Huquqaz.com

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar edilir

16.12.2022
1.943
Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar edilir

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar edilir

İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə tərəfimizdən bəyan edilib.

Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.

Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar, Azərbaycan xalqının etirazına səbəb olub.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir.

Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırım siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.

Məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

“Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti ibeynəlxalq hüquqa ziddir

Ermənistan beynəlxalq hüquq normalarına  hörmətsizlik edərək hələ də işğal siyasətini davam etdirir, mütəmadi olaraq atəşkəs  rejimini pozur.  Respublikamızın ərazisnin 20 faizini işğal edən, bir  milyondan artıq soydaşımızı doğma ata-baba yurdlarından didərgin salan  işğalçı Ermənistan müharibə cinayətlərini hələ də davam etdirir. Paşinyan hakimiyyətinin Livandan köçürülən ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini aparması bunun növbəti nümunəsidir. Təəssüf ki, dünya birliyi, xüsusilə, Ermənistan – Azərbaycan, Dağlqı Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin 30 ilə yaxındır ki, bu istiqamətdə irəliyə doğru addım da  ata bilməyən ATƏT-in Minsk qrupunun bu ədalətsizliyə laqeyd münasibəti adamda ikrah hissi oyadır.

Digər dövlətlərə “demokratiya və haqq- ədalət dərsi “ keçən, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən  beynəlxalq təşkilatların  bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına göz yumması ikili standartların bariz nümunəsidr. Əvvəllər Suriyadan etnik ermənilər işğal altnda olan  Azərbaycan ərazilərinə köçürülürdü. İndi   Livandan da  dabelə qanunsuz köçə başlanılıb. Bu köçün təşkilatçısı olan Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası unutmamalıdır ki, belə cinayətlərə — qanunsuz miqrasiyaya görə mütləq cavablarını alacaqlar.

Suriyadan və Livandan Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər untmamlıdırlar ki, onlar bu ərazilərdə daimi yaşaya bilməyəcəklər. Bir gün mütləq geri köçürüləcəklər. Bu ərazilərə köçürülən ermənilər arasında  terrorçu və muzdluların olmasına şübhə yoxdur. Onlar öz terror əməllərindən əl çəkməyəcək və ətraf ərazilərdəki kəndlərdə vəhşiliklərini həyata keçirməyə  cəhd edəcəklər. Təbii ki, həmin muzdluları Azərbaycan ordusunun qəhrəman əsgərləri öz xəbis niyyətlərinə çatmağa imkan verməyəcək və bu  çirkin fikrə düşənlər məhv ediləcəklər.

ATƏT-in Minsk qrupunun, eləcə də  ədalət çəfakeşi olan beynəlxalq qurumların gözü qarşısında baş verən qanunsuz miqrasiyanın qarşısının alınması üçün hər hansı bir tədbirin görülməməsi, işğalçı ölkəyə  təzyiq göstərilməməsi regionda gərginliyi və  hərbi-siyasi vəziyyəti daha da kəskinləçdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist , faşizm ideologiyasına hüsn- rəğbət bəsləyən baş nazirinin üzərinə düşəcək.

Ermənistanın  işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməsi  hər şeydən əvvəl  Dağlıq Qarabağda  demoqrafik strukturu dəyişdirmək və  həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədi daşıyır. Çünki heç kimə sirr deyil ki, işğal altındakı ərazilərimizə  Suria və Livandan köçürülən ermənilərin əksəriyyəti terrorçu və muzdlulardır.  Onları çoxunun  Yaxın Şərqdə terrorçi kimi fəaliyyət göstərmələri bardə məlumatlar var. Bu qanunsuz miqrasiyanın sonradan hansı fəsadlara  gətirib çıxaracağı hər kəsə bəllidir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Ermənistan sülhə məcbur edilir

Son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. “Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan bu qüvvələr müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir və yalan ruporunu işə salmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir.

Təbii ki, məğlub Ermənistanın belə davranışları qalib Azərbaycanı qane etmir. Respublikamız o mövqedən çıxış edir ki, regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Azərbaycan vasitəçilərin səyləri ilə aparılan danışıqlarda fəallıq nümayiş etdirir.

Məğlub Ermənistanın manipulyasiya imkanları tükənməkdədir. Deyə bilərik ki, bu ölkəyə qarşı sülhə məcburetmə tədbirləri yalnız Azərbaycan tərəfdən görülmür. Bu ölkənin danışıqlar masası arxasında əyləşməsini, həm də regionda əməkdaşlığın genişlənməsinə, iqtisadi layihələrin reallaşdırılmasına böyük maraq göstərən vasitəçilər də təkid edirlər. Artıq Ermənistanda axıdılan yalançı göz yaşlarına vasitəçilərdə də inam qalmayıb. Onlar Ermənistanın bəhanələrinə rəğmən, iki ölkə arasında müharibə səhifəsinin bağlanmasına qətiyyətli çağırışlar edərək sülh müqaviləsinin imzalanmasının altenativi olmadığını bildirirlər. Bütün bunların fonunda Ermənistanın sülh razılaşmalarına getməkdən başqa çarəsi qalmayıb. Yuxarıda xatırlatdığımız Zirvə Toplantısı çərçivəsində oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Praqada aparılan danışıqların nəticəsi olaraq imzalanan Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılığını ifadə edib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Separatçı rejimə maliyyə dəstəyi kəsilməlidir

Gözlənilir ki, işlər yaxşı gedəcəyi təqdirdə iki ölkə arasında sülh müqaviləsinin 2022-ci ilin sonunadək imzalanması tam realdır. Belə olan təqdirdə Ermənistanın Dağlıq Qarabağla indiyədək mövcud olmuş bütün separat əlaqələrinə son qoyulmalıdır. Burada söhbət, həm də Ermənistandan və dünyadakı erməni diaspor təşkilatlarından, ayrı-ayrı ölkələrdən, zamanında Dağlıq Qarabağda qurulan separatçı rejimə göstərilən maliyyə dəstəyinin kəsilməsindən gedir. Sülh müqaviləsi imzalandıqdan sonra Xankəndi, həm də de-fakto Azərbaycanın tabeliyinə keçəcək və burada üçrəngli bayrağımız ucaldılacaq. Belə olan halda işğal dövründə yaradılmış separatçı rejimə maliyyə dəstəyi göstərilməsi mexanizminin işləməsi də qeyri-mümkün olacaq. Verilən məlumatlara görə, Ermənistan 2021-ci ildə Dağlıq Qarabağda qurulan separatçı rejimə 244 milyon dollar ayırıb, 2022-ci il üçün bu rəqəmin 288 milyon dollara çatdırılması nəzərdə tutulurdu. Bu vəsaitin bir hissəsi Qarabağda məskunlaşan 20 min civarındakı erməninin kommunal xərclərinin, maaş, təqaüd və pensiyalarına ödənilməsinə, bir hissəsi bağça, məktəb və bu qəbildən olan digər  obyektlərin saxlanılmasına və s. məqsədlərə yönəldilir. Vəsaitin əsas hissəsinin təyinatı isə sirr kimi saxlanılır. Sülh müqaviləsi imzalandıqdan sonra de-fakto və de-yure Azərbaycanın tabeçiliyində olan əraziyə Ermənistan, digər dövlətlər və lobbi təşkilatları hansı məntiqlə maliyyə dəstəyi göstərə bilərlər? Bunun heç bir əsaslandırması olmayacaq. Azərbaycan güclü dövlətdir. Xankəndinin və bir sıra digər yaşayış məntəqələrinin de-fakto Azərbaycanın tabeçiliyinə keçməsi təmin olunduqdan sonra ölkəmizin orada yaşayan erməni əhalisinin dövlət təminatlarını ödəməsi üçün hər cür imkanları var.

Yeri gəlmişkən, Qarabağda yaşayan erməni əhalisinə hər il maliyyə dəstəyinin göstərilməsi Ermənistanın özü üçün də ağır yükə çevrilməkdədir. Son vaxtlarda ölkənin kasıb büdcəsinin bu yükdən azad edilməsi ilə bağlı çağırışlar artıb. Ermənistanın iqtidarı və cəmiyyəti dünyanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etməsinin fərqindədir. Artıq bu ölkədə o reallıqla barışıblar ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi perspektivi yoxdur. Belə olan halda hökumətə suallar ünvanlanır: Pullar nə üçün, hansı məqsədlə Dağlıq Qarabağa yönəldilməlidir?

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

İnteqrasiya dövrü yetişib

Hazırda yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını diqtə edir. Əslində, bəhs olunan toplumun-20 minədək erməni əhalisinin böyük əksəriyyətinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir. Onlar başa düşürlər ki, Dağlıq Qarabağın heç üfüqdə də görünməyən müstəqilliyi siyasi oyunbazlıqdan başqa bir şey deyil. Otuz illik işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib, əksinə insanların həyatı ağırlaşıb, onlar daim təzyiq və təhdid altında yaşayıblar. Cinayətkar, separatçı rejimdə təmsil olunanlar isə varlanıblar, özlərinə sərvət toplayıblar. Ermənistandan, digər ölkələrdən və xaricdəki lobbi təşkilatlarından gələn yardımlar, qrantlar məhz onlar tərəfindən mənimsənilir. Belə fikirlər, korrupsiya faktları vaxtaşırı Xankəndində keçirilən mitinqlərdə də səsləndirilir. İnsanlar buradakı separatçı rejimin fəaliyyətindən narazılıqlarının pik həddə çatdığını bildirirlər. Postmüharibə dövründə Qarabağda yaşayan erməni əhalisindən Azərbaycanın müvafiq qurumlarına müraciətlər daxil olub. Həmin müraciətlərdə erməni əhalisinin təmsilçiləri Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər.

Daha bir fakt da diqqət çəkir, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ yolun yaradılmasını vaxtından əvvəl təmin etdi. Müəyyənləşdirilmiş marşrut üzrə yüksək səviyyəli avtomobil yolu çəkildi. Başlanğıcda Ermənistandakı bəzi qüvvələr Azərbaycan inşaatçılarının həmin ərazilərdə işləyə bilməyəcəkləri barədə iddialar səsləndirirdilər. Ətraf kəndlərdə yaşayan ermənilərin onlara mane olacaqları bildirilirdi. Ancaq bu, baş vermədi. Rusiyanın sülhməramlı qüvvələrinin inşatçılarımızı erməni hücumlarından qorumalarına ehtiyac qalmadı və yolun inşası vaxtından əvvəl tamamlandı. Diqqəti çəkən, həm də o məqamdır ki, azərbaycanlı inşaatçılara hücum çəkəcəkləri iddia olunan ermənilərin özləri yolun çəkilməsində iştirakçı oldular. Bu kimi faktlar ondan xəbər verir ki, Qarabağda yaşayan müəyyən sayda erməni icması öz gələcəyini Azərbaycan cəmiyyətinə inteqrasiya etməklə qurmağa , birgə yaşamağa hazırdır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Xankəndinin Azərbaycan iqtisadiyyatına və ölkəmizin digər bölgələrinə reinteqrasiya perspektivləri kifayət qədər genişdir.

Əlbəttə, 30 illik fasilədən sonra inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. İşğal illərində zərərli təbliğat aparılıb, araya nifaq, düşmənçilik toxumları səpilib. Bütün bunların aradan qaldırılması, inam mühitinin formalaşdırılması üçün zamana ehtiyac var. Prezident İlham Əliyev inteqrasiyanın formulunu da ifadə edib – bu, qeyri-formal təmasların qururlmasından keçir. “Bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Hələlik Qarabağda yaşayan erməni əhalisi ilə qeyri-formal görüşlər güc strukturları vasitəsi ilə baş tutur. Bu qəbildən olan görüşlərdən biri Suqovuşanda reallaşıb. Şübhə yoxdur ki, sülh müqaviləsi imzalandıqdan sonra proses daha da genişlənəcək.

Ən önəmli məsələlərdən biri ermənilərin əmək bazarına inteqrasiyası ilə bağlıdır. Hazırda Xankəndidə və digər ünvanlarda yaşayan ermənilərin məşğulluğunun təmin olunmasında ciddi problemlər yaşanır. Burada keçmiş sovet dönəmində qurulan müəssisələr işğal illərində dağıdılıb və avadanlıqları satılıb, yeniləri isə yaradılmayıb. Azərbaycan postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Çoxsaylı layihələrin icrasına işçi qüvvəsi tələb olunur. Azərbaycan pasportu daşıyacaq ermənilərin bu işlərə cəlb edilməsində hər hansı bir problem olmayacaq.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin, o cümlədən də Xankəndinin Azərbaycan iqtisadiyyatına və ölkəmizin digər bölgələrinə reinteqrasiya perspektivləri kifayət qədər genişdir. Ermənistanla Dağlıq Qarabağın hər hansı bir təbii-iqtisadi bağlılığı yoxdur. Otuz illik işğal dövründə bölgənin iqtisadi inkişafının təmin olunmamasının əsas səbəbi də budur. Tarixən Dağlıq Qarabağ həm coğrafi yerləşməsi, həm də iqtisadi potensialı baxımından məhz Azərbaycanla bağlı olub. Kasıb Ermənistan bölgənin sosial-iqtisadi inkişafına hansısa bir töhfə verə bilməz və vermədi də. Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin xarici ölkələrə çıxış imkanları da genişlənəcək. Ermənistanın qonşu ölkələrlə nəqliyyat bağlantıları məhduddur. Azərbaycan ərazisindən isə bir-birinə inteqrasiya olunmuş bir neçə beynəlxalq dəhlizlər keçir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan dövlətinin apardığı təbliğat erməni yalanlarını ifşa edir

Ölkəmiz inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir və bu gün Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir, qəbul etdirir
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin geniş keçirilməsinə dair Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən, Muxtar Respublikada silsilə tədbirlər keçirilir. Bu barədə qəzetimizə açıqlamasında Prezident Administrasiyası İctimai – siyasi şöbənin sektor müdiri Qafar Əliyev məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə keçirilən tədbirlərin böyük siyasi əhəmiyyəti var. Azərbaycan Respublikasına ərazi iddialarında olan və torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ problemindən yayındırmaq üçün müxtəlif uydurma iddialarla çıxış edir. Bu məqsədlə, Naxçıvanın guya tarixən Ermənistan dövlətinə məxsus olması yönündə absurd iddalar səsləndirirlər. Onlar bununla bağlı müxtəlif kitablar, broşuralar, jurnallar çap etdirir, tədbirlər keçirirlər. Bütün bunlar bizi ona səsləyir ki, erməni yalanına qarşı ideoloji istiqamətdə fəaliyyətimizi gücləndirək, ermənilərin bu yalanlarını da ifşa edək. Bizim məqsədimiz erməni təbliğatının iç üzünü açmaq, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, ən əsası Azərbaycanın qədim, doğma, ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında olan tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır. Bu mənada bu silsilə tədbirlər böyük siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır.

Son illər Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği işində müsbət, titanik irəliləyişlər qeydə alınır. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə yaranmış fəsadlar indi aradan qaldırılır. 1990-cı illərin əvvəllərində, daha dəqiq desək, 1991-92-ci illərdə Azərbaycan ictimaiyyətinin başı daxili problemlərə qarışmışdı. Milli birlik yox idi. Hakimiyyətin isə başı iqtidar davasına qarışmışdı. Bunun əksinə erməni ideolji maşını dünyada işləyirdi. Lakin 1993-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün digər istiqamətlərdə olduğu kimi, bu sahədə də dönüş yarada bilmişdi. Sevindirici haldır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycan inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir, Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir və qəbul etdirir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Məğlubiyyətlə barışmaq istəməyən düşmən qeyri-qanuni məskunlaşdığı Azərbaycan torpaqlarında vandallığını davam etdirir

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, vandallıq, ekoloji terror göz qabağındadır. Təcavüzkar ölkə 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra da belə çirkin əməllərindən əl çəkmir.

Onlara edilən hər güzəştə, Azərbaycanın humanizm addımlarına baxmayaraq, daim öz xislətlərinə uyğun davranırlar. Məğlub ölkə olaraq kapitulyasiya aktını imzaladıqdan sonra onlara verilən vaxt ərzində Kəlbəcəri, Laçını tərk edərkən belə evləri, meşələri yandırdılar. Ağdamda isə təsəvvüredilməz dərəcədə vandallıq etmişdilər. Orada 30 il müddətində yandırmağa bir şey qalmamışdı, çünki daşı daş üstündə qoymayaraq, şəhərin axırına çıxmışdılar.

Laçın yolu hazır olduqdan sonra Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxmaq üçün möhlət istədiklərində də Azərbaycan humanist addım ataraq avqustun sonuna kimi ermənilərə vaxt vermişdi. Bu ərazilərimizi tərk edərkən də yenə özlərinin olmayan hər şeyi yandırmağa başladılar. Ermənilər qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Bu zaman Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınmışdı.

Son günlərdə isə ermənilərin Xocalı istiqamətində yanğın törətməsi məlum oldu. Hər dəfə məğlub olduqda həm hərbi, həm də danışıqlar masasında uduzduqlarını gördükdə, belə alçaq əməllərə əl atan ermənilər hər şeydən əvvəl insanlıqdan kənar olduqlarını göstərirlər. Heç insan gözəllikləri, təbiəti məhv edərmi?

Bu cür hadisələr cinayətdir, ekoloji terror aktıdır. Düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi növlərə aid olan qiymətli meşələri məhv edir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ekoloji terrorun izləri

Təbii ki, ermənilərin ekoloji terroru yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda Ermənistan ərazisindən keçərək gələn, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən çayların çirkləndirilməsi, təbiətə vurulan digər ziyanlar da ekoterrorizmi açıq-aydın göstərir. Bu illər ərazində çirkləndirilmə nəticəsində çayların suyu yararsız hala düşüb. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra  ərazilərimizin bərpası istiqamətində sürətli işlərə başlanılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda təbiətə vurulmuş ziyanın miqyası ölçülür, çayların çirklənmə səviyyəsi öyrənilir. İndiyədək aparılan təhlillərə görə, ən çox çirklənmə Oxçuçayda qeydə alınıb. Transsərhəd çay Ermənistan ərazisində daim çirklənməyə məruz qalıb. Belə ki, çayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Aparılan araşdırmalar zamanı Oxçuçayın çirklənmə səbəbinin Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması ilə bağlı olduğu müəyyənləşib. Çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın suyu yararsız hesab edilir. Çayın suyundan istifadə insan sağlamlığı üçün zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Təbii ki, çirklənmə yalnız Oxçuçayda deyil. İşğaldan azad olunmuş ərazilərin hər qarışında ekoloji terrorun izləri görünür

Xatırladaq ki, Oxçuçayla bağlı vəziyyətə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə də toxunub. Dövlət başçısı qeyd edib ki, Lev çayı, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay – bütün bu çayları ermənilər işğal edərək vəhşicəsinə istismar edirdilər. Prezident Oxçuçay fəlakətinin indi dünyanın gözü qabağında olduğuna da diqqət çəkib: “Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarda gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunublar. Erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik”.

Qeyd edək ki, mütəxəssislər tərəfindən Qarabağ və Şərqi Zəngəzurun çaylarında suyun keyfiyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlər zamanı çaylardan nümunələr götürülür. Amma əzəli, tarixi torpaqlarına qayıdanlar yenidən quraraq, yaradaraq, əkərək, becərərək Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəklər. Uzaq deyil… Yenidən bu ərazilərimiz yaşıllığa bürünəcək, orada təbiət, həyat canlanacaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.