinin daha dərindən dərk edilməsi zərurəti yaranır, xarici siyasət qərarları ilə qarşılıqlı əlaqə tələb olunur.

Azərbaycanın xarici siyasətinin daha da gücləndirilməsinə, vətəndaşlarımızın iqtisadi və sosial mobilliyinin artırılmasına yönəlmiş milli siyasət gündəliyi dövlət başçımızın da dünya siyasi tarixini dərin siyasi biliklə təhlil və qeyd etdiyi kimi ölkəmizə dünyanın formalaşması labüd olan yeni nizamına daha yaxşı inteqrasiya etməyi təklif edir. Zaman keçdikcə, proseslər sürətlə dəyişdikcə qəlibdən qurtulan yeni nəsil xarici siyasət mütəxəssislərinin töhfələrini təkidlə tələb edir. Dünyanın aparıcı dövlətlərini milli təhlükəsizlik strateqlərinin və xarici siyasət planlayıcılarının düşüncələrinə diqqətlə nəzər yetirərkən eksplisit və implisit olmaqla, onların daim məhz milli maraqları önə çəkməsinin şahidi oluruq. Aydın görünür ki, Prezident İlham Əliyev bu gün xarici siyasətimizin istiqamətini sadəcə təhlükəsizlik və geosiyasi rəqabət prizmasından müəyyən etmir, həm də ən çətin məqamlarda belə kritik perspektivlərdən məharətlə istifadə edərək qlobal güc mərkəzli həlqənin önəmli bir parçası kimi möhkəmləndirmək istiqamətində qətiyyətli addımlar atır. Dünyanın mövcud siyasi reallıqları sübut edir ki, hərbi baxımdan güclü olmaq kifayət deyil, həm də xarici siyasətdə səliqəli təşkilatlanma bu gün olduqca güclü silahdır. Dövlətimizin başçısı məhz bu güclü silahı hər zaman əlində saxlamaq istəyir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Planla və əzmlə aparılan quruculuq işləri

Prezident İlham Əliyevin yerli televiziya kanallarının nümayəndələrinin suallarına mahiyyətcə dərin, məzmunca geniş, məqsədlərinə görə strateji hədəfləri müəyyənləşdirən cavabları tarixi əhəmiyyət daşımaqla bərabər, bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, yenidən qurulması və bərpasından ötrü dövlətimizin aydın, konkret planları vardır. Hər şey bilavasitə ölkə rəhbərinin ciddi nəzarəti altında və ardıcıl şəkildə icra olunur.

İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və quruculuq işləri böyük uğurdur. Müharibənin başa çatmasından ötən təxminən iki il ərzində Şuşa, Ağdam, Zəngilan və Füzulidə yaşayış binalarının tikintisinin aparılması, Ağalı kəndinin inşası və sakinlərinin qayıdışı, bir neçə yaşayış məntəqəsinin təməlinin qoyulması, Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçında kəndlərin bərpası, dağların başında çətin relyef şəraitində hava limanının tikintisinin davam etdirilməsi, su elektrik stansiyalarının istifadə verilməsi, avtomobil və dəmir yollarının tikintisi bu uğurlara daxildir. Bir zamanlar bu işlər yalnız xəyal edilə bilərdi. Bütün bu fəaliyyətlərin həm eyni vaxtda, həm dünyada mürəkkəb proseslərin getdiyi və iqtisadi böhranın dərinləşdiyi, həm də heç bir xarici yardımlar olmadan görülməsi dövlətimizin qüdrətinin təzahürlərindən biridir. Quruculuq işlərinin aparıldığı yaşayış yerlərində məktəblərin, tibb məntəqələrinin açılması, sənaye parklarının, xəstəxanaların, idman komplekslərinin tikintisi dövlətimizin keçmiş məcburi köçkünlərin təhsilinə, elminə və sağlamlığına verdiyi diqqəti göstərir. Bir daha məlum olur ki, dövlətimiz üçün vətəndaşın sağlamlığı, rifahı və təhlükəsizliyi hər şeydən öndə gəlir. Bu, eyni zamanda, dünya mədəniyyətinə böyük töhfələr vermiş millətimizin mədəniyyətinin yenidən torpaqlarımıza qayıtması, canlanması və inkişafı deməkdir. Bütün bu işlər bir daha əyani şəkildə təsdiq edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət millətimizin bu gününü, uğurlu sabahını təmin edir və alternativi yoxdur.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Prezident İlham Əliyev Azərbaycanın uğurlarını daha böyük müstəviyə daşıyan baxışlar sərgiləyir

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə, sözün həqiqi mənasında, tarixi xarakter daşıyır. Çünki bu müsahibə çox strateji baxışlı müsahibə idi. Prezident İlham Əliyev iqtisadi formatlı Davos, təhlükəsizlik xarakterli Münxen və digər beynəlxalq tribunalar kimi Cənubi Qafqazda da bu cür diplomatik, siyasi və ümumiyyətlə regionun gələcəyi ilə bağlı daimi model yaradır. Həmin gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan da media təmsilçiləri ilə görüş keçirmişdi və orada söylənən hər bir tezis Ermənistanın təhlükəsizliyinə zərbə vurmaqda idi.

Prezident İlham Əliyevin müsahibəsindəki strateji xarakterli baxışlar şübhəsiz ki, Davos Forumundan əvvəl əsas kontur ideyalar oldu. BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü İkinci Dünya müharibəsinin nəticəsidir. Artıq qlobal dünya yeni nizama daxil olur. Otuz il bundan əvvəl biz regionda müxtəlif dövlətlərdən dünyaya çıxmaq üçün adi bir dəhliz istəyirdik. İndi Azərbaycan həmin dövlətlər üçün təkcə nəqliyyatın yox, həm də iqtisadiyyatın, siyasətin, diplomatiyanın qovşağı kimi rol oynayır.

Dövlətimizin başçısı, əslində, media təmsilçilərinin fonunda dünya mediası, beyin mərkəzləri, siyasi institutlar, ayrı-ayrı dövlətlərlə çox unikal dialoq apardı. Bu, sadəcə, müsahibə deyil, sözün həqiqi mənasında, strateji planların yerbəyer edilməsi oldu və dövlətimizin başçısı 14 mühüm mövzu üzrə fundamental ideyalarını söylədi. Dövlətin kursu bəllidir: Azərbaycan 2020-2022-ci illər arasında əldə etdiyi hərbi, strateji və siyasi uğurları qoruyub saxlamaq istəyir. Prezident İlham Əliyev Ermənistanı istisna edən, Azərbaycanın iqtisadi, hərbi, təhlükəsizlik uğurlarını daha böyük müstəviyə daşıyan baxışlar sərgiləyir. Prezident İlham Əliyev dünya liderlərindən biridir. Azərbaycan öz coğrafi miqyasını qat-qat aşan siyasətin daxilindədir. Bu, dövlətimizin başçısının baxışları hesabınadır. Bizim diplomatik korpuslar, diasporumuz da Prezident İlham Əliyevin bu müsahibəsini daim gündəmdə saxlamalıdırb.

Bu il ölkəmizdə hələ 2022-ci ildə bir sıra sahələrdə tam gerçəkləşdirilməmiş layihələr tamamlanacaq. Kəlbəcərdən Zəngilanadək qayıdış üçün addımlar atılacaq, Böyük Qayıdışın yalnız Ağalı kəndi üzərindən deyil, daha böyük miqyasını artıracaq.

Prezident İlham Əliyevin toxunduğu hər bir məsələ həm daxili, həm də beynəlxalq müstəvidə ciddi müzakirə mövzusu olacaq. Dövlətimizin başçısı daha açıq siyasət yürütməkdədir. Bizim üçün hazırkı reallıqda bütün hakimiyyət qolları, beynəlxalq tərəfdaşlarımızla görülən işlər, hərbi əlaqələr, Ordumuzun güclənməsi, Vətən müharibəsindəki Qələbədən sonra onun eyforiyasına qapılmadan zəif yerləri aradan qaldırmaq üçün hər bir sahə dərindən təhlil edilməlidir. Əminəm ki, Prezident İlham Əliyevin bu cür müsahibələrindən sonra bütün müvafiq dövlət və hökumət orqanları üçün konspekt formalaşdırılır ki, qarşıya hansı vəzifələr qoyulub.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı ölkə ictimaiyyətini Azərbaycanın siyasi xəttinin konturları barədə məlumatlandırdı, proqram xarakterli fikirləri ilə ötən ilin uğurlarını dəyərləndirərək qarşıdakı prioritetləri göstərdi.

Prezident İlham Əliyev müsahibəsində hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqiyə diqqət çəkdi. Ölkəmizin iqtisadi və sosial siyasətinin biri-birini tamamladığını qeyd edən dövlətimizin başçısı islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirdi.

Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Prezident İlham Əliyev daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bunun üçün, ilk növbədə, ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Azərbaycan sosial dövlətdir və əminliklə demək olar ki, iqtisadi müstəqilliyini təmin edən ölkəmizdə indiyədək heç bir sosial layihə təxirə salınmayıb. Minimum pensiya və minimum əməkhaqqının artırılması prosesi bu il də davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq görülən işlərdir. İqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq. Prezident çıxışında bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağının gözlənildiyini də bildirdi. Bütün bunlar dövlətimizin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayandığını bir daha isbat edir. Prezident bir daha vurğuladı ki, 2023-cü il Azərbaycan üçün düşərli olacaq. Dövlətimizin başçısı 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacağına inamını ifadə etdi.

Prezident İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir. Dövlətimizin başçısı bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını da bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bir sözlə, Prezident İlham Əliyevin konseptual xarakterli növbəti müsahibəsi çox sayda əhəmiyyətli mesajlarla yadda qaldı.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti hər zaman uğurlara yol açır

Prezident İlham Əliyevin hər bir çıxışı, müraciəti, yerli, yaxud xarici mətbuata müsahibələri Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarının və onların əsasında müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha diqqəti Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra şanlı hərbi Qələbəsini siyasi müstəvidə də təsdiqləmək istiqamətində atdığı addımlara və əldə olunan uğurlara yönəltdi. Reallıq budur ki, ölkəmiz son iki ildə həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində istədiyinə nail olub. Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Ölkəmiz öz sözünü açıq şəkildə deyir, müstəqil siyasət aparır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, sözünün imzası qədər əhəmiyyətli olması özünü qabarıq şəkildə büruzə verir. Möhtəşəm Zəfərimizin yaratdığı reallıqları qəbul edən əksər güclər Qələbəni nəyin bahasına əldə etdiyimizi, hansı qüvvələrlə mübarizə apardığımızı yaxşı bilirlər. Prezident İlham Əliyevin bildirdiyi kimi, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki haqq yolundayıq və həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü artırır.

Prezident İlham Əliyev sözügedən müsahibədə Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarından geniş bəhs edərək 2023-cü ilin də ölkəmizin tarixində mühüm hadisələrlə yadda qalacağına əminliyini ifadə etdi. Vurğulandı ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək, ordu potensialımızı gücləndirmək əsas hədəflərdəndir.

Prezident İlham Əliyevin bütün çıxışlarında, müsahibələrində diqqət yönəldilən əsas məsələ tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsidir. Baxmayaraq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçib, Ermənistan bu prosesin uzanması istiqamətində səylər göstərir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibədə bu çağırışı etdi ki, Ermənistan sülh müqaviləsinin qaçılmaz olduğunu anlamalıdır. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycanın ədaləti və beynəlxalq hüququ özündə əks etdirən müstəqil siyasəti hər zaman uğurlara yol açır

Prezident İlham Əliyevin çağırışları sırasında bu məqamlar da yer aldı ki, Ermənistan Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidir. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət olacaqdır.

Qərbi Azərbaycana qayıdışımızla bağlı səsləndirilən çağırışlar da bunun tərkib hissəsidir. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycanlıların hüquqları təmin olunsun. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, Ermənistana monodövlət damğasını öz üzərindən götürməsi üçün yaxşı fürsətdir. Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə həyat yoxdur. Buna görə də onların qayıdışı ermənilərin oradan çıxarılması demək deyil. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

Azərbaycan istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bu yanaşma ilə üz-üzə olub. İkili siyasət əksər dünya güclərinin, eyni zamanda, beynəlxalq təşkilatların nüfuzuna əlavələr gətirmir. Əksinə, onlara qarşı inamsızlıq yaradır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 28 il icrasını gözlədi. Prezident İlham Əliyev müsahibədə vurğuladı ki, BMT-yə münasibətimiz bəllidir. Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var. Xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir.

Azərbaycanın ədaləti və beynəlxalq hüququ özündə əks etdirən müstəqil siyasəti hər zaman uğurlara yol açır. Tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulu və bu fonda gələcəyə baxış bunu söyləməyə əsas verir. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə nail olmaq üçün səylər göstərir, təkmil iqtisadi və siyasi islahatlar aparır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

Azərbaycan Prezidenti bir sıra açıq və bəzi subliminal mesajlarını müvafiq ünvanlara çatdırdı

Prezident İlham Əliyevin yerli televiziya kanallarına geniş müsahibələr verməsi artıq ənənə halına çevrilib. Dövri olaraq mətbuat vasitəsilə ölkə ictimaiyyətini baş verən bütün proseslər barədə məlumatlandıran dövlətimizin başçısının növbəti bu cür addımı yanvarın 10-da baş verdi. Geniş, ətraflı və dolğun müsahibəsində Prezident Vətən müharibəsindən sonra düşmənə və onun havadarlarına qarşı apardığımız siyasi və diplomatik mübarizədən, bu istiqamətdə “Şuşa İli”ndə əldə etdiyimiz ciddi uğurlardan və sülh prosesinin gedişindən ən incə məqamları dilə gətirdi. Adətinə uyğun olaraq Prezident yenə də bir sıra açıq və bəzi subliminal mesajlarını da müvafiq ünvanlara çatdırmış oldu. Prezident postpandemiya və postmüharibə dövrünü yaşayan ölkəmizin tərkib hissəsi olduğu dünyada həm də baş verməkdə olan kataklizmlərə, qarşıdurmalara və böhrana baxmayaraq Azərbaycanın enerji, iqtisadi, sosial, hərbi və digər siyasətində heç bir geriləmə və axsama olmadığını açıq şəkildə dilə gətirdi.

Bu gün Azərbaycanın həm daxili, həm də xarici siyasət kursunda qarşıya qoyulan hədəflərə doğru atdığımız addımlar barədə geniş məlumat verilib. Pandemiyadan və şanlı Zəfərlə yekunlaşan müharibədən yenicə çıxan dövlətimiz paralel olaraq düşmənin otuzillik işğalının ağır nəticələrini aradan qaldırır, mina terroru ilə mübarizə aparır, on min kvadratkilometrdən artıq ərazilərimizi sürətlə dirçəltməklə, ölkədə uğurlu sosial siyasət kursunu davam etdirməklə, ölkənin hərbi potensialını bütün istiqamətlərdə yüksəltməklə paralel, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunu əvəzolunmaz səviyyə istiqamətində inkişaf etdirir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirir, dünyada güc və söz sahibləri olan dövlətlər, təşkilatlar və beynəlxalq hüququn subyektləri ilə münasibətlərimizi daha da irəli aparır. Təbii ki, bütün bu proseslərə rəhbərlik edən siyasətçinin, şəxsiyyətin və liderin öz dilindən bu mühüm proseslərin detallarını eşitmək təkcə cəmiyyətimiz üçün deyil, regionda ciddi maraqları olan tərəflər üçün də çox mühüm əhəmiyyət kəsb etməmiş deyildir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycanın ərazi bütövlüyünü Avropada dilə gətirdiklərini, Rusiyada isə imzaladıqlarını unutmamalıdırlar

Prezident İlham Əliyev sülh prosesi ilə bağlı həm Azərbaycanın, həm də Ermənistanın üzərinə götürdüyü öhdəliklərə vaxtında riayət edilməsinin vacibliyinə diqqət çəkərək, məğlub Ermənistanın bizdən fərqli olaraq kapitulyasiyaya uğramış qarşı tərəfin prosesə etinasız və laqeyd yanaşmasının doğuracağı fəsadları da bir daha açıq şəkildə vurğuladı. Bəzi hallarda Fransaya, bir sıra məqamlarda digər ermənipərəst dəstəkçilərinə və hətta regiona sülhməramlı missiya adı altında daxil olmuş qüvvələrə güvənərək, bizə qarşı təxribatları davam etdirməyə çalışan Ermənistan siyasi və hərbi elitasının odla oynadığını açıq şəkildə dilə gətirən Azərbaycan lideri düşmənə bəlkə də, sonuncu dəfə idi ki, xəbərdarlıq edirdi. Bu xəbərdarlıqda 44 günlük Vətən müharibəsində Ordumuzun düşmənə vurduğu və yarası heç vaxt sağalmayacaq ağır zərbələr xatırladıldı, eyni zamanda, müharibədən sonrakı revanşist təxribatlara cavab olaraq keçirdiyimiz “Fərrux”, “Qisas” və “Sərhəd” əməliyyatlarına toxunuldu. Bütün bunların Ermənistan üçün ciddi dərs çıxarmağa kifayət olduğunu dilə gətirən Prezident, baş verənlərə rəğmən bizim yenə də sülh tərəfdarı olduğumuzu bildirərək, uzadılan sülh əlinin və məğlub tərəfə irəli sürdüyümüz sülh təşəbbüslərinin dəyərləndirilməsinin nə dərəcədə vacib olması ilə bağlı ciddi arqumentlər səsləndirildi.

Qlobal səviyyədə belə, düşmənə havadarlıq edən dövlətlərin bizə münasibətdə təxribat xarakterli siyasi və diplomatik hücumlarını uğurla dəf etdiyimizə dair proseslərin detallarını dilə gətirən Prezident Ermənistan rəhbərliyinin diqqətinə onu da çatdırıb ki, onlar elə havadarlarının iştirakı ilə Qarabağın da ayrılmaz tərkib hissəsi olduğu Azərbaycanın ərazi bütövlüyünü Avropada dilə gətirdiklərini, Rusiyada isə imzaladıqlarını unutmamalıdırlar. Bundan başqa bizim onlara rəsmi olaraq keçən ilin mart ayında baza prinsipləri və bütün dünyada qəbul edilmiş normalar çərçivəsində etdiyimiz sülh təkliflərini qəbul etdiklərini də dana bilməzlər. Ermənistan bütün bunları nəzərə alaraq sülh təşəbbüslərimizi ciddi qəbul etməli və imzalanmış sənədlərə, əldə edilmiş razılaşmalara uyğun addımlar atmalıdır. Çünki multikultural dəyərlərə hörmətlə yanaşan və tolerantlığı ilə bütün dünyaya səs salan Azərbaycanın tarixi qələbəmizdən sonra dostlarının sayı artmaqda, düşmənlərinin çevrəsi isə daralmaqda davam edir.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında güc və hücum diplomatiyası ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dostlarımızın sayının ciddi şəkildə artmasına səbəb olan zərif və incə diplomatiyası da var. Təkcə müharibə dövründə deyil, siyasi və diplomatik mübarizə dönəmində də dövlətimizin və onun rəhbərliyinin ətrafında dəmir yumruq kimi birləşib əliyalın olaraq ilin ən çətin günlərində belə sinələrini sipər edərək xalqımızın və dövlətimizin maraqları naminə yollarımızdan biri olan Laçın yolunda etiraz edən vətəndaş cəmiyyətinə sahibik. Paralel şəkildə və çox uğurla yürütdüyümüz bu diplomatiya və bu diplomatiyanı yürüdən dövlətin ətrafında sıx birləşən xalqımızın birliyi qarşısında dəf edə bilməyəcəyimiz ermənipərəst qüvvə ola bilməz.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.