Huquqaz.com

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu reallığa çevirdi

15.10.2023
2.613
Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu reallığa çevirdi

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu reallığa çevirdi

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkənin inkişafında iqtisadi amilə xüsusi önəm verdi. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. İqtisadi inkişaf bütün sahələrdə uğurlu addımlara yol açır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız ən xoşbəxt xalq kimi qərarlaşır. Bu, Prezident İlham Əliyevin 20 ildə xalqa verdiyi hər bir vədinin konktret əməli işdə öz təsdiqini tapmasının nəticəsidir. Cənab İlham Əliyev jurnalistlərə ilk müsahibəsində “Gərək mən ümidləri doğruldam” çağırını etmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və ətrafında yumruq kimi birləşərək möhtəşəm uğurlara doğru inamla addımlayır. Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu reallığa çevirdi. 20 ilin uğurlarının zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə, 3 ili isə bu ərazilərimizin yenidən qurulmasına və bərpasına həsr olunub. 17 ildə Azərbaycan hər bir sahədə gücləndi, zəngin təcrübə qazandı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Qarabağ münaqişəsinin həlli üçün  möhkəm hüquqi baza yaradıldı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın mövqeyi dəstəkləndi. Prezident İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini dünyaya bəyan etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi əsas məsələ kimi qarşıda dayanmışdır.

Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.  2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Başlanan İkinci Qarabağ müharibəsi 44 gündə  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Cənab İlham Əliyev ölkə başçısı seçildiyi ilk gündən etibarən dayanıqlı inkişafın təmin edilməsi üçün əsaslı addımlar atmışdır

Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə ölkədə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi qərarını yekdilliklə vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Cənab İlham Əliyev ölkə başçısı seçildiyi ilk gündən etibarən dayanıqlı inkişafın təmin edilməsi üçün əsaslı addımlar atmışdır. Ölkədə həyata keçirilən siyasət müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edirdi ki, bütün bunların da təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqil Azərbaycan dövlətinin dayanıqlı inkişafını təmin etmək məqsədilə çoxşahəli inkişaf strategiyaları həyata keçirən Prezident İlham Əliyev ölkəmizi Cənubi Qafqazda lider dövlətə çevirdi. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji layihələri ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasını şərtləndirdi. Eyni zamanda, həyata keçirilən enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin iqtisadi baxımdan güclənməsini də təmin etməyə başladı. Əldə edilən vəsaitlər hesabına ölkənin bütün regionlarında müasir həyatı təmin etmək üçün lazimi infrastruktur qurulmağa və yenilənməyə başladı.

Ölkəmizdə insanların sosial rifah halının yaxşılaşdırlması üçün davamlı tədbirlər həyata keçirilir ki, bu da Prezident İlham Əliyevin dövlət siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Bir sözlə, sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Ölkə iqtisadiyyatının güclənməsi və ölkə başçısının davamlı olaraq həyata keçirdiyi orduquruculuğu siyasəti Azərbaycan Orusunun dünyanın 50 ən güclü ordusundan birinə çevridi. Müasir və qüdrətli orduquruculuğunda əsas məqsəd ölkənin 30 il ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu müqəddəs vəzifəni 27 sentyabr 2020-ci ildə cəmi 44 gün ərzində yerinə yetirdi. Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Azərbaycan öz möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaratdı.Təxminən bir ay öncə isə keçirilmiş bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir

20 il öncə-  15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsi xalqımızın Heydər Əliyev yoluna sadiqliyinin təntənəsi oldu.  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan inkişafdadır: “Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir”.

Ümumiyyətlə, zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Onun mütəmadi olaraq praqmatik yanaşmalar sərgiləməsi son 20 ildə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını təmin edib. Bu baxımdan, yeni şəraitdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bu islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.

Postneft dövrünün iqtisadiyyatına keçidlə bağlı reallaşdırılan islahatlar çərçivəsində ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması diqqət mərkəzində saxlanılır. Ötən dövrdə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib. Bu dövrdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.

Hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bütün bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal rahatlıqlarla təmin olunublar. Digər bir vacib məqam isə rasional iqtisadi inkişafın ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanmasıdır. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar idarəetmənin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, ümumxalq səsverməsi vasitəsilə respublikamızda yeni idarəçilik institutunun – vitse-prezidentlik təsisatının yaradılması xüsusi olaraq vurğulanmalıdır. Ötən zaman göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından mühüm amil oldu. Birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Başqa sözlə, bu gün Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir.

Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Bu qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir! Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Prezident İlham nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi.

Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız seçimində yanılmayıb və dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib.

Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu işlər görülüb. Prezident İlham nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi, artıq regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Tariximizə qızıl hərflərlə yazılmış zəfər tariximiz, qələbə salnaməmiz məhz dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və məqsədyönlü siyasətinin, peşəkar və qüdrətli ordu quruculuğu prosesinin nəticəsi idi. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qalibiyyət ədalətin, eləcə də Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququn təmin edilməsi idi. Artıq qürurla və fəxarətlə bəyan edirik ki, 30 illik Vətən, torpaq həsrətimizə son qoyulub, biz ata-baba yurdlarımıza qovuşmaqla yanaşı, milli qürurumuzu özümüzə qaytarmışıq. Sevindirici haldır ki, artıq həmin ərazilərimizdə quruculuq və abadlıq işləri çox böyük sürətlə davam etdirilir.

Tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Xalq 15 oktyabr seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev yoluna olan sevgi və sadiqliyini nümayiş etdirdi

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 19 il bundan öncə prezident kimi fəaliyyətə başlması milli tariximizdə ən mühüm hadisələrədn biridir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Göründüyü kimi, ümummilli lider bu müraciətində İlham Əliyevə siaysi lider kimi inandığını bildirir, onun yarımçıq planları uğurla başa çatdıracağına əminliyini ifadə edirdi. Hansı ki, proseslərin sonrakı inkişafı Heydər Əliyevin hər zaman olduğu kimi bu dəfə də öz zənnində yanılmadığını göstərdi. İlham Əliyev nəinki Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının güclənməsi, ordusunun inkişafı istqiamətində mühüm addımlar atdı. O, 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanmaqla işğaldakı torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu tarixi zəfər bir daha Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu, Prezident İlham Əliyevin isə həm bir sərkərdə, həm də diplomat kimi nə qədər yüksək peşəkarlığa malik olduğunu göstərdi”.

Həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi, vətəndaşlarımızın Heydər Əliyev siyasi kursuna olan inamını ortaya qoydu/

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir

Сənab İlham Əliyevin siyasi ustalığı, milli maraq və mənafeləri qətiyyətlə müdafiə etməsi Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni həyatında dərin iz qoydu, dövlətimizin çoxşaxəli inkişafını təmin etdi.

Təbii ki, Azərbaycanda davamlı inkişafın və uğurların təməlində duran Prezident İlham Əliyevin siyasi peşəkarlığıdır. Ölkə başçısı prezident kimi fəaliyyətinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırılmasını, bu dövlətlərlə əməkdaşlığın dərinləşməsini və genişlənməsini təmin etdi.

Tarixən neft ökəsi kimi tanınan Azərbaycanda iqtisadiyyatın çoxşaxəli inkişafına nail olmaq məqsədi ilə Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atdı. Hansı ki, bu siyasət bu gün də uğurla davam etdirilir. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Bir sözlə, Azərbaycan öz inkişaf tempinə görə sadəcə regionada deyil, bütün dünyada lider dövlətlərdən birinə çevrildi.

Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ölkə başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir

Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var.

Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Ulu Öndər onun şəxsi keyfiyyətlərini xarakterizə edərək bildirmişdir ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Azərbaycan xalqı, bu müraciətə adekvat olaraq İlham Əliyevi Prezident seçməklə həm Heydər Əliyevin siyasi kursa sadiqliyini, həm də ona olan sevgisini və inamını bir daha sübut etdi.

Prezident İlham Əliyevin bütün rəhbərliyi dövründə və xüsusilə son illərdə aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız üçün, hər bir ailə üçün yeni imkanlar yaradılmışdır. Məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, bizim siyasətin mərkəzində vətəndaş dayanır. Hər zaman vətəndaşın yanında olan dövlətimizin başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artdığı ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. Hələ 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə növbəti artımlar (indeksasiya, təqaüd artımları) edildi. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı. Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verib. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqına verdiyi bütün vədləri yerinə yetirir.

Dövlətimizin başçısı İlham Əliyevin ən böyük liderlik keyfiyyətlərindən biri əsas milli dəyərləri təcəssüm etdirmək, xalqımızda inam və nikbinlik aşılamaq bacarığıdır. Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə yönələn təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır.

Azərbaycan Prezidenti dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq, ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlətimizin başçısı islamofob dairələrin və antiazərbaycan mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Bu plana qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mədəni-mənəvi və ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı Prosesi” layihəsini təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqına verdiyi bütün vədləri yerinə yetirir. Şəxsi yetkinliyi, xarakter bütövlüyü, ictimai və siyasi cəsarəti, təşəbbüskarlığı, həssaslığı ilə həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir

Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir.Ölkəmiz zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi.“Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. Bu gün Prezident İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir. Ölkəmizdə bu gün çoxşaxəli enerji siyasəti həyata keçirilir və bu da Azərbaycanı regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Vurğulamaq gərəkdir ki, Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Ölkəmiz həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından etibarlı və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.