“Zelenski də Putin qədər müharibəyə görə günahkardır”
Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva Rusiyanın fevralın 24-də Ukraynaya hücumları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Hüquqaz.com xəbər verir ki, o açıqlamasında Zelenskinin də Putin qədər müharibəyə görə məsuliyyət daşıdığını bildirib.
“Bəzən Ukrayna prezidenti Zelenskinin televiziyada çıxışına baxıram və avroplılar kimi ayaq üstə alqışlamıram. Zelenski ən azı Putin qədər Ukrayna-Rusiya müharibəsində günahkardır”, – Lula bildirib.
Rusiya prezidenti Vladimir Putinin “Ukraynaya təcavüz etməməli” olduğunu deyən Lula Rusiya-Ukrayna müharibəsində ABŞ, NATO və Avropa İttifaqının (Aİ) də günahkar olduğunu bildirib.
Lula Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək, “Deyəsən, Zelenski nümayişin bir hissəsidir, sanki İngiltərə , Almaniya, Fransa və İtaliya parlamentlərində siyasi kampaniya aparır. Bu, danışıqlar masası arxasında olmalıdır”, – deyə o bildirib.
Şərh yazılmayıb.