Şuşa fatehi Qazi Elvin Məmmədov haqqında yayılan ölüm xəbəri YALANDIR – FOTO
Hər zaman Şuşa ilə bağlı “Şuşa alınmaz qaladır” sözlərini eşitmişik. Vətən müharibəsi başlayandan sonra bu ifadənin tam məğzini anlamağa başladıq. Həqiqətəndə Şuşaya hər hansı bir zirehli texnika ilə girmək mümkün deyildi. Bu şəhərin işğaldan azad olunması bir başa iğid oğullarımızın qolunun gücü hesabına oldu. Şuşa şəhərinin azad olunmasında iştirak edən igid oğullardan biri də XTQ-nin zabiti qazi Elvin Məmmədovdur.
Son zamanlar sosial şəbəkələrdə Şuşa fatehi qazi Elvin Məmmədovun özünü yandırması və dünyadan köçməsi ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılmaqdadır.
Qazi Elvin Məmmədov Qanunla.Az-a açıqlamasında bildirib ki, bu kimi həqiqətə uyğun olmayan xəbərləri eşidəndə çox sarsıntılar keçirirəm.Bəzi jurnalistlər cəmiyyətimizin bu kimi mövzulara həssaslığını nəzərə alaraq, reytinq xətirinə belə çirkin yollara əl atırlar.
Mən XTQ-nın zabiti Elvin Məmmədov sağ-salamatam işimin başındayam.Torpaqlarımızın suverenliyi uğrunda bir daha döyüşməyə hazıram. Xəbər saytlarından belə bir həssas mövzularda diqqətli olmalarını bir daha xahiş edirəm.
Qeyq edək ki, XTQ-nin zabiti qazi Elvin Məmmədov 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd, Kəlbəcər, Şuşa-nın alınmasında iştirak edib.Laçın koridorunda ağır yaralanmasına baxmayaraq 5 gün yaralı halda döyüşə davam etmişdir. Elvin Məmmədov əfsanəyə dönən Şuşa fatehi kimi şərəfli ada layiq görülən igidlərimizdəndir.
Vüqar Rəhimov
Şərh yazılmayıb.