Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır
Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə ölkə başçımız İlham Əliyevin çıxışının sonunda Zəngəzurdan, oradan keçəcək dəhlizdən və ora qarışıq Qərbi Azərbaycana dönəcək soydaşlarımızdan bəhs etməsi sadalananların dövlətimiz üçün nə dərəcədə əhəmiyyət daşıdığını ortaya qoyur. “Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.
Əgər sözü gedən tələb elə bir Zirvədə səsləndirilirsə, bu, bizim qadırılan məsələlərdə digər türk dövlətlərindən də dəstək almaq niyyətimizdən və bəlkə də, artıq aldığımızdan xəbər veirir. Maraqlıdır ki, Qərbi Azərbaycana qayıdış məsələsini dövlətimizin başçısı “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır” sözlərindən dərhal sonra səsləndirdi.
Artıq ikinci dəfədir ki, Prezident cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə dünyada yaşayan digər azərbaycanlıların da varlığını xatırladır. Doğrudur, ötən il Səmərqənd Zirvəsindəki çıxışında olduğu kimi bu dəfə Arazın o tayındakı soydaşlarımzın haqlarının tapdandığına toxunulmadı, ancaq onlardan bir daha bəhs edilməsi və özəlliklə də “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” ismarıcı “Ermənistanın sərhədlərinin dəyişməsinin qarşısının alınması” adı altında qoşunlarını yenidən Arazboyunca yüksək döyüş hazırlığı vəziyyətinə gətirənlər üçün çox şey demək idi.
Ümid edirik ki, ermənistan 50 milyon azərbaycanlının lideri cənab İlham Əliyevin Ankaradakı çıxışından, Türk Dövlətləri Təşkilatının Tehrandakı səfriliyimizə qarşı törədilən terror aktını pisləməsindən, əsas da bunda əli olanların cəzalandırılmaları tələbindən düzgün nəticə çıxaracaq, Azərbaycana qarşı düşmənçilik siyasətini dayandıracaq.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva
Şərh yazılmayıb.