Huquqaz.com

Zamanında baxılmayan problemlər zamanla ölkəcə olur, aidiyyatı qurum rəhbərləri isə “sadəlik”lə reklam tutur – VİDEO

02.09.2024
3.259
Zamanında baxılmayan problemlər zamanla ölkəcə olur, aidiyyatı qurum rəhbərləri isə “sadəlik”lə reklam tutur – VİDEO

Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Allah rəhmət eləsin, böyük şair burada məmur dilindən əkinçiyə xitab etsə də, bu cümlələr dövrümüzdə bir çox məmurların öz davranışları ilə siravi vətəndaşların böyük əksəriyyətinə dedikləridir.

Məsələn, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ildən artıqdır ki, öz biganəliyi ilə Daşkəsən rayon sakini Məmmədova Vüsalə Qabil qızına məhz bu “cavab”ı verir.

DogruXeber.az” xatırladır ki, Vüsalə xanım 76 yaşlı qayınanası ilə aylar əvvəl Cəbrayıl Xanlarovun qəbulunda olub, ötən ilin iyun ayında sözügedən rayonun Məmməd Əsədov küçəsi 5 ünvanındakı güclü yağışlar və sel nəticəsində dağılmış evinin bərpası üçün köməklik istəyib. Cəbrayıl müəllim də yenidən mənzilə baxış keçirilməsi üçün Gəncə layihə institutuna tapşırıq verib, xanımları arxayın geri göndərib. Yenidən baxış keçirilib, amma layihə institutun mənzilə baxış keçirmək üçün göndərdiyi Rüstəm adlı şəxsin rəisinin baxış şeyi dəyişmədiyi üçün, akt da dəyişdirilməyib. Nəticə etibarilə Vüsalə Məmmədovanın müraciətində qeyd etdiyi iki ailənin – 4 qazi və veteranın sığındığı mənzil dövlət yardımından yararlana bilməyib.

“Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın” – Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı

Görünür onun rəisinin “baxış şeyi” qanun tanımır – Evsiz qalan iki ailə 1 ildir öz haqlarını ala bilmirlər // VİDEO

Qarşıdan növbəti qış gəlir, bir neçə ay rayon icra hakimiyyətinin və FHN əməkdaşlarının birgə hazırladığı iki çadırda yaşayan ailə indi də pərakəndə halda kirayədə yaşamaq məcburiyyətindədir.

Bu qədər ailənin özü, eləcə də redaksiyamız tərəfindən edilən müraciətlər nə Cəbrayıl Xanlarovun vecinədir, nə də onun tabe olduğu FH naziri Kəmaləddin Heydərovun.

Biznesləri və sərvətlərinin siyahısı ilə iki cildli kitaba anca sığan bu iki məmur, görünür tutduqları vəzifədən vətəndaşlara deyil, öz şəxsi maraqlarına xidmət etmək üçün istifadə edirlər.

Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa olunan 3 mərtəbəli iaşə obyektinə qarşı “gözünü yuman”, Vüsalə Məmmədova kimi haqqını tələb edən vətəndaşlara, eləcə də bir çox qanunsuz əməllərini ifşa edən medialara qarşı “qulaqlarıına dollar, avro tıxayan” oliqarx məmurlar ölkə başçısının da tapşırıqlarını görməzdən, eşitməzdən gəlirlər.

“Vətəndaşlara layiqli xidmət edin” deyə hər çıxışında məmurlara tapşırıq verən ölkə başçısı, belə çıxır ki, Kəmaləddin Heydərovun, Cəbrayıl Xanlarovun və onlar kimi çalışan bütün məmurların da əvəzinə özü işləmək məcburiyyətindədir. Çünki, çarəsizlikdən mətbuata üz tutan bütün vətəndaşların müraciəti birbaşa ölkə başçısınadır.

Sual yaranır: bəs bu rəhbər vəzifələr və həmin vəzifələrə təyin olunan məmurlar nə üçün var?

Kəmaləddin Heydərov kimi, Cəbrayıl Xanlarov kimi özlərinə səltənət qurmaq, övladlarına lüks həyat bəxş etmək üçünmü?

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır !

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.