Huquqaz.com

İqtisadi əməkdaşlığın inkişaf dinamikası

16.12.2022
2.305
İqtisadi əməkdaşlığın inkişaf dinamikası

İqtisadi əməkdaşlığın inkişaf dinamikası

Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə Görüşü iqtisadi əməkdaşlığın inkişaf dinamikasının yüksək səviyyədə olduğunu bir daha subut etdi. Belə ki, təkcə 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.
Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur . Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri uğurla icra edir. Səfər çərçivəsində imzalanmış sənədləri və Memorandumu nəzərdən keçirərkən əminliklə demək olar ki, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur və bu əməkdaşlıq müasir infrastrukturun yaradılmasına xidmət edəcək.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.