Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var
Unikal və təbii resurslarla çox zəngin olan Xəzər dənizi vahid Avrasiya materikinin iki böyük hissəsinin sərhəddində, geniş materik depressiyasında yerləşmişdir. Xəzər dənizi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranla əhatələnir. Xəzər dənizinin respublikamızın iqtisadi və siyasi həyatında çox böyük əhəmiyyəti vardır. Dünya ölkələri ilə iqtisadi ticarət əlaqələrinin qurulması, yük daşınması əsasən Xəzər dənizi vasitəsilə həyata keçirilir. Bundan başqa Xəzərin Azərbaycan sahilləri neft və təbii qaz yataqları ilə zəngindir. Xəzər dənizində həm də qiymətli balıqlar yaşayır. Ümumiyyətlə, Xəzər dənizi onun ətrafında yaşayan hər bir xalq və ölkə üçün olduqca əhəmiyyətlidir. Azərbaycanın digər dövlətlərlə olduğu kimi Gürcüstanla da əlaqələri geniş formada inkişaf etməkdədir. Bakı-Supsa neft kəməri imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə birləşsin. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikilməsi Regional və qlobal əhəmiyyət daşımaqdadır. Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılmışdır ki, bu layihələrin həyata keçirilməsində Azərbaycan da öz töhfələrini verib. Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm önəmə malik bölgə kimi səciyyələndirir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova
Şərh yazılmayıb.