“Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində sonuncu maarifləndirici görüş keçirildi
“Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində sonuncu maarifləndirici görüş keçirildi
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Region gəncləri Üçün Karyera Planlaması Məktəbi” layihəsində sonuncu maarifləndirici görüşünü Zərdab rayon Çallı kənd tam orta məktəbində keçirdi. Görüşdə 50 yeniyetmə gənc iştirak etmişdir.
Qanunla.Az xəbər verir ki, ilk öncə məktəbin direktoru Vüqar müəllim təşkilatçılara uğurlar arzulayaraq mövzunun aktuallığından danışdı.
Layihə rəhbəri Vəfa Xəlilli layihə, donor və təşkilat haqqında ətraflı məlumat verərək Karyera Planlaması Məktəbinin keçiriləcəyini iştirakçılara elan etdi.
Təlimçi Kəmalə xanım “Karyera Planlaması” mövzusunda təqdimat edərək gənclərə karyera planlaması prosesində diqqət yetirilməli əsas məqamları izah etdi. Təlimdə iştirakçılar, karyera inkişafı üçün hansı addımların vacib olduğunu öyrəndilər və bu sahədə faydalı məsləhətlər aldılar. Tədbirin sonunda iştirakçılar suallarını təlimçiyə yönəldərək, ətraflı cavablar əldə etdilər.
Layihənin əsas məqsədi region gənclərinin yumşaq bacarıqlarını inkişaf etdirmək və onlara effektiv karyera planlamasının əsaslarını öyrətməkdir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində Zərdab rayonunda 25 yeniyetmə və gəncin iştirakı ilə “Karyera Planlaması Məktəbi” təşkil olunacaq.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
Şərh yazılmayıb.