Ukrayna Xarkovu tam aldı – indi diktə edəcək
Ukrayna qoşunları sürətli əks-hücumla demək olar ki, bütün Xarkov vilayətini geri alaraq Rusiyanı böyük məğlubiyyətə uğratdı. Bu uğur Qərbin silah sistemlərindən maksimum istifadəni əhatə edən kampaniyanın nəticəsi idi.
Hüquqaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun dəyərləndirməsində qeyd edilib.
“Ukrayna rəhbərliyi cənubdakı zərbələri müzakirə edərək Xarkov bölgəsindəki niyyətləri barədə rusları çaşdırdı. Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Kiyev böyük hərbi əməliyyatın yerini və xarakterini getdikcə daha çox diktə edəcək və Rusiya Ukraynanın artan fiziki və psixoloji təzyiqinə getdikcə qeyri-adekvat cavab verəcək”, – məlumatda bildirilib.
Şərh yazılmayıb.