Huquqaz.com

Ölkənin konstitusiya quruluşunun tarixi

11.11.2024
2.286
Ölkənin konstitusiya quruluşunun tarixi

Ölkənin konstitusiya quruluşunun tarixi

Konstitusiya-dövlətin Ali Qanunudur. Dövlətin siyası, hüquqi və iqtisadi sistemlərinin

əsaslarını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təmin edib müəyyənləşdirir. Dünyada ilk Konstitusiya 1787-ci ildə A.B.Ş-da qəbul edilmiş, sonralar digər ölkələr də ABŞ konstitusiyası əsasıda öz konstitusiyalarını qəbul etmişdilər.

Azərbaycan tarixində isə ilk Konstitusiyanın qəbulu 1921-ci il Azərbaycan SSR-ın

mövcudluğu dövründə qəbul edilmişdir. 1918-20-ci illərdə mövcud olmuş A.X.C-dövründə Ali Qanun qəbul edilməmiş, daha doğrusu buna imkan verilməmişdir. 1920-1991-ci illərdə mövcud olmuş Azərbaycan SSR-in dövründə 3 dəfə Konstitusiya qəbul edilib. 1921,1937 və 1978-ci illərdə qəbul edilmiş Konstitusiyalar SSR-in Konstitusiyası əsasında hazırlanmışdır.

1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşsa da bir müddət Ali Qanunun qəbul edilməsi gecikdirildi. Yeni Konstitusiya yaradılmasının zərurətini bilən Ulu öndər Heydər Əliyev bunun üçün xüsusi komissiya yaratmış, Konstitusiya layihəsini xalqın müzakirəsinə vermişdir. Nəhayət 1995-ci il noyabırın 12-də Ümumixalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Bununla da hüquqi dövlət quruculuğunun əsasları qoyulmuşdur. Bu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən biridir. Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, 1996-ci ildən hər il noyabırın 12-si Konstitusiya günü kimi qeyd edilir.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov

 

 

Müstəqil dövlətin yeni Konstitusiyası

Müstəqil Azərbaycan dövlətinin ilk Könstitüsiyasının müəllifi Ulü Ö ndər Heydər Əliyev olub. Bü tarixi fakt 1918-1920-ci illərdə mövcüd ölmüş Azərbaycan Xalq Cümhüriyyətinin dövlətin əsas Qanununu qəbul edə bilməməsinə əsaslanır. Bü səbəbdən Azərbaycanda Könstitusiya quruluşunun förmalaşması yalnız sövetlər dönəmində, respüblikamızın hüqüqi cəhətdən SSRİ-nin, faktiki ölaraq isə Rüsiyanın tərkibində olduğu dövrdə baş vermişdir.

1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Könstitüsiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respüblikasının Könstitüsiyası qəbul edilənədək qüvvədə olub. Ulu Öndər Konstitusiya layihəsinin hazırlanması işinin məsuliyyətini vürğülayaraq belə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respüblikasının demökratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bünlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin ölünmalıdır.” Ümummilli Liderimizin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ölan ən önəmli xidmətlərindən biri də məhz müstəqil dövlətimizin Könstitüsiyasının hazırlanması olub. İlk Konstitusiyamızın layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendümün nəticələrinə əsasən dövlətin Əsas Qanünü 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 2020-ci ildən etibarən Azərbaycan xalqı bü bayramı artıq daha yüksək ruhla, qalib ölkə və qalib xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Kömandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ördümüz bizə bu qüruru bəxş etdi. Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı özünün faktiki kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi hadisə Konstitusiya Günündən iki gün öncə, nöyabr ayının 10-da baş verdi.

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva

Şərhlər

Şərh yazılmayıb.