Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır
Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişmələri, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Dünya ölkəkəri və xalqları Azərbaycanı belə tanıyır. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə. Paytaxtımızda keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirəndə əmin oluruq ki, respublikamız dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Eyni zamanda Azərbaycan regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir. Xüsusi qeyd edilməlidir ki, Mədəniyyətlərarası Dialoq Forumu təkcə yeni dövrün problemlərindən doğan bir proses deyil. Məhz bu çərçivədə “Bakı Prosesi” 2008-ci ildən başlayaraq qeyd edilən məsələlər ətrafında fəallıq göstərir. Prezident cənab İlham Əliyev tərəfindən əsası qoyulan və hər il mütəmadi şəkildə keçirilən forumlar, dialoqlar və tədbirlərdə dünyaya aydın mesajlar verilir. Məhz deyilənlərin fonunda sözügedən proses bizi birləşdirən dəyərlər, mədəni birlik, eyni zamanda kimliyimizə qayıdış kimi məfhumları daha çox qabardır. Dünyanın hər bir nöqtəsində sülhün və sabitliyin əsas zəmanəti kimi, Bakının ön plana çıxması olduqca əhəmiyyətlidir. Ölkəmizin mədəni və sivil həyatında mühüm rol oynayan tədbirlərin baş tutması, ölkə başçımızın diqqət və qayğısı əsasında əldə edilən beynəlxalq ictimaiyyətin müsbət rəyi nüfuzumuza müsbət təsir göstərir. Yüksək səviyyəli dövlət xadimlərinin, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıların olduğu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün olduqca önəmli platformadır.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri
Şərh yazılmayıb.