Huquqaz.com

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur

02.03.2023
2.040
Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur.

Bu gün regionun ən güclü siyasi partiyasının qurucusu Ümummilli lider Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə 1993-cü ilin oktyabr ayında Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Partiya Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.  Heydər Əliyevin ətrafında yaradılmış partiya onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Bu gündə Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyaları ölkə başçısı cənab   Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində uğurla inkişaf etdirilir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini – Əvəz Soltanov

Şərhlər

Şərh yazılmayıb.